Bu bölmənin sonunda siz bilməlisiniz:
• Nə üçün həbsxana şəraiti Vərəmin aşkarlanması və qarşısının alınması üçün
daha çətin şərait hesab edilir
• Nə üçün məhkumlar xüsusilə çətin xəstələr hesab edilirlər
• Həbsxanalarda müxtəlif rezistentli ştammlar necə əmələ gəlir və ya yayılır
• Məhkumlarda MDR Vərəmin müalicəsi zamanı əmələ gələn əlavə çətinliklər
barədə
• Necə və nə üçün məhkumlarda Vərəm-HİV-in olması Vərəm və MDR Vərəm
müalicəsini daha da ağırlaşdırır
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 185
2 G r ş
Həbsxana şəraitinin və məhkumların özünəməxsus xüsusiyyətləri Vərəmin effektli nəzarəti üçün spesifik
yanaşmalar tələb edir
1,2
. Bunlar
Mycobacterium Tuberculosis rezistent formaların (xüsusilə MDR-Vərəm) peydə
olunması və disseminasiyası ilə əlaqəli daha ciddi nəzərə alınmalıdır. Bəzən həbsxanaları vərəmin müalicəsi
üçün “ideal məkan” hesab edirlər. Təəssüf ki, həbsxana şəraitinin səciyyəvi çətinlikləri və məhkumların “adi”
xəstə əhalisindən çox fərqlənməsi faktdır və həbsxanalarda Vərəmin müalicəsini əksər tibb mütəxəssislərinin
düşündüklərindən qat-qat çətindir
3
. Həbsxanalar Vərəm bakteriyasının həm adi, həm də rezistent ştammları
üçün ən münbit məkan hesab edilir. Bu bölmədə həbsxanalarda Vərəmlə mübarizə zamanı nəzərə alınmayan bir
çox məqamlar öz əksini tapacaq. Vərəmin idarəetməsində meydana çıxan çətinliklərin həlli yolları xüsusilə MDR
Vərəmin müalicəsi zamanı HİV-in sürətlə həbsxanalarda yayılması nəticəsində daha da mürəkkəbləşir.
İctimai Səhiyyə Problemi olmaqdan əlavə həbsxanalar həm də Vərəm və MDR Vərəm ehtiyatını özündə
cəmləyən bir yerdir. Səhiyyə Orqanları buna laqeyd qala bilməzlər. Burada söhbət insan həyatından gedir.
Vərəmə yoluxmaq məhkumlara verilən hökm deyil. Lakin inkişaf edən dünyanın, Vərəmə yoluxma nisbəti
yüksək olan ölkələrinin həbsxanalarında MDR Vərəmə yoluxan xəstənin müalicəsi mümkün olmasa, bu həmin
xəstə məhkum üçün ölüm hökmünə bərabərdir
4
.
Burada öz əksini tapan situasiyalar və “hiylələr” Vərəm proqramı həyata keçirilən dörd qitədə
yerləşən həbsxanalardakı təcrübənin məhsuludur və onlar konkret olaraq hər hansı spesifik bir qitəyə
aid deyil. Xüsusi vurğu altında qeyd edilməlidir ki, bu bölmədə öz əksini tapan problemlər bütün
həbsxanalar
a aid deyil və hesab etmək olmaz ki, bütün həbsxanalar sistemli şəkildə proqramlarla əlaqə
saxlamırlar. Bir çox məhkumlar müalicə edilmək istəyirlər və onların idarə edilməsi o qədər çətin olmur.
Təəssüf ki, Vərəmin yayıldığı ölkələrin həbsxanalarının əksəriyyətində problemlər vardır. Məhkumların
mövcud sistemi aldatması və ya sistem üzərində üstünlük əldə etmə və əsasən bunun digər məhkumlara
da sirayət etmə halları çoxdur. Bu bölmədə qeyd edilən hiylələr heç vaxt həbsxana şəraitində işləməyən
tibb personalının məlumatlandırması üçündür. Məlumdur ki,
Mycobacterium Tuberculosis-in rezistent
ştammlarının yaranmasına səbəb olan və düzgün aparılmayan Vərəm müalicə proqramını tətbiq
etməkdənsə fəaliyətsizlik daha yaxşıdır. Həbsxanalarda MDR Vərəm Proqramının tətbiqinə başlayarkən
vərəmin bütün formalarının düzgün idarəolunmasına mane ola biləcək məqamlardan qorunma
qaydalarını bilmək çox vacibdir.
Səhifə 186 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
2.1. Nə üçün həbsxanalar?
Vərəm bu gün bütün dünyada ən əsas səhiyyə problemi hesab edilir. Bu xəstəliyin həbsaxanalarda yayılması
çox yüksəkdir, bəzən isə ümumi əhali sayına nisbətən həddindən artıq yüksək olur. Bu reallıq həbsxanadan
kənarda da Vərəmin geniş şəkildə yayıldığı ölkələrdə daha qabarıqdır. Bu cür ölkələrdə həbsxanalarda Vərəmin
yayılma nisbəti həbsxanadan kənarla müqayisədə 40, 50 və hətta 80-100 dəfə yüksək ola bilər. Son onillikdə
Mycobacterium tuberculosis-in rezistent formaları və xüsusilə də MDR Vərəm ştammları həbsxanalarda geniş
şəkildə yayılmağa və əsas problemlərdən biri olmağa başlayıb. Bu səbəbdən Vərəm mənşəli ölüm halları artıb.
İndi əsas problem məhkumlar və heyət üçün əlavə təhlükə mənbəyi hesab edilən rezistent vərəm çöpləri olan,
kontaqioz məhkumların mövcudluğudur.
Son vaxtlaradək bir çox ölkələrin milli səhiyyə strategiyalarında məhkumlar nəzərə alınmırdılar. 10-15 il
əvvəl milli səhiyyə statistikasında məhkumlar və ya məhkumların sağlamlığı məsələsinə toxunulmurdu. Dünyadakı
məhkumlar Daxili İşlər və Ədliyyə Nazirliklərinin tabeliyindədir və Səhiyyə Nazirliyi ilə əlaqələr də müstəsna
təşkil edir. Bundan əlavə Səhiyyə Nazirliyinin də ölkənin məhkum əhalisinin səhhəti barədə çox cüzi məlumatı
olur (və əksər hallarda heç bir müdaxilə etmə səlahiyyətləri də olmur)
5
.
2.2. Bu yalnız məhkumlar barədə dey l!
Həbsxanalarda Səhiyyənin vəziyyəti dedikdə yalnız məhkumlar nəzərədə tutulmur. Əslində həbsxanalar
öz-özlərində kiçik cəmiyyətlərdir. Onlarında məhkum heyəti, tibb heyəti, vəkilləri, hər gün gəlib-gedənləri
var. Müntəzəm olaraq, həftədə bir neçə dəfə və ya daha çox məhkumlara baş çəkən, onlarla yaxın təmasda olan
ziyarətçilər var. Məlum məsələdir ki, həbsxana əhalinin səhhəti ilə bağlı olan hər hansı bir problem məhkumlarla
bu cür yaxın təmasda olan insan qrupuna da təsir edəcək. Gec və ya tez həbsxanalardakı sağlamlıqla bağlı bu cür
problemlər ictimaiyyəti də əhatə edəcək.
Siyasətçilər, Dövlət Səlahiyyətliləri və hətta Səhiyyə məmurları da çox vaxt həbsxanalardakı bu cür potensial
təhlükə mənbələrinə laqeydlik göstərirlər. Onlar məhkumları bu cəmiyyətin bir parçası kimi, gec-tez bu cəmiyyətə
inteqrasiya ediləcək şəxslər kimi deyil, sanki başqa planetdən gəlmiş və sağlamlığının qətiyyən digər insanlara təsir
qabiliyyəti ola bilməyəcək yad adamlar kimi qəbul edirlər.
Sual:
In your opinion, why do public authorities, and even health authorities, neglect health in prisons?
a. Həbsxanalardakı səhiyyə problemləri nadir hallarda ümumi ictimaiyyətin problemi ola bilər.
b. Məhkumlar ümumi cəmiyyətdən təcrid ediliblər, buna görə onlar bu cəmiyyətə heç cür təsir edə
bilməzlər.
c. Səhiyyə məmurları çox vaxt həbsxanalardakı vəziyyətlərdən xəbərsiz olurlar.
d. Siyasətçilər çox vaxt məhkumların səhhəti ilə maraqlanmırlar.
e. Məhkumlar ümumi ictimai cəmiyyətin üzvü kimi qəbul edilmirlər.
Cavab:
c, d və e bəndləri hər biri doğru ola bilər − bəzən hər üçü doğrudur.
Əgər siz düzgün cavab kimi a) və ya b) bəndlərini qeyd etmisinizsə: Həbsxanalardakı səhiyyə problemləri
ümumi cəmiyyətə hökmən təsir edir. Həbsxanalar qapalı cəmiyyətlərdir, lakin əlbəttə bu tam germetik
şəkildə olmur. Mühafizəçilər və ziyarətçilərdən də başqa, misal üçün vəkillər, çatdırılma işlərinə baxan
heyət, sanitarlar və təmir işləri ilə məşğul olan insanlar həbsxanalara gəlib gedirlər. Məhkumlarla təmas
bütün bu qeyd edilən qrupların hamısı ilə o qədər də yaxın olmasa da, əgər məhkumlar arasında yoluxucu
xəstəlik varsa istər-istəməz bu, “ziyarətçilər” vasitəsi ilə yayılacaq və beləliklə də həbsxana və ictimai
cəmiyyət arasında körpü yaranacaq. Latın Amerikasında bu “poblaciones puente” və ya “insanların
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 187
körpüsü” adlanır. Bu ifadə qeyd edilən vəziyyəti çox yaxşı işıqlandırır. Məlum məsələdir ki, məhkumlar və
ya onların əksəriyyəti azadlığa buraxılırlar. Əgər Vərəmə yoluxduğu aşkarlanmayan və ya lazımi müalicə
almayan məhkum varsa onlar bu xəstəliyi öz ailələrinə və beləliklə də cəmiyyətə yaymış olacaqlar.
Əksər ölkələrdə, xüsusilə Vərəm hallarının çox sayda olduğu ölkələrdə, Səhiyyə Nazirliyinin məmurları öz
ölkələrinin həbsxanalarındakı real vəziyyət barədə məlumatsızdırlar. Son onillikdə Səhiyyə Nazirlikləri
həbsxanalardakı səhiyyə məsələlərinə cəlb edilirlər, hətta Səhiyyə Nazirlikləri nəzdində həbsxanalarda
səhiyyə şöbələri yaradılıb. Burada bu mövzunu müzakirə etmək fikrindən tamamilə uzaq olsaq da
qeyd etmək lazımdır ki, artıq Vərəm problemi o həddədir ki, Səhiyyə Nazirlikləri də həbsxanalarda
məhkumların sağlamlığı məsələsinə cəlb edilirlər.
d) və e) Bu cavablara “siyasi cəhətdən düzgün olmayan” fikirlər kimi baxıla bilər. Təəssüf ki, bu bir çox
ölkələrin real vəziyyətini əks etdirən bir ifadədir. Siyasi səlahiyyətliləri inandırmaq lazımdır ki, məhkumlar
müvəqqəti olaraq ümumi ictimai cəmiyyətdən təcrid edilmiş olsalar da, onlar bu cəmiyyətin bir parçası,
bir üzvüdürlər, gec ya tez bu cəmiyyətə qayıdacaqlar. İctimai Səhiyyənin müdafiəsi üçün məmurlar
məhkumları da ümumi səhiyyə siyasətinə daxil etməlidirlər. Nəhayət İnsan Hüquqları nöqteyi nəzərindən
məhkumlar öz cinayətləri səbəbindən azadlıqdan məhrum ediliblər, ümumi səhiyyə siyasətinə daxil olmaq
hüquqlarından deyil. Əvvəlcə qeyd edildiyi kimi, vərəm məhkum cəzasının bir hissəsi deyil.
2.3. Vərəm həbsxana şəra t ndə xüsus çət nl klə aradan qaldırılır
MDR–Vərəm bu gün dünyanın bir çox ölkələrinin həbsxanalarında geniş şəkildə yayılmaqdadır. Vərəmə
qarşı rezistentlik öz-özünə baş vermir – bu insanın yaratdığı bir problemdir. Diqqətsizlik, laqeydlik, məqsədsizlik,
bəzən hətta rüşvətxorluq “adi” Vərəmin müalicəsinin uğursuzluğuna səbəb olur və əgər eyni laqeydlik MDR
Vərəmin müalicəsi zamanı da göstərilsə bu artıq fəlakət deməkdir. Həbsxanalarda işləyən tibb heyətinin MDR
Vərəm də daxil olmaqla Vərəm rezistent ştammlarının seçilməsinə gətirən əvvəllər meydana çıxan çətinliklər və
bir çox hiylələr barədə xəbərdar edilməlidirlər. Bu cür çatışmamazlıqlar praktiki olaraq sağalmaz olan bakteriya
ştammlarının yaranmasına aparıb çıxara bilər.
Həbsxanalar Vərəm rezervuarı hesab edilməlidir və buraya xüsusi diqqət tələb edən bir yanaşma olmalıdır
6
.
“Hardasa Vərəmə nəzarət etməyin yeganə yolu ona hər yerdə nəzarət etməkdən
ibarətdir.”
Professor Lee Reichman*
Hər hansı bir ölkədə həbsxanaları istisna edərək Vərəmə qarşı aparılan “mübarizə” sanki hər irinli absesi olan
xəstənin həmin nahiyyəsini kəsib, drenaj etmədən onun yoluxucu xəstəliyini müalicə etməyə bənzəyir.
Gürcüstan Respublikasında məhkumlar üçün hazırlanmış posterlərdə çox “sadə” qrafik yolla nə üçün Vərəmi
monoterapiya şəklində yox dərmanların kombinasiyası şəklində müalicə etməyin lazım olduğu izah edilir.
Soldakı şəkildə (“Resistent”), “xəstə” yalnız bir dərman qəbul edir (R = rifampisin). Vərəm bakteriyası
isə monoterapiyaya qarşı mübarizə aparır və reziztent olur. Sağdakı şəkildə isə (“Düzgün müalicə”), eyni xəstə
üç müxtəlif dərman qəbul edir (R = rifampisin; INH = izoniazid və PZA = pirazinamid) və daha sonra ona
Streptomisin adlı iynə də yeridilir (bakteriyanın bədənində “sarğı” kimi göstərilib). Vərəm çöpü məhv edilib və o,
artıq “məğlubdur”
Bu poster böyük A3 formatda geniş şəkildə həbsxanalara və Gürcüstan Respublikasının həbsxana tibbi
mərkəzlərinə paylanıb, eləcədə bu posterlərdən digər ölkələrin həbsxanalarında da istifadə ediblər.
* İstinad edilən mənbəyə
bax [13]: “Time Bomb”
(“Zaman bombası”)
Səhifə 188 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
drawings courtesy Dr. L. Sharashidze, ICRC Georgia
Gürcüstan Respublikasında
məhkumlar üçün
hazırlanmış posterlərdə
çox “sadə” qrafik yolla nə
üçün Vərəmi monoterapiya
şəklində yox dərmanların
kombinasiyası şəklində
müalicə etməyin lazım
olduğu izah edilir.
2.4. Ümum şərhlər.
Belə rəsmlərdə sözdən çox məna olmalıdır. Məqsəd ondan ibarətdir ki, Vərəmin oral müalicəsində bir neçə
dərmandan və iynədən də istifadə edildiyi barədə məlumat məhkumlara çatdırılsın (rəsmdə 3 müxtəlif dərman
var: RIF, INH and PZA) və iynə (STR). Bu müalicə Vərəmin tüğyan etdiyi ölkələrdəki həbsxanalarda Vərəmə
qarşı geniş şəkildə istifadə edilir.
Bu cür qrafik izahatlar həbsxanalarda daha çox effekt göstərir, çünki məhkumları geniş şəkildə mətnlərin
olduğu broşürlar o qədər də cəlb etmir.
Bir çox ölkələrdə Vərəmin müalicəsi barədə bu cür məlumatlar məhkumlara çatdırılır. Əsas məsələ gigiyenik
vəziyyətdir (məsələn: məhkumlara anladılmalıdır ki, öz kameralarının tez-tez havasını dəyişsinlər, əlbəttə iqlim
şəraitini bu zaman nəzərə almaq şərti ilə; ağızlarını tutmadan öskürməsinlər və s.) və Vərəmin əlamətlərinə bənzər
simptomlar əmələ gələrsə həbsxanalardakı tibb mərkəzlərinə müraciət etsinlər.
Daha öncə də qeyd edildiyi kimi posterdə izah edilir ki, Vərəmin müalicəsi bir neçə dərman bir yerdə
qəbul edilən zaman effektli olur. Vərəmin tüğyan etdiyi bir çox ölkələrdəki həbsxanalarda xəstə məhkumlar
üçün müalicənin ilkin mərhələsinin ilk iki ayında artıq Streptomisinin də daxil edildiyi standart səkkiz aylıq
müalicə sxemi var, məsələn: 2HREZS/1HREZ/5H3R3. (Bu rəsmdə PZA ETH ilə əvəz edilib). Bu sahədə
aparılan təcrübə göstərir ki, ümumi əhali içərisində də dərmanlara qarşı rezistent olan Vərəmin geniş yayıldığı
həmin ölkələrdə məhkumlarda aşkarlanan bu halın “yeni” olub olmamasından asılı olmayaraq pulmonar vərəm
diaqnozu qoyulan bütün məhkumlar üçün bu səkkiz aylıq sxem ən yaxşı nəticə göstərir
7,8,9
.
Bu cür həbsxanalarda bütün məhkumlar Vərəmə qarşı dərmanlardan istifadə etmiş ola bilər. Bu səbəbdən
də Dərmanlara qarşı həssaslıq testi (DHT) çox vaxt mövcud olmur. MDR Vərəmin müalicəsinə başlayan zaman
DHT həbsxanaya gələn bütün xəstələr üçün standart olaraq aparılmalıdır, bu xüsusi ilə MDR Vərəmin tüğyan
etdiyi yerlərə aid edilməlidir.
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 189
3. “Həbsxanalar vərəml xəstələr üçün münas b dey l”
3.1. Həbsxanalar və vərəm
Əlbəttə həbsxanalar ölkədən ölkəyə dəyişir. Burada yaşam tərzi ümumi dövlətin iqtisadi inkişafından asılıdır.
Eyni zamanda burada tibbi xidmətin keyfiyyəti də fərqli olur. Lakin bəzən elə olur ki, müəyyən resurslara, imkanlara
malik olan dövlətlər də həbsxanalarda səhiyyəyə investisiya qoymaq istəmirlər və burada bütün ictimaiyyət üçün
yaranan səhiyyə problemlərinə göz yummağa üstünlük verirlər. Həbsxanalar ifrat dərəcədə sağlamlığa ziyanlı bir
mühit ola bilər. Xüsusilə Vərəmin tüğyan etdiyi ölkələrdə həbsxana tibb xidməti çox vaxt düzgün qurulmur. Bu
amillər vərəm kimi kontaqioz xəstəliklərin yaranması və disseminasiyası üçün əsli fəlakətə çevrilə bilər.
Həbsxanalar, vərəm də daxil olmaqla müxtəlif xəstəliklərə tutulmuş insanların bir yerə yığıldığı saxlama
kameraları demək deyil. Həbsxanalar dinamik quruluşludur və burada Vərəmin müalicəsini çətinləşdirən amillər
həddən artıq çoxdur.
• Həbsxanalar Vərəmi qəbul edirlər
• Həbsxanalar Vərəmi konsentrasiyalaşdırırlar
• Həbsxanalar Vərəmi disseminasiya edirlər
• Həbsxanalar Vərəmi ağırlaşdırırlar
• Həbsxanalar Vərəmi ixrac edirlər
Sual:
Sizin fikrinizcə məhkumlar həbsxanaya düşməzdən öncə MDR və ya rezistent vərəmə tutulurlar, yoxsa
onlar bu xəstəliklərə həbsxanada yoluxurlar?
Cavab:
Vərəmin tüğyan etdiyi keçmiş sovet ölkələri kimi bir çox ölkələrdə ümumi əhalidə də rezistentlik səviyyəsi
yüksəkdir, lakin həbsxanalardakı vəziyyət bundan 50 dəfə, hətta daha çox ağırdır. Həyata keçirilən
tədqiqatlar göstərir ki, bir tərəfdən məhkumlar artıq rezistent vərəmə tutulmuş halda həbsxanalara daxil
olurlar, digər tərəfdən də həbsxanalarda dərmanlara qarşı rezistentlik yaradan hallar həbsxanalarda kifayət
qədərdir. Əlavə qeydlər üçün növbəti səhifələrə bax.
Vərəmin tüğyan etdiyi ölkələrdə həbsxanaya düşməzdən öncə
Mycobacterium tuberculosis-in rezistent
ştammlarına yoluxmuş məhkumlarla rezistentlik hallarını nəzərə alınmadan birinci sıra dərmanlarla
müalicə olunan və bunun nəticəsində rezistentlik yaranan məhkumların nisbətini araşdırmaq üçün
tədqiqatlar aparılmışdır. “Rezistentliyin artması” mövzusunda tədqiqatlar bütün keçmiş sovet ölkələrində,
və vərəmin geniş şəkildə yayıldığı bir neçə ölkədə həyata keçirilir.
3.2. Həbsxanalar vərəm qəbul ed r
Həbsxanalar ətraf cəmiyyətdən tamamilə təcrid edilmiş bir cəmiyyət deyil. Məhkumların əksəriyyəti 15-
45 yaş arası kişilər olur və onlar əsasən ümumi əhalinin təhsilinin aşağı səviyyədə olması və aşağı yaşayış tərzinə
malik olan təbəqəsinin nümayəndələri olurlar. Cinayətkarlar çox vaxt azlıq və ya köçkün qruplarına məxsus
olurlar və onlar cəmiyyətdən kənarda yaşayırlar. Onlar həbsxanaya düşən zaman bu ümumi cəmiyyət üçün sözün
əsl mənasında böyük təhlükə deməkdir, bu cür insanların təhsili aşağı səviyyədə olur və onlar üçün sağlamlıq əsas
prioritet deyil. Əksər hallarda onlar anti-sanitariya şəraitində yaşayırlar və artıq vərəm də daxil olmaqla bir çox
zəiflədici xəstəliklərə yoluxmuş olurlar. Narkomaniya və bir çox həbsxanalarda çox geniş yayılmış alkoqolizm kimi
əlavə problemlərdə səhiyyənin vəziyyətini ağırlaşdırır.
Səhifə 190 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Vərəm kasıblıq xəstəliyidir. Məhkumlar vərəm üçün əhalinin yüksək risk qruppudur, lakin bununla belə
bir çox ölkələrdə səhiyyə statistikasının çatışmamazlığı səbəbindən bunu dəqiqləşdirmək mümkünü olmasa da
məhkumlar çox hallarda həbsxanaya düşməzdən öncə artıq vərəmə yoluxmuş olurlar.
Sual:
Bu cür birbaşa təmas şəraitində həbsxananın
içərisində
məhkumlara baş çəkən
ziyarətçilərin olması normal bir haldırmı?
Cavab:
Əksər inkişaf etmiş ölkələrində məhkumlarla
ziyarətçilərin bu cür “yaxın təması” mümkün
deyil. Lakin bir çox ölkələrdə, eləcədə
vərəmin tüğyan etdiyi ölkələrdə ziyarətçilər
məhkumlarla bu cür yaxın təmasda olurlar,
vərəmli məhkumun yaşadığı kameraya və
bəzi vaxt hətta da Vərəm palatasına girirlər!
Məhz elə bu səbəbdən də mütləq həbsxanaya
daxil olmazdan öncə məhkumların müayinəsi
aparılmalı və bütün kontaqioz xəstələri təcili
müalicə etmək lazımdır!
Məhkumlara sadə gigiyenik qaydalar
öyrədilməlidir; məsələn, ağız və burnunu
tutmamış heç vaxt öskürməmək, yerə
tüpürməmək, bu məqsədlə xüsusi qablardan
istifadə etmək.
Əgər infeksiyadan lazımi şəkildə qoruyucu
sistem yoxdursa, ailə üzvlərinin yoluxucu
olan və ya ola bilən vərəmli xəstələrin kamerasına daxil olmasına icazə verilməməlidir. Müalicənin ikinci
mərhələsində əgər görüşə icazə verilərsə xəstələr mütləq yuxarıda qeyd edilən qaydalara riayət etməlidirlər və ya
onların ailə üzvləri və ya həm xəstə, həm də ziyarətçilər qorunmaq məqsədi ilə maskalardan istifadə edə bilərlər.
3.3. Həbsxanalar Vərəm konsentras yalaşdırır
İnkişaf edən və Vərəmin geniş şəkildə yayıldığı ölkələrdə həbsxanalar əksər hallarda dolu
olur. Rəsmi “tutumdan” bu cür artıq dolu olan həbsxanalar isə vərəmin yayılmasını daha da
sürətləndirir. Çox zaman belə izdihamlı kameralarda ventilyasiya çox zəif olur. Buda hava
yolu ilə xəstəliyin yayılmasını daha da asanlaşdırır. Bəzən məhkumlar hətta səthi müayinədən
də keçirilmədən kameralara salınırlar. Beləliklə onlar çox vaxt qeyri – sanitar yerlərdə
toplanırlar.
10,11.
Həbsxana kamerasında izdiham
Bu qeyri-adi görünə bilər, lakin bu cür dolu kameralar bir çox ölkələrdə mövcuddur,
onların bəziləri də vərəmin tüğyan etdiyi ölkələrdir.
Hətta içərisi bu qədər də dolu olmayan kameralarda da məhkumlar bir-birilə uzun
müddət bir yerdə qaldıqlarından xəstəliyin yayılması üçün şərait yaranır.
BQXK-ın Azərbaycan nümayəndəliyinin illüstrasiyası
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm
• Səhifə 191
3.4. Həbsxanalar vərəm d ssem nas ya ed r
Təmasın yaxınlığı və müddəti Vərəmə yoluxmanın
əsas təhlükə amili kimi artıq qeyd edilib. Beynəlxalq
həbsxana qaydalarına əsasən məhkümlar, müalicəvi
iqlimdə onların daha çox müddət qalmarı daha effektli ola
bilməsinə baxmayaraq, gündə cəmi bir saat açıq havada ola
bilərlər. Demək günün 23 saatını məhkumlar yoluxucu
xəstəliyin yayılması üçün ən ideal şərait olan izdihamlı
şəraitdə yaşamalı olurlar. Məhkumlar həmçinin çox
vaxt yanaşı xəstəliklər, sağlam olmayan şəraitdə yaşama,
malnutrisiya (pis qidalanma) kimi müxtəlif fiziki amillər
nəticəsində zəif immunitetə malik olurlar. Eyni zamanda
məhkum taleyinin naməlum olması səbəbindən yaranan
daimi yüksək dərəcədə stress kimi psixoloji amillər də
həmçinin immunitetə əks təsir edirlər.
Həbsxanalar həm də zorakarlıqların tez-yez baş verdiyi
yerlərdir. Bu isə əlavə olaraq məhkumun əsəb gərginliyinə
məruz qalması deməkdir. Bütün bu amillər məhkumların
tez bir zamanda vərəmə yoluxmasına gətirib çıxarır.
3.5. Həbsxanalar Vərəm ağırlaşdırır
Əksər hallarda həbsxanalarda olan tibbi xidmət ümumi cəmiyyət üçün yaradılan tibbi xidmətdən qat-qat aşağı
səviyyədə olur. Baxmayaraq ki, qanunla məhkum həbsxanaya yerləşdirilmədən öncə müayinədən keçirilməlidir,
bu proses əksər hallarda sistemsizdir və ya da həyata keçirilmir. Məhkumlar arasında vərəmin aşkarlanması sadəcə
olaraq passiv şəkildə olur. Əksər həbsxanalarda məhkümlar səhiyyə qulluğuna müraciyyətdə çətinlik çəkirlər. Bu
müxtəlif səbəblərdən baş verir. Hərdənbir rəqib məhkum qrupları arasında qarşıdurmalar baş verir. Məhkumlar
gözətçilərə və ya digər heyətə tibbi xidmətdən istifadə imkanına nail olmaq üçün müəyyən “haqqı” ödəməli
olurlar və əksəriyyəti isə bunu edə bilmirlər. Tibbi xidmətlərdən istifadə imkanının məhdudlaşması səhiyyə
xidməti əməkdaşlarının maaşlarının aşağı olması və ya vərəm barəsində hər hansı bir təlimin olmamasına görə
zəif motivasiyalı olmaları ilə daha da mürəkkəbləşir.
Sual:
Ümumi sağlamlıq problemlərinə görə, xüsusilə də vərəmin aşkarlanması üçün, həbsxanaya yerləşməzdən
öncə müayinədən keçmə çox vacibdir. Bu bir çox həbsxanalarda edilir. Nə üçün əksər hallarda bu müayinə
qənaətbəxş olmur?
a. Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi bir çox ölkələrdə,
xüsusilə də vərəmin geniş yayıldığı ölkələrdə təlim keçmiş tibb heyətinin sayının kifayət qədər
olmamasından asılıdır.
b. Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi məhkumların
çox vaxt qeyri-sağlam mühitə düşmələri və Vərəm kimi yoluxucu xəstəliyin yaranmasına səbəb olan
immunitetin zəifləməsidir.
c. Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi bir çox xəstələrin
HİV-na yoluxmuş olmaları və ya həbsxanada bu cür xəstələrlə təmasda olmaları nəticəsində həbsxanaya
düşdükdən sonra onlarda Vərəmin yaranması və inkişafı ola bilər.
Dostları ilə paylaş: |