3.1.Mülki müdafiə ilk dəfə hansə ölkədə yaranıb? Azəraycan Respublikasında
MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub?
Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol
tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən
Azərbaycan Respublikası bu təşkilatın üzvidir. Azərbaycan Respublikasının
Prezidenti 1992-ci il iyulun 31- də “ Azərbaycan Respublikasının Mülki
müdafiəsi haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə 73 saylı və 1998- ci il
aprelin 18- də “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun
(30 dekabr 1997- ci il, № 420- İQ ) tətbiq edilməsi barədə 700 saylı fərmanı
imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in qarşısının alınması və belə hallarda
fəaliyyət üzrə“ Azərbaycan Respublikasında Dövlət siyasəti haqqında” Nazirlər
Kabinetinin 339 nömrəli, “Əhalinin mühafizəsinin əsas prinsipləri haqqında” 29
dekabr 1992 –ci il tarixli 700 nömrəli qərarı. Azərbaycan Respublikası FHN-nin
Mülki müdafiə Qoşunları haqqında əsasnamə(29 dekabr 2006-ci il№ 511 ) qəpul
edilmişdir. Yeni Əsasnamə və Qanunda Azərbaycan Respublikasında Mülki
müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə
orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların
mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
“Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 sentyabr 1998-ci iltaixli, 193 nömrəli qərarının tələbləri:
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və
ümumtəhsil məktəbləri şagirdlərinə mülki müdafiənin öyrədilməsi.
-Mülki müdafiə fənni – ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün
tələbələrinə öyrədilməsi məcburi olan fənlər sayılır və tədris planlarına xüsusi
fənlər kimi daxil edilir.
Dostları ilə paylaş: |