3.4. Sülh mənşəli Föqəladə hallarda fəaliyyət göstərən Dövlət sistemi və
vəzifələri.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 saylı
qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə
Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət
qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Bu sistem ərazi üzrə Respublikanın bütün şəhər, rayon və digər yaşayış
məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini,
baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.
Səlahiyyət dairələrinin vəvifələri bunlardır:
-ətraf mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarəti təşkil
etmək;
-yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
-fövqəladə hadisələrın qarşısını almaq üçün profilaktik tədbirlər görmək;
-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktik
tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər
çəkmiş əhaliyə yardım üçün lazımı maddi-texniki vəsait ehtiyatları yaratmaq;
-fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə vaxtında
çatdırilmasını təmin etmək;
-fövqəladə hadisələrin aradan qaldırılması işini təşkil etmək və ona rəhbərlik
etmək.
Qeyd etmək lzımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən
komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil
etməlidirlər.
Dostları ilə paylaş: |