dəyişiklər barədə qərarlarlarını qeyd etmək üçün qeydiyyat yeri var.
• HİV müayinəsi üzrə məlumat
: Bu bölmə bütün xəstələr üçün yazılmalıdır. HİV-ə müayinə olduqda müayinə
tarixi və onun nəticələri qeyd olunur. HİV-ə yoluxan xəstədə isə ART və/və ya kotrimoksazol profilaktik
terapiyanın qəbulu qeyd olunur.
• HİV haqqında məlumat vərəqi:
Bu bölmə yalnız HİV-ə yoluxan xəstələr üçün yazılır.
•
Rejim:
İlkin MDR-Vərəm rejimi, həmçinin baş vermiş hər hansı bir dəyişiklik müalicə kartında qeyd olunur.
Dərman rejiminin (və ya dərmanlar) dəyişdirildiyi hər tarix üçün bir xətt istifadə olunur.
• Birbaşa nəzarətdə gündəlik qəbul olunan dərmanların qeydiyyatı
: Hər ay bir xətt istifadə olunur. Bu
riayətin qiymətləndirilməsini asanlaşdırır. Dərman çatışmazlığı, əlavə təsirlər və s. kimi səbəblərə görə qeyri-
müntəzəm dərman qəbulunun baş verə biləcəyini nəzərə alaraq, bəzi proqramlar dərman qəbulunun gündəlik
olaraq işarələnə biləcəyi daha təfsilatlı sistemə malik müalicə kartlarını tərtib etmək istəyə bilər.
• DHT:
Hər hansı DHT-in tarixi və nəticələri müalicə kartında qeyd olunur.
• Yaxma və kultura:
11-ci Bölmədə təsvir olunan kimi, yaxma və kulturanın müntəzəm nəzarəti tələb olunur.
Nəticələr müalicə kartında qeyd olunmalıdır.
• Bədən çəkisi, laboratoriya və rentgen nəzarəti:
Bunlar müalicə kartının axırıncı sütununda aylıq
dərmanların qəbulu bölməsində qeyd oluna bilər.
• Müalicəsinin nəticəsi:
Sonda müalicə nəticəsi 11-ci Bölmədə təsvir olunan nəticələrin təriflərinə əsasən
müalicə kartında qeyd olunmalıdır
Vərəmli xəstə öz müalicə
kartını göstərir
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 12
Qeydiyyat və hesabat
• Səhifə 155
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
3.2 MDR-Vərəm üzrə qeyd yyat jurnalı
Sual:
Milli Vərəm proqramında MDR-Vərəm qeydiyyatının rolu nədən ibarətdir?
Cavab:
ÜST IV-cü Cateqoriya Forma 2-in elektron variantını onlyan əldə etmək mümkündür.
(
The electronic copy of WHO Category IV form 2 is available online.)
ÜST təlimatlarına görə milli vərəm proqramında iki qeydiyyat jurnalının istifadəsi tövsiyə edilir:
Jurnallardan birinə ÜST-ün birinci sıra müalicə rejimlərinə başlayan bütün vərəmli xəstələr daxil edilir.
Birinci qeydiyyat jurnalı artıq əksər DOTS proqramlarında istifadə olunan jurnal ilə eynidir.
İkinci qeydiyyat jurnalı isə MDR-Vərəm müalicəsi qəbul edən bütün xəstələr üçün nəzərdə tutulmuşdur.
Bu jurnal MDR-Vərəm xəstələrinin müalicələrinin gedişatına nəzarət edən əsas vasitədir və MDR-Vərəm
proqramının tətbiqinin sürətli şəkildə qiymətləndirilməsinə, rüblük hesabatın hazırlanmasına, aşkarlanma
hallarının və müalicə nəticələrinin təhlilinə imkan yaradır.
Milli Vərəmə nəzarət proqramı MDR-Vərəm qeydiyyatının harada yerləşdirilməsini müəyyən etməlidir.
Əgər MDR-Vərəm müalicəsinin ilk ayları bir müalicə bölməsinə (adətən stasionar, bəzən ambulator) bağlı olarsa,
bu bölmə MDR-vərəm qeydiyyatını saxlamalıdır. Əgər MDR-Vərəm müalicəsinin bir hissəsi və ya tam kursu
vilayyət və ya rayon səviyyəsində aparılırsa və villayət/rayonlarda xəstəlik hallarının miqdarı çoxdursa, bu zaman
vilayət/rayonların özlərinə məxsus MDR-Vərəm qeydiyyat jurnalları olmalıdır.
MDR-Vərəm qeydiyyatı müalicə kartında olan məlumata əsasən doldurulur və yeni xəstələr qeydiyyatdan
keçərkən gündəlik olaraq yenilənməlidir. Yaxma və kultura haqqında məlumat, həmçinin son nəticə ayda bir dəfə
yazıla bilər.
MDR-Vərəmin
qeydiyyatı və hesabatı
Səhifə 156 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Qeydiyyata məsuliyyətli şəxs xəstədə MDR-Vərəm halı aşkar olunan kimi və ya MDR-Vərəm proqramının
protokoluna əsasən müalicəyə qoşulmağını müəyyən edilən zaman xəstəni MDR-Vərəm qeydiyyatına daxil
etməlidir. Bu an MDR-Vərəmin qeydiyyat tarixini müəyyən edəcək. Xəstələr onların qeydiyyat tarixi ilə ardıcıl
daxil olunmalıdırlar. Yeni rüblük başlayan zaman dəqiq ayırma (əlavə xətt) olmalıdır.
MDR-Vərəm müalicə rejimi təyin olunan bütün xəstələr MDR-Vərəm müalicəsinə başlamasalarda MDR-
Vərəm qeydiyyatına daxil olunmalıdırlar. MDR-Vərəm qeydiyyatında aşağıdakılar qeyd olunur:
• MDR-Vərəm qeydiyyat nömrəsi:
Bu MDR-Vərəm müalicəsinə daxil olan xəstələrin onlara fərdi şəkildə
verilmiş şəxsi nömrəsidir.
• Qeydiyyatdan keçmə tarixi
• Adı, cinsi, doğulma tarixi, ünvan
• Rayon Vərəm qeydiyyat nömrəsi
• Xəstəliyin yeri:
Pulmonar və ya ekstra pulmonar.
• Qeydiyyat kateqoriyası:
3-cü Bölmədə təsvir olunub.
• İkinci sıra dərmanlar artıq qəbul olunub:
Bəli və ya xeyir.
• DHT
: Tarix və nəticələr. Xəstələr birdən artıq DHT-nə malik ola bilərlər. Diaqnostik DHT (nəticələrinə
əsasən xəstə MDR-Vərəmli xəstə kimi qeydiyyat olunur) daxil olunur. Tam DHT tarixçəsi müalicə kartında
qeyd olunur. Sonrakı DHT nəticələri qeydiyyat jurnalında qeyd olunmur.
• MDR-Vərəm kimi qeydiyyat aparılmasının səbəbi.
Səbəblərə təsdiqlənmiş MDR-Vərəm, şübhəli MDR-
Vərəm, diqər dərmanlara rezistentlik, mono-dərmana rezistentlik və birinci sıra dərmanlara qeyri-tolerantlıq
daxildirlər. Əgər xəstə müalicəyə başlamayıbsa səbəbi sonra gələn sütunda verilir.
• MDR-Vərəm müalicə rejimi:
Tarix və ilk rejim qeyd olunur.
• Yaxma və kulturanın yoxlanma nəticələri:
Tarix və nəticə.
• HİV statusu:
Müayinələrin nəticələri, kotrimoksazol profilaktik terapiya və ART müalicə haqqında
məlumat.
• Son nəticələr:
Təriflər üçün 4-cü Bölməyə baxın.
• İzahatlar.
Bu sütun hər hansı bir əlavə məlumat üçün ayrılıb.
3.3 Bəlğəm n yoxlanması üçün mürac ət
ÜST IV-cü Cateqoriya Forma 3-ün elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy
of WHO Category IV Forms 3 is available online)
Sənəd formasının yuxarı hissəsi DOTS proqramında istifadə olunan formanın yuxarı hissəsi ilə eynidir, orta
hissəsi isə tələb olunan kultura və DHT-in nəticələri üçün istifadə olunur. Aşağı hissəsi nəticələrin hesabatı üçün
istifadə olunur. Eyni sənəd forması nəticələr ilə birgə müalicə bölməsinə qaytarılır.
3.4 Laborator ya qeyd yyat jurnalları
ÜST IV-cü Cateqoriya Forma 4-ün elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy
of WHO Category IV Forms 4 is available online).
Laboratoriyalarda yaxmanın mikroskopiya nəticələri və kultura və DHT nəticələri üçün ayrı bir qeydiyyat
jurnalları olmalıdır, MDR-Vərəm Forma 4 olan laboratoriya qeydiyyat jurnalı kultura və DHT nəticələrinin qeyd
etmək üçün istifadə olunur. Kultura və DHT qeydiyyatı MDR-Vərəm qeydiyyatı ilə bütün MDR-Vərəm halların
daxil olmasına əmin olmaq üçün müntəzəm şəkildə müqayisə edilməlidir.
3.5 MDR-Vərəm aşkarlanma halların rüblük hesabatı
ÜST IV-ci Cateqoriya Forma 5-nin elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy
of WHO Category IV Form 5 is available online).
Bu hesabat aşkar olunan MDR-Vərəm xəstəlik hallarının (yayılmış və yönədilmiş) sayını və müalicəyə
başlayan MDR-Vərəm xəstəlik hallarının sayını qiymətləndirmək məqsədi ilə istifadə olunur. Hesabat hər rüb
olunmalıdır.
Bölmə 12
Qeydiyyat və hesabat
• Səhifə 157
Rüblük hesabata daxildir:
• Laboratoriya Qeydiyyat Jurnalından (Forma 04) çıxarılmış münasib rübdə MDR-Vərəm nəticələrin alınma
tarixi ilə xəstələrin sayı.
• IV-ci Cateqoriya Qeydiyyatdan (Forma 02) çıxarılmış rübdə IV-ci Cateqoriya müalicəyə başlayan MDR-
Vərəm xəstələrin sayı.
Əgər münasibdirsə, qeyd olunmuş XDR-Vərəm xəstəlik hallarının sayı (rezistentlik növü ilə DHT
nəticələrin kross yoxlanmasından sonra) və XDR-Vərəm müalicəyə başlayan XDR-Vərəm xəstəlik hallarının sayı
əlavə olunmalıdır.
IV-ci Cateqoriya qeydiyyatdan keçməsinin və IV-ci Cateqoriya müalicəsinə başlanmasının arasında böyük
gecikmə ola bilməsinə görə, rüb ərzində müalicəyə başlayan xəstələr MDR-Vərəmlə aşkar olunan xəstələrlə eyni
olmaya bilərlər. Lakin bu məlumat müalicənin əhatə etməsinin təxmini işarəsini verir.
3.6 6-aylıq müvəqqət nət cələr n lk n q ymətlənd rmə forması
ÜST IV-ci Cateqoriya Forma 6-ın elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy of
WHO Category IV Form 6 is available online).
Hər müəyyən olunan kohortun müvəqqəti və ya ilkin nəticə hesabatı olmalıdır. Bu hesabat MDR-Vərəm
müalicə qeydiyyat jurnalının əsasında olur və kohortun son bağlanma günündən doqquz ay sonra forma
tamamlanır. Müalicənin sonunda hesabatın verilməsi gecikmiş hesab edildiyi üçün (iki və hətta üç ildən sonra),
bütün kohortlar üçün müvəqqəti nəticələrin verilməsi arzuolunandır.
3.7 MDR-Vərəm hallarının müal cə nət cələr n ll k hesabatı
ÜST IV-ci Cateqoriya Forma 7-ci elektron variantını onlyan əldə etmək mümkündür (
The electronic copy of
WHO Category IV Form 7 is available online).
Bu hesabat bir illik müalicənin son nəticələrini, həm bütün hallar üçün birgə, həm də yaxma və kultura
nəticələrinin ayrıca və xəstənin qeydiyyat kateqoriyasını göstərir.
Müalicə üzunmüddətli olduğuna görə, nəticələr müalicənin uzun bir vaxt dövri idarəedilməsini əks edəcək.
İstisna, uğursuzluq, ölüm və s. kimi tez dəyişikliklərə qiymət vermək üçün, ilkin nəticələr üçün əlavə formalar
da mümkündür. Əgər MDR-Vərəm müalicə qeydiyyat jurnalı kompüterləşdirilmiş olsa, bu formalar daha rahat
doldurulur.
3.8 Xəstən n şəxs kartı
Bu əlavə bir formadır və ÜST-ün saytında nümunəsi yoxdur. Xəstəyə MDR-Vərəm diaqnozu qoyulan zaman
xəstənin şəxsi kartı müalicə kartı ilə bir vaxtda doldurulmalıdır və xəstədə saxlanmalıdır. Bu karta aşağıdakılar
daxildir:
• Demoqrafik təlsifatlar (adı, yaşı, cinsi);
• MDR-Vərəm qeydiyyat nömrəsi;
• Əsas müalicə məlumatı (başlanma tarixi, rejim);
• Xəstənin müalicə alacağı sağlamlıq mərkəzi;
• Təyinatların tarixləri
4 Kompüterləşd r lm ş s stemlər
Bütün formalar əlyazması ola bilər. Lakin, MDR-Vərəm müalicə kartından MDR-Vərəm qeydiyyat jurnalına
daxil edilən məlumatların elektron versiyası daha arzu olunandır, cünki bu məlumatın keyfiyətini yaxşılaşdırır və
yoxlanmasını asanlaşdırır. 5– 7-ci Formalar kompüterləşdirilmiş qeydiyyat jurnalında asan yaradıla bilər.
Səhifə 158 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
MDR-Vərəmin yüksək
səviyyədə olduğu yerlərdə
elektron qeydiyyat və
hesabat sistemləri xəstənin
qeydiyyat və hesabatını
asanlaşdırır.
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
Qeyd yyat və hesabatreport ng
1. MDR-Vərəmin idarəedilməsində istifadə olunan müalicə kartında başqa məlumatlarla birgə aşağıdakılar
da daxildir (birini seçin):
a) Əsas demoqrafik məlumat
b) MDR-Vərəm qeydiyyat nömrəsi
c) Müalicə tarixçəsi
d) Hər hansı DHT-in tarixi və nəticələri
e) Yuxarıda qeyd olunanlarının hamısı
2. Aşağıdakı məlumat MDR-Vərəm qeydiyyat jurnalında qeyd olunan məlumatlar arasındadır:
a) Qeydiyat tarixi
b) İkinci sıra dərmanlar artıq qəbul olunub: (Bəli və ya xeyir)
c) Ailə vəziyyəti
d) Ailə üzvlərinin sayı
e) Yaxma və kultura monitorinqinin nəticələri
3. MDR-Vərəm diaqnozu qoyulan zaman, xəstənin şəxsi kartı müalicə kartı ilə bir vaxtda doldurulmalıdır və
müalicə edən şəxs tərəfindən saxlanmalıdır. Düz və ya səhvdir?
1: e
2: a, b və e
3: S
Cavablar
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 159
MDR-Vərəmlə təmas halları
Bölmə 13
Səhifə 160 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• Yüksək riskli təmas hallarını müəyyən edə biləcəksiniz
• MDR-Vərəmli xəstələrlə böyüklərin və uşaqların təmas hallarının idarəedə
biləcəksiniz
• MDR-Vərəmli xəstələrin HİV-müsbət təmas hallarını idarəedə biləcəksiniz
Bölmə 13
MDR-Vərəmlə təmas halları
Bölmə 13
MDR-Vərəmlə təmas halları
• Səhifə 161
2 G r ş
MDR-Vərəmin cəmiyyətdə yayılmasını dayandırmaq imkanı və vaxtında müalicə olunması çox zaman
mümkün olmur, çünki MDR-Vərəmli xəstələrin təmas halları araşdırılmır.
MDR-Vərəmli xəstələrin yaxın təmas halları bir evdə yaşayan və ya gün ərzində eyni binada, otaqda uzun
müddət ərzində xəstə ilə bir yerdə olan insanlar kimi müəyyən olunur. Məlumatın məhdud olmasına baxmayaraq,
tədqiqatlar göstərir ki, MDR-Vərəmli xəstələrin yaxın təmas hallarında çox vaxt MDR-Vərəm var və bu səbəbdən
uyğun idarəedilməlidirlər.
3 MDR-Vərəmlə təmas r sk n n q ymətlənd r lməs
Sual:
Aşağıdakılardan hansı digər xəstədən MDR-Vərəmə yoluxma üçün risk amili hesab edilə bilər?
a. İnfeksiya mənbəyinin yoluxuculuğu
b. Xəstənin MDR-Vərəmli xəstəsi ilə yaxın təması
c. Təmas halının müddəti
d. Təmas halının tezliyi
e. Nəzərdə tutulan xəstənin ictimai-iqtisadi vəziyyəti.
Cavab:
Düzgün cavablar a, b, c və d-dir.
Öskürən və yaxma-müsbət bəlğəmi olan MDR-Vərəmli xəstələrin əksəriyyəti öskürməyən və ya yaxma-
mənfi bəlğəmi olanlardan daha yoluxucudurlar.
MDR-Vərəmli xəstə ilə birgə uzun müddət eyni havanı qəbul edən şəxslərin (məsələn, bir evdə yaşayan ailə
üzvləri, xəstəxanada bir otaqda qalan yoldaşı,həbsxanalar) infeksiyaya yoluxma riski qısa müddət təmasda
olan şəxslərdən daha yüksəkdir.
MDR-Vərəmli təmas hallarının idarəedilməsində nəzərdə alınmalı amillərə aşağıdakılar daxildir:
• MDR-Vərəmlə təmas nəticəsində yoluxma ehtimalı yeni yoluxma halı kimi hesab edilir
• Kontagioz təmas halı vasitəsi ilə aktiv MDR-Vərəmin inkişaf etmə imkanı
MDR-Vərəmli xəstə ilə təmasda və ehtimalla yeni yoluxma olan şəxslərdə
M. tuberculosis-in MDR ştammın
aktiv infeksiyasının olması ehtimalı qiymətləndirilməlidir. Nəzərə alınmalı amillərə daxildir:
• MDR-Vərəmli infeksiya mənbəyinin yoluxuculuğu
• Infeksiya ilə təmasda zaman və məkan amilləri
• Dərmanlara həssas Vərəmli xəstələrin təsirinə məruz qalması ehtimalı.
3.1 İnfeks ya mənbəy n n kontag ozluğu
Öskürən və yaxma-müsbət bəlğəmi olan MDR-Vərəmli xəstələrin əksəriyyəti öskürməyən və ya yaxma-mənfi
bəlğəmi olanlardan daha yoluxucudurlar.
Səhifə 162 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
3.2 MDR-Vərəmlə təmasda zaman və məkan am llər
MDR-Vərəmli xəstə ilə birgə uzun müddət eyni havanı qəbul edən şəxslərin (məsələn, bir evdə yaşayan ailə üzvləri,
xəstəxanada bir otaqda qalan yoldaşı) infeksiyaya yoluxma riski qısa müddət təmasda olan şəxslərdən daha yüksəkdir.
Kiçik, qapalı, ventilasiya sistemi zəif olan məkanda təmas nəticəsində infeksiyasının ötürülmə ehtimalı
geniş, yaxşı ventilasiya sistemi olan məkandan daha çoxdur.
Öskürək gətirən prosedurlar zamanı (məsələn, bəlğəmin induksiyası, bronxoskopiya) ötürmə daha çox arta bilər.
3.3 Təmas tar xçəs
Dərmanlara həssas ştammlarla infeksion Vərəmli xəstələr də daxil olmaqla,
M. tuberculosis –in müxtəlif
mənbələrinin təsirinə məruz qalan şəxslərin MDR-Vərəmə yoluxmaya ehtimalları daha azdır.
M. tuberculosis infeksiyasını yaxın zamanlarda qazanmış şəxslərdə aktiv xəstəliyin inkişaf etmək imkanı
nisbətən yüksəkdir: immunokompetent şəxslərdə yoluxmadan sonra ilk iki il ərzində Vərəmin inkişaf etmək riski
yuxarıdır və sonra bu risk nəzərə çarpacaq dərəcədə azalır. Ümumilikdə, yoluxmuş immunokompetent şəxslərin
5 – 10 % -da ilk iki il ərzində aktiv xəstəlik inkişaf edir.
MDR-Vərəmli xəstələrlə uşaqların təmas halları (xüsusən iki yaşından az olanlar) yuksək risk altındadırlar.
MDR-Vərəmə yoluxan şəxsdə aktiv xəstəliyin inkişaf etmək imkanını artıran ən güclü amil HİV
infeksiyasında olduğu kimi zəif immun sistemidir. Bu yadda saxlanmalıdır, lakin, zəif immun sisteminin digər
çoxlu tibbi səbəbləri var:
• Malnutrisiya
• Anadangəlmə sindromlar
• Əsas hematoloji xəstəliklər
• Endokrin xəstəliklər
• Böyrək xəstəlikləri
• Şəkərli diabet
Əlavə olaraq, immunosupressiv dərmanları (steroidlər, xərçəngə qarşı kimyaterapiya) və ya şüalandırmanı
qəbul edən xəstələr həmçinin yüksək risk altında ola bilərlər.
Vərəmə görə araşdırma altında olan bütün təmas hallarına (xüsusilə HİV-in yayılması yüksək olan ölkələrdə/
subəhalidə) könüllü HİV-lə bağlı məsləhətləşmə və yoxlama və ya sağlamlığa qayğı məntəqəsində HİV-ə yoxlanma
təklif olunmalıdır.
4 Vaks nas ya
Vaksinasiya vasitəsilə MDR-Vərəmin qarşısını almaq imkanı MDR-Vərəmin qlobal epidemiologiyasına
dərin təsir edəcək; lakin, hal-hazırda olan
M. tuberculosis-in zəifləşdirilmiş ştammından alınmış və birinci dəfə
1921-ci ildə istifadə olunmuş yalnız BCG adlanan bir vaksin var. Randomizələşmiş (təsadüfi) plasebo-nəzarətli
və retrospektiv hallara-nəzarət və kohort tədqiqatları coğrafi rayonundan asılı olaraq vaksinin effektliliyində 0%-
dan 80 %-dək geniş dəyişməni göstərirlər.
Hər bir ölkənin BCG vaksinasiyasına dair müxtəlif yanaşmaları var və MDR-Vərəmli xəstələrin müalicəsi
ilə məşğul olan həkimlər öz müvafiq Vərəmə nəzarət proqramlarının təlimatlarına riayət etməlidirlər. Böyüklərdə
BCG vaksinasiyanı etmək məsləhətli deyil.
Molekulyar genetikada irəliləyişlər
M. tuberculosis –in genom ardıcılığının xarakteristikası və bədən fəaliyyəti
ilə bağlı təxminən dörd min genlərin identifikasiyası ilə nəticələnib və bir çox potensial Vərəm vaksinlərinin
yaradılmasına imkan verir. Hal-hazırda üç növ vaksin üzrə araşdırılmalar aparılır, yəni:
• Canlı, zəiflədilmiş vaksinlər (əsasən BCG-dən alınan)
• Kombinə olunmuş vaksinlər (mikobakterial polipeptidlər, lipid və karbohidrat antigenlərin əlavələr ilə
birləşməsi)
• Müdafiyə antigenliyini yaradan təmiz DNT vaksinləri.
Bölmə 13
MDR-Vərəmlə təmas halları
• Səhifə 163
Lakin vaksinlərin təkmilləşdirilməsində
əsas maneə
M. tuberculosis-ə qarşı
müdafiənin əvəzedici markerları olan xüsusi
T-hüceyrə podqruplarının, limfokinlərin,
sitokinlərin və anticisimlərin rolları
barədə qeyri-kafi biliklərin olmasıdır. Hal-
hazırda, immunitetin gücünü müəyyən
edə bilən yeganə sınaq eksperimental
heyvan modellərində virulent antigenə
qarşı reaksiyanın qiymətləndirilməsindən
ibarətdir və heyvan modellərindən alınan
vaksinin insanlar üzərində effekt dərəcəsi
aydın deyil.
Sual
Aşağıdakı tədbirlərin hansıları MDR-Vərəmli xəstələrin asimptomatik təmas hallarının idarəedilməsində
faydalı ola bilər?
a. Preventiv tədbir kimi ikinci sıra dərmanlardan istifadə
b. Pirazinamid və yüksək dozada etambutol; pirazinamid və florxinolonlar
c. ‘Diqqətli gözləmə’ yanaşmanın qəbulu
d. İzoniazidlə preventiv terapiya
Cavab
• ÜST MDR-Vərəm təmas hallarında preventiv müalicə məqsədi ilə ikinci sıra dərmanların hərtərəfli
istifadəsini məsləhət görmür.
• Pirazinamid və yüksək dozada etambutol; pirazinamid və florxinolonların toksikliyinin
(asimptomatik hepatit, artralgiya, əzələoynaq, qastrointestinal, dermatoloji və mərkəzi sinir sistemin
əlavə təsirləri) yüksək səviyyədə olması qeyd olunub və buna görə asimptomatik təmas hallarda təyin
olunmur.
• Yaxma-mənfi MDR-Vərəmli xəstələrin asimptomatik təmas halları dərmanlara həssas Vərəmli
xəstələrə dair standart məsləhətlərə əsasən idarə edliməlidir. (ÜST-ün Vərəmə qarşı Preventiv
Terapiya üzrə Təlimatlarını əldə etmək üçün Websayt).
5 MDR-Vərəml xəstələr n as mptomat k təmas hallarının darəed lməs
ÜST MDR-Vərəm təmas hallarında preventiv müalicə məqsədi ilə ikinci sıra dərmanların hərtərəfli
istifadəsini məsləhət görmür.
Bu günə kimi, latent MDR-Vərəm infeksiyasına qarşı müalicənin effektivliyinin
təyin edilməsi üçün heç bir nəzarətli kliniki tədqiqatlar aparılmayıb. Eksperimental rejimlərlə (pirazinamid və
yüksək dozada etambutol; pirazinamid və florxinolonlar) aparılan kiçik tədqiqatlarda yüksək dərəcədə toksiklik
(asimptomatik hepatit, artralgiya, əzələoynaq, qastrointestinal, dermatoloji və mərkəzi sinir sisteminin əlavə
Intradermal BCG vaksinasiya
HELP Design Group
Səhifə 164 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
təsirləri) qeyd olunub. Bu səbəbdən xüsusilə bir çox müxtəlif vərəm çöplərinin ştammlarının (çox vaxt əksəriyyəti
dərmanlara həssas olanlar) dövr edən MDR-Vərəmin yüksək səviyyədə olduğu yerlərdə ‘diqqətli gözləmə’
yanaşması daha uyğundur. Təmasda olan şəxslərin dərmanlara həssas ştammlara yoluxma ehtimalını nəzərə alaraq,
MDR-Vərəmli xəstələrin asimptomatik təmaslarının dərmanlara həssas vərəm xəstələri ilə təmas hallarında olduğu
kimi eyni şəkildə idarə olunması qəbul olunan təcrübədir, məsələn, izoniazidlə preventiv müalicə.
Yaxma-mənfi MDR-Vərəmli xəstələrin asimptomatik təmasları dərmanlara həssas Vərəm xəstələrinə
dair standart məsləhətlərə əsasən idarə edliməlidir. (ÜST-ün
Resurslar məhdud olan sahələrdə sağlamlığa qayğı
göstərən müəssisələrdə vərəmin prevensiyası üzrə Təlimatlara olan bir əlavə - HİV xəstələrinə qayğı və müalicənin
genişləndirilmə erasında Vərəm infeksiyasına nəzarət -i əldə etmək üçün Websayt).
Yaxma-müsbət MDR-Vərəm hallarının asimptomatik təmasları sürətlə müəyyən edilib, yoxlanmalıdır. Beş
yaşında və ondan da az yaşı olan uşaqların sağlamlıq vəziyyətindən və tuberkulin sınağına cavabdan asılı olmadan
isoniazidlə preventiv terapiya müzakirə edilməlidir.
Beş yaşından böyük uşaqlarda və böyüklərdə təmas hallarda, güclü reaktiv tuberkulin testi infeksiyanı
göstərir, lakin bu xəstəlik demək deyil. Bu şəxslərdə preventiv (dərmanlara həssas) müalicənin başlanması barədə
qərar kliniki tarixçədən, yoxlamadan və müayinədən asılıdır.
MDR-Vərəm xəstələri ilə təmasda olan şəxslər mümkün Vərəmin ilk əlamətləri barədə xəbər
verməlidirlər və diqqətlə riskin qiymətləndirilməsi prosesi aparılmalıdır. Bəlğəm nümunəsi yaxma, kultura
və DHT-nə göndərilməlidir. Döş qəfəsinin rentgeni də olunmalıdır. Təxmini şəkildə MDR-Vərəm müalicəsi
aparılmamalıdır.
HİV-müsbət təmaslar hər ay ən azı üç ay ərzində nəzarət altında olmalıdır və əlamətlərin aydın şəkildə aşkar
edildiyi zamanı məlumat verilməlidir.
Dostları ilə paylaş: |