Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   2   3   4   5   6   7   8   9   ...   25
MDR-Vərəm diaqnozu
   •   Səhifə 53
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
4.1  T bb  anamnez
MDR-Vərəmə şübhəli olan xəstələrdən onların MDR-Vərəmin təsirinə necə məruz qalmaları və xəstəliyin 
yaranması barədə, eləcə də Vərəmə qarşı alınan sonuncu müalicənin tarixini soruşmaq vacibdir. Əvvəlki dəyişkən 
və ya arası kəsilən Vərəmə qarşı müalicənin nəticəsində MDR-Vərəm əmələ gələ bilər.  
Həmçinin digər tibbi vəziyyətlərin olub-olmamasını təyin etmək vacibdir, məsələn:
•  HİV infeksiyası
•  Şəkərli diabet
•  Böyrək xəstəliyi
•  Bədxassəli xəstəliklər
•  Xroniki malabsorbsiya sindromu
•  Uzunmüddətli kortikosteroid terapiyası
•  Digər immunosupressiv terapiya
HİV  statusu  barədə  məlumatı  olmayan  bütün  xəstələrə  təminatçı  (provayder)  tərəfindən  təşkil  olunan 
sınaqdan keçmək və konsultasiya təklif olunmalıdır. Bir çox yerlərdə HİV və Vərəm ko-infeksiyanın səviyyəsi 
yüksək olduğuna görə, bütün Vərəmə sübhəli və Vərəm xəstələri üçün HİV-ə yoxlanma bir üsulu kimi təminatçı 
tərəfindən təşkil olunan HİV sınağı və konsultasiya tövsiyə edilir. Bu, xəstələrin başqa yerlərdə HİV sınağı və 
konsultasiya üçün müraciət edilməsindən daha effektiv və güman ki, daha uğurludur. Təminatçı tərəfindən təşkil 
olunan HİV sınağı və konsultasiya xilasetmə tədbirlər, səhiyyə qulluğu və müalicə müdaxilər üçün alaqapı kimi 
xidmət göstərə bilər
4.2  F z k  müay nə
Fiziki  müayinə  hər  bir  xəstənin 
yoxlanmasının vacib bir hissəsidir. Bu MDR-
Vərəmin  təsdiqində  və  ya  inkarında  istifadə 
oluna bilməz, lakin xəstənin ümumi vəziyyəti 
və digər amillər barədə dəyərli məlumat verib, 
xəstənin idarəedilməsinə təsir göstərə bilər.
MDR-Vərəmin fiziki əlamətləri çox vaxt 
qeyri-spesifikdir.
  Xəstə  arıq  və  rəngi  qaçmış, 
bədəninin temperaturu yüksək, bir az artmış və 
ya normal ola bilər və nəbz adətən tez-tez vurur. 
Barmaqların  təbil  çubuqlarına  bənzəməsi  ağ 
ciyərin  geniş  surətdə  zədələnməsi  və  qeyri-
Vərəm  mikroorqanizmlərlə  superinfeksiya  ilə 
əlaqədardır;  çox  vaxt  bronxoektaz,  ağ  ciyər 
xərçəngi,  empiema  və  ağ  ciyər  absesi  zamanı 
müşahidə olunur.  
Döş  qəfəsinin  müayinəsi  zamanı  adətən 
xırıltılar eşidilir, perkutor kütlük və ya bronxial 
tənəffüs  fonunda  tək-tək  xırıltılar  da  ola  bilər. 
Böyük kavernanın üstündən çox vaxt amfoterik 
tənəffüs eşidilə bilər.Traxeyanın borusu fibroz və 
ya  çapıqlaşma  nəticəsində  tutula  bilər.    MDR-
Vərəm  diaqnozundan  sonra  tələb  olunan 
müayinələr  haqqında  daha  ətraflı  məlumat 
almaq üçün 11-ci Bölməyə müraciət edin.    
Şərqi Dehlidə 
Patparganjda yerləşən 
MCD Döş Qəfəsi 
Klinikasında Dr Pravin 
Vərəmli xəstələrdən 
birini müayinə edir

Səhifə 54   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5  MDR-Vərəm n laborator ya d aqnozu
Xəstədə daimi müsbət olan turşuya davamlı bakteriyaların (TDB) yaxması və ya mikobakterial kulturası və 
ya müalicəyə yaxşı riayət olmasına baxmayaraq, birinci sıra dərmanlarla müalicənin proqnozu qənaətbəxş olmayan 
zaman çox vaxt kliniki cəhətdən MDR-Vərəmə şübhə yaranır. Eləcədə MDR-Vərəm olduğu təsdiqlənmiş xəstə ilə 
təmasda olan şəxs də epidemioloji cəhətdən MDR-Vərəmə şübhəli ola bilər (3-ci Bölməyə bax). Lakin MDR-
Vərəm əlamətlərinin qeyri-spesifik olmasına görə, bir çox xəstəliklər MDR-Vərəmə bənzəyə bilər və 
vice versa.  
Bu səbəbdən, MDR-Vərəm təsdiqlənmiş diaqnozu xəstədən alınan 
M. tuberculosis-nin in vitro izoniazid 
və  rifampisinə  rezistentliyinin
  nümayişi  ilə  təsdiq  oluna  bilər;  bu  səbəbdən  MDR-Vərəm  laboratoriyada 
qoyulan bir diaqnozdur
. Buna baxmayaraq, MDR-Vərəm diaqnozu təsdiq olmamış xəstələrin empirik müalicə 
almalarına imkanlar yaradan şəraitlər var (5-ci və 6-ci Bölmələrə bax). Təsdiq olunmayan MDR-Vərəmin empirik 
mualicəsi  uyğun  seçimdən  uzaqdır  və  bütün  proqramlar  keyfiyyət  yoxlanma/keyfiyyət  qiymətləndirilmə  olan 
laboratoriyalarda edilən DHT-in olmasına çalışmalıdırlar.
MDR-Vərəmli xəstələrin kliniki təqdimatı dərmanlara həssas Vərəmli xəstələrdə olana oxşardır. Resurslar 
zəif olan yerlərdə çox vaxt MDR-Vərəmli xəstələrə əvvəl birinci sıra dərmanlarla müalicəyə başlayırlar və diaqnoz 
yalnız müalicənin effekti olmayan zaman goyulur. Bu səbəbdən bir çox xəstələrdə ağ ciyərdə kavernalar, yayılmış 
ağ  ciyər  parenximasının  zədələnməsi  və  yaxması  müsbət  olan  bəlğəm  var.  Müalicəyə  daha  davamlı  xəstələyin 
gecikmiş  kliniki  təqdimatın  olmaması 
üçün MDR-Vərəm diaqnozunun ən erkən 
qoyulmasına  dair  səylər  göstərilməlidir 
(5-ci və 6-ci Bölmələrə bax). 
Çox  vaxt  xəstədə  dərmanlara 
rezistent  mikroorqanizmlərin  gizlənməsi 
fikrini 
yaradan 
birinci 
əlamət, 
dərmanların qeyd olunmuş yaxşı qəbuluna 
baxmayaraq, müalicənin uğursuzluğudur. 
Bu adətən ardıcıl müsbət yaxmalar və\və 
ya  kulturalar  (MDR-Vərəmi  təsdiq  edən 
dərmanlara  həssaslıq  testinin  (DHT) 
aparılması)  ilə  təsdiqlənir.  Laboratoriya 
həssaslıq  testlərinin  keyfiyyəti  çox 
vacibdir  və  birbaşa  müalicəyə  təsir  edir. 
Vərəm  dərmanlarına  həssaslıq  testləri 
mürəkkəb  proseduradır  və  səhvlərin 
baş  verməsi  qeyri-adi  deyil.  Kliniki  əsas 
olmadan yeganə laboratoriya hesabatının 
əsasında  qeyd  edilən  MDR-Vərəmə 
ehtiyatla  yanaşmaq  lazımdır  və  bunun 
üçün davamlı tədqiqatlar tələb olunur. 
Xəstəyə  MDR-Vərəm  diaqnozunun 
qoyulması çox ciddi əhəmiyyət daşıyır və 
yalnız MDR-Vərəmli xəstələrlə idarəçilik 
təcrübəsi olan həkim tərəfindən (və ya ən 
azı  onun  məsləhətləri  ilə)  qoyulmalıdır. 
Səhiyyə işçilərinin xəstələrə MDR-Vərəm 
diaqnozunun  qoyulması  üçün  imkan 
verən  nöqteyi-nəzər  daha  ətraflı  şəkildə 
aşağıda müzakirə olunur. 
 
MDR-Vərəm diaqnozu 
yalnız fiziki görünüşə 
və ya əlamətlərə 
əsasən goyula bilməz. 
MDR-Vərəmin son 
diaqnozunu qoymaq 
üçün əkmənin və 
dərmanlara qarşı 
həssaslıq testlərinin 
nəticələri tələb olunur
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 55
5.1  M kroskop ya
Mukobakteriya hüceyrəsinin membranında doymamış lipidlər olduğuna görə, bakteriyanı mikroskopdan 
müşahidə  etmək  üçün  xüsusi  boyanma  üsüllarından  istifadə  etmək  lazımdır.  Ən  çox  istifadə  olunan  üsullar 
Sil-Nilsen
 və Auramin-O flüoresent boyanmadır. İlk boyanma mikobakteriyanın hüceyrə membranında olan 
mikolitik turşusu ilə bağlanır və nəticədə spirt turşusu bu rəngi götürə bilmir, bu səbəbdən onlar “spirt-turşuya-
davamlı”, və ya daha çox istifadə olunan “turşuya davamlı bakteriyalar” (“TDB”) kimi bilinirlər. Sonra əks-rəng 
qoyulur və turşuya davamlı bakteriyaları mavi fonda (Sil-Nilsen üsulu ilə boyanma) çox vaxt muncuqvari qırmızı 
və ya flüoresent (auramin O ilə boyanma) şəklində görmək olur.   
Peru, Lima şəhərində 
bəlğəm yaxması 
üçün əşya şüşələrin 
hazırlanması
Mycobacterium 
tuberculosis Sil-Nilsen 
boyanma üsulunu istifadə 
edərək  fotomikroqrafnan 
tapılması; Böyüdülmə 
1000X
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri
HELP Design Group

Səhifə 56   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Yaxmada görünən TDB-nin sayı 
Verilən nəticə 
Hər 100 immersion sahə üzrə TDB yoxdur
Mənfi
Hər 100 immersion sahə üzrə 1-dən 9-dək TDB
Cüzi miqdar “TDB-nin dəqiq sayı”
Hər 100 immersion sahə üzrə 10-dan 99-dək TDB
1+
Hər sahədə 1-dən 10-dək TDB
2+
Hər sahədə 10-dan çox TDB
3+
Çox vaxt bakteriyalar az sayda olanda (hər 100 görüş sаhəsində 10 TDB-dan az, bəzən “cüzi” kimi müraciət 
edən) izahat vermək çətindir, çünki mikroskopiya bакtеriyаnın yаşаmаğа qаbil olub-оlmadığını müəyyən edə bilmir. 
Nəticə aktiv MDR-Vərəmə görə ola bilər, və ya yaşamağa qabil olmayan bakteriyalarını (adətən xəstələrdə müalicə 
zamanı  ardıcıl  yaxmalar  alanda),  kolonizasiya  etməyən  və 
M.  tuberculosis  olmayan  mühitə  aid  olan  TDB-rı  əks 
edə bilər, və ya çox nadir hallarda laboratoriyada kontaminasiya nəticəsində bu baş verə bilər. Bu cür tədqiqatların 
nəticələri həmçinin kultura ilə də yaxşı korelyasiya olunmayıb.
Bütün mikobakteriyalar turşuya davamlıdırlar. Sil-Nilsen üsulu ilə rənglənən yaxmalar işıq mikroskop altında 
baxılır və mikroskopistə hüceyrə morfologiyasını yaxşı müşahidə etmək imkanını verir. Auramin-O ilə rənglənən 
yaxmalar flüoresent mikroskopu altında baxılır və mikroskopistə qısa vaxt ərzində daha geniş sahəyə baxmaq 
imkanı verir; bu səbəbdən yaxmalar çox sayda olanda bu üsul, bahalı olmağına baxmayaraq, daha münasibdir.  
Sual:
MDR-Vərəm duaqnozunda turşuya davamlı bakteriyaların birbaşa mikroskopiyasının dəyəri nədən ibarətdir?
Cavab:
Baxmayaraq ki, dərmanlara həssas pulmonar Vərəm diaqnozunda birbaşa mikroskopiya əsasdır, 
dərmanlara həssas və rezistent 
M. tuberculosis –si və ya mikobakteriyaların müxtəlif növlərinin 
fərqləndirilməsini mikroskopiya bacarmır. Bu səbəbdən MDR-Vərəm ilə əlaqədər mikroskopiyadan 
istifadə etmək aşağıdakılarla məhdudlaşır:
•  Xəstələrin yoluxuculuğunun qiymətləndirilməsi;
•  Kulturanın müxtəlif üsulları və DHT-nə ğörə nümunələrin ayrılması;
•  Süni qidalı mühit üzərində (və ya içində) inkişaf edən mikroblar kontaminantlar yox, turşuya davamlı 
bakterialar olduğunu təsdiqləmək.
Birbaşa bəlğəm yaxması vərəm xəstəlik hallarının yalnız 30% - 60 %-nda TDB-rı aşkar edir, lakin kultural 
müayinə diaqnostikanı 20 - 50 %-za qədər yaxşılaşdıra bilər. Bunun səbəbi bəlğəm yaxmasının müsbət 
olması və vizualizasiya üçün miкоbакtеriyаnın bir millilitr bəlğəm nümunəsində təqribi miqdarı 5000-
10000 hüdudunda olmalıdır. Bu, mikobakteriyanın identifikasiyası üçün tələb olunan müsbət nəticə  bərk 
qidalı mühitdə bir millilitr bəlğəm nümunəsində 100 miкоbакtеriyа, və ya duru qidalı mühitdə bir millilitr 
bəlğəm nümunəsində 10 miкоbакtеriyа ilə müqaisə edilir. 
Buna baxmayaraq, dərmana həssas vərəm xəstələri kimi, MDR-Vərəm xəstələrinin yoluxuculuq dərəcəsi 
standart yarım-kəmiyyət üsulları ilə ölçülmüş bəlğəm yaxmasındakı TDB-in sayı ilə əlaqədardır (digər 
amillər bərabər olmaq şərti ilə).  
Lakin, TDB yaxmasının mikroskopiyası bакtеriyаnın yаşаmаğа qаbil olub-оlmadığını    
müəyyən еtmədiyi üçün MDR-Vərəm müalicəsinin nəzarətinə faydası məhduddur. Məsələn, müvafiq 
müalicədən sonra da, MDR-Vərəmli xəstələrin nümunələri kultura mənfi olandan sonra, yaxma müsbət 
qala bilər, yəni bakteriyalar yaşamağa qabil deyil.   
Mikroskopiya  nəticələri  üçün  bünövrə  vaxt  laboratoriyanın  iş  həcmindən  və  çatdırılma  vaxtından  asılı 
olaraq 48 saatdan az olmamalıdır. Nəticələr “turşuya davamlı bakteriyalar müsbət/mənfi” şəkildə verilib, miqdarı 
təyin olunur, çünki miqdarın təyini xəstəliyin ağırlıq dərəcəsinin göstəricəsi ola bilər. Beynəlxalq standartlara 
uyğun olaraq yaxma nəticələrinin miqdarı aşağıdakı kimi qiymətləndirilir:

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 57
5.2  Kultura 
Mikobakteriyalar orta hesabla 12-18 saata asta sürətlə artan mikroorqanizmlər olduqlarına görə MDR-Vərəm 
üçün kultura tədqiqatlarının nəticələri bir neçə həftədən sonra əldə oluna bilər.  Həmçinin mikobakteriya xüsusi 
qidalı mühit tələb edir. Müxtəlif sıra uyğun qidalı mühitlər və növlərin identifikasiya üçün xüsusi sınaqlar mövcuddur 
və MDR-Vərəm proqramını təsvir edən ölkələrdə mümkün qiymətləndirmə və resurslardan asılı bir seçimdir.  
Yumurta əsaslı bərk qidalı mühit
 (məsələn, Levenşteyn-Yensen və ya Oqava) bir neçə üstünlüklərə (asan 
hazırlanma, aşağı qiymət və aşağı kontaminasiya səviyyəsi) malikdir.  
Aqar əsaslı qidalı mühit
 (məsələn, Midlbruk 7H10 və ya 7H11) eyni üstünlüklərə malikdir, mikobakteriyanı 
nümunələrin yüksək fraksiyalarından çıxarır, lakin CO2 inkubatoru tələb edir və daha bahalıdır.    
İqtisadi  cəhətdən  aşağı  və  orta  səviyyədə  inkişaf  etmiş  ölkələrdə 
bulyon  əsaslı  kultural  müayinələrdən
 
istifadə  etmək  imkanları  artmaqdadır.  Əlavə  olaraq,  müasir  texnoloji  və  bahalı  alətlər  tələb  etməyən  manual 
sistemlər inkişaf etdirilib.   Bulyon qidalı mühit sadə bərk mühitdən fərqli 25 %-dan çox xəstələrdə, xüsusilə 
mənfi və ya aşağı-müsbət TDB-lı yaxmalar olanlarda, 
M. tuberculosis-si aşkar edə biləcək. MDR-Vərəmə yüksək 
sübhə altında olan xəstələrdə bu metodları istifadə etməklə onların yüksək yoluxucu şəxslərə çevrilmələrindən 
öncə xəstələrə diaqnoz qoyulacaq və onların digərlərini yoluxdurmaq şansı azalacaq.  Bu üsullara daxildir:
•  Radiometrik, yarım-avtomatlaşdırılmış BACTEC 460 sistemi (Becton Dickinson);
•  BACTEC MGIT 960 avtomatlaşdırılmış sistemi və ya onun mexaniki alternativi (Becton Dickinson);
•  MikroMGIT sistemi (Mikobakterial Artmasının İndikator Borusu; Becton Dickinson);
•  BacT-Alert (Organon Technika).  
İstifadə  olunan  qidalı  mühitdən  asılı  olmayaraq,  əkilmədən  qabaq  bəlğəmdə  digər  bakteriyaları  aradan 
qaldırmaq üçün 
dekontaminasiya prosesini
 aparmaq vacibdir. Mövcud olan mikobakteriyaların destruksiyasını 
minimuma endirmək üçün dekontaminasiya proseduru ehtiyatla aparılmalıdır.  
Mikobakteriyanın  artma  səviyyəsi  istifadə  olunan  qidalı  mühitdən  çox  asılıdır.  Duru  qidalı  mühitdə 
artma daha sürətli gedir və orta hesabla 10 gündən dörd həftəyə qədər 
M. tuberculosis kulturaları müsbət olur. 
LY bərk qidalı mühitdə kulturalar yalnız dörd-səkkiz həftədən sonra müsbət ola bilərlər. Kommersiya kultura 
sistemləri daha bahalıdır, lakin tez nəticələri əldə edilib, xəstələrin vaxtında müalicəsini aparmağa imkan verir. 
Müsbət mikobakterial kultura aşkar olunan kimi, morfologiya üzrə və biokimyəvi və ya molekyular sınaqlarla 
mikobakteriyanın növü müəyyən olunur.
Çox vaxt MDR-Vərəm proqramında qidalı mühit və DHT-in üsulunu yerli şəraitlər, tarix və ya nizamnamələr 
müəyyən edir. Bərk qidalı mühitin ən böyük qeyri-üstünlüyü asta artma səviyyəsindədir. Duru qidalı mühitdə 
mikobakteriya daha sürətlə artır, lakin artmasını suspenziyada tapıb, saymaq çox çətindir. Əlavə olaraq, duru qidalı 
mühit  üsullarında  daha  tez  rast  gəlinən  qöbələk  və  ya  digər  bakteriyalarla  kontaminasiya  səbəbindən  müayinə 
nəticələrinin izahat edilməsi mümkün olmur. BACTEC 460 radiometrik üsulunun çox üstünlükləri (bulyon əsaslı 
sistemlərin  uzun  müddət  istifadə  tarixi,  texniki 
üstünlük, sürət və həssaslıq, möhkəm cihazlar, 
aşağı  qiymətə  tapmaq  imkanı,  ikinci  sıra 
dərmanların  sınağı  üçün  standartlaşdırılmış 
metodologiya)  var.  BACTEC  460  əsas  qeyri-
üstünlüyü  C
14
  olan  etibar  və  tullantıların 
məhv edilməsi barədə yanaşmalardır. C14 -ün 
az  miqdarının  riski  barəsində  geniş  yayılmış 
anlaşılmazlıq  bu  texnologiya  üçün  mürəkkəb 
və  bahalı  proseslərə  gətirib  çıxaran  qanuni 
maneələrə səbəb olur və BACTEC 460 istifadə 
edən çox ölkələrdə yerli mühitə aid qaydalara 
uyğun olmaq üçün tullantıların məhv edilməsi 
bəzi xərclərə səbəb olur. MikroMGIT-in bahalı, 
həssas cihazlar tələbinin olmaması kimi önəmli 
bir üstünlüyü var. Duru qidalı mühitdə əkmələr 
edən  yeni  laboratoriyaların  əksəriyyətində 
MikroMGIT BACTEC 460 –şı əvəz edib.  
Huancayo. Daniel 
Carrion adına 
xəstəxanada LY 
qidalı mühitdə 
Vərəm kulturaları
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 58   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Nümunələrin  laboratoriyaya  vaxtında  çatdırılması
  vacibdir,  çünki  hər-hansı  bir  gecikmələr  ya 
mikobakteriyanın yaşamaq qabiliyyətinin azalmasına, ya da normal floranın həddindən artıq bitməsinə səbəb ola 
bilər. Nümunələr çatdırılma zamanı sərin şəraitdə və ya ləngimələr gözlənilirsə 4°C temperaturunda soyuducuda 
saxlanmalıdırl.  
Nümunələr setil-piridin xlorid məhlulunda (CPC) saxlanıla bilər. Ümumilikdə, nümunələr mikobakteriyanın 
yaşamaq qabiliyyətinin mühüm dərəcədə azalması olmadan CPC məhlulunda 5-dən 7 günə gədər saxlanıla bilər, 
və  20  ±  9  gün  saxlanılan  nümunələrdən  yaxşı  bitmə  səviyyəsini  əldə  etmək  olar.  CPC  bəlğəm  nümunələrdə 
patogen qöbələyin öldürülməsi ilə bilinən və kultural müsbətliyini artıran və kontaminasiya səviyyəsini azaldan 
bir məhluldur (Pardini və digərləri).  
Avtomatlaşdırılmış sistemlərdə kultura cavabları müsbət və ya mənfi kimi qiymətləndirilir və bərk qidalı 
mühitdə sayılır. Sayılmanın nəticələri xəstəliyin ağırlıq dərəcəsinin göstəricisi kimi istifadə oluna bilər və bərk 
qidalı mühitdə nəticələrin oxunması beynəlxalq səviyyədə aşağıdakı kimi standartlaşdırılıb:
Görünən koloniyaların sayı
Verilən cavab
Yoxdur
Mənfi
1-dən 9-dək koloniya
Koloniyaların “dəqiq sayı”
10-dan 100-dək koloniya
1+
100-dən 200-dək koloniya
2+
Hədsiz sayda ayrı-ayrı koloniyalar
3+
Koloniyaların birləşmiş artması
4+
 
Səmərəli kultura almaq üçün laboratoriya texnologiyasının keyfiyyəti çox vacibdir. Nümunənin  laboratoriyaya 
çatdırılmasında ləngimə, artıq dərəcədə kontaminasiyası, keyfiyyətsiz qidalı mühit və çox yüksək və ya çox aşağı 
inkubasiya  temperaturu  kulturanın  bitməsinə  mənfi  təsir  edə  bilər.  Nümunələr  arasında  bakteriyaların  kross 
kontaminasiyası yanlış müsbət nəticələr verə bilər.  
Laborator cavablar həmişə xəstənin kliniki vəziyyəti ilə korrelyasiya olunmalıdır
 və lazım olsa müayinələr 
təkrarlanmalıdırlar.  Yanlış  mənfi  kultura  cavabları  qeyri-müvafiq  nümunələrin,  zəif  laborator  texnika  və 
nümunələrin  laboratoriyaya  ləng  çatdırılması  nəticəsində  ola  bilər.  Artıq  dərəcədə  adi  respirator  bakteriyanın 
artması ilə əlaqəli kontaminasiya ya nümunələrin ləng çatdırılması, ya mikobakteriyanın təcrid olunması və artması 
təhlükəsi ilə üzləşdiyi laboratoriyada dekontaminasiya prosesinin qeyri-kafi olması nəticəsində müşahidə olunur. 
Aşağı-müsbət  kultura  cavabları  (10  koloniyadan  az)  kliniki  proqnozla  yaxşı  korelyasiya  olunmayıb  və 
xüsusən yeganə kulturada aşağı sayda koloniyalar olanda diqqətlə izah edilməlidir. Digər tərəfdən, xəstənin kliniki 
ağırlaşması ilə yanaşı daimi müsbət kulturalar və ya hər hansı müsbət kultura vacib hesab olunmalıdır.  
LY qidalı mühitində 
Mycobacterium 
tuberculosis-in xarakterik tərzdə 
kremalı, kobud, mumlu artımı
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 59
 5.3 
M. tuberculos s- n müəyyənləşd r lməs  
Vərəm səviyyəsi yüksək olan ölkələrdə təcrid edilən mikobakteriaların əksəriyyəti
 M. tuberculosis olacaq.  
Vərəm olmayan mikobakteriyaların (VOM) yayılması ölkədən ölkəyə dəyişir və adatən HİV xəstələrdə ola 
bilər. Nümunələrdə 
M. tuberculosis təsdiq olmayana kimi, birinci sıra Vərəm əleyhinə dərmanlara qarşı fenotipik 
rezistentlik göstərən mikobakteriyalar dərmanlara rezistent Vərəm deyil, lakin VOM infeksiyasının nəticəsində 
ola bilər. VOM-ın müalicəsi MDR-Vərəm müalicəsindən tam fərqlidir. MDR-Vərəm proqramlarını dəstəkləyən 
laboratoriyalar ən azı niasin və nitrat sınaqları (
M. tuberculosis ştammların əksəriyyətində hər ikisi müsbətdir) və 
ya ən azı beynəlxalq göstərişlərə uyğun olan digər iki üsulları apara bilməlidirlər.
5.4  Dərmana həssaslıq test  
MDR-Vərəmın yekun diaqnozu üçün dərmanlara həssaslıq testi etmək lazımdır. DHT bir neçə üsulla edilə 
bilər və birbaşa və ya birbaşa olmayan sınaqlarla:
Sual:
Sizin fikrinizcə birbaşa və birbaşa olmayan dərmanlara həsaslıq testlərinin arasında fərq nədən ibarətdir?
Cavab:
Birbaşa sınaqlarda
, qidalı mühitə işlənmiş kliniki nümunə (adətən yaxma müsbət olan bəlğəm) əkilir və 
DHT edilir. Çöküntü maye halına salınır, dekontaminasıya, neytralizasiya və yüksək sürətli sentrifuqada 
konsentrasiya olunur. Çöküntü durulaşdırılır və standart həcmdə birbaşa vərəm əleyhinə dərmanların 
kritik konsentrasiya tərkibli çəpşəkilli bərk qidalı mühitə və ya aqar qablarına və dərman olmayan kontrol 
sınaq şüşəsinə əkilir. Birbaşa sınaqlar yalnız yumurta- və aqar-əsaslı bərk qidalı mühitdə yaxşı tədbiq 
edilib; bu səbəbdən, bulyon üsulları birbaşa sınaq üçün istifadə olunmamalıdır. Adatən, xüsusilə dərmalara 
rezistentlik tapılıbsa, nəticələrin birbaşa olmayan üsul ilə təsdiq olunmasına ehtiyac olur.   
Birbaşa olmayan sınaqlarda
 mikobakteriya bərk və\və ya bulyon qidalı mühitlərdə işlənir. Bir neçə 
bakterial koloniya bərk qidalı mühitdən toplanıb və ya bulyon qidalı mühitdən bir hissəsi götürülüb, 
suspenziya yaradılır. Bu suspenziya (təmiz təcrid) xüsusi optik sıxlığa əsasən standartlaşdırılıb və DHT 
qidalı mühitin əkilməsində istifadə olunur.   
Həm birbaşa, həmdə birbaşa olmayan sınaqlarda, həssaslıq və rezistentlik dərmansız olan kontrol qidalı 
mühitdə bitməni xüsusi konsentrasiyalı dərmanlar əlavə olunan qidalı mühitdə bitmə ilə müqaisə edərək 
müəyyən edilir. 
Birbaşa  və  birbaşa  olmayan  sınaqlar  aqar  və  ya  yumurta  əsaslı  bərk  qidalı  mühitdə  müxtəlif  adi  texniki 
üsullardan istifadə edərək aparılır. Müxtəlif üsulların qısa təsviri aşağdakı kimidir:
Proporsiya üsulu:
  Vərəm əleyhinə dərmanlar qidalı mühitə tələb olunan kritik konsentrasiyaya nail olmaq 
üçün  istinad  tozlardan  və  ya  dərman  hopdurulmuş  disklərdən  alınan  ehtiyat  məhlulları  şəkilində  əlavə  edilir.  
Qidalı mühit və ya işlənmiş kliniki nümunənin çöküntüsü (birbaşa sınaq) və ya kultura suspenziyası ilə (birbaşa 
olmayan) əkilir. Dərman tərkibli kulturada olan bitmə kontrol kulturalarının bitmə koloniya sayı 1 %-dan artıq 
olsa təcrid rezistent sayılır.  
Mütləq konsentrasiyalı üsul:
 Mikobakteriyanın bitməsinin qarşısını almaq üçün tələb olunan dərmanın ən 
aşağı konsentrasiyası hər dərmanın ardıcıl durulaşması qidalı mühitin hazırlanması nəticəsində müəyyən olunur. 
Dərmansız və dərman tərkibli qidalı mühit təcrid olunmuş nümunənin standartlaşdırılmış suspenziya ilə əkilir və 
kulturaların bitməsinə nəzarət olunur. Minimum inqibitor konsentrasiya (MİK) bərk qidalı mühitdə 20-dən az 
koloniyanın bitməsinə imkan verən dərmanın ən aşağı konsentrasiyasıdır.  

Səhifə 60   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Nisbi rezistentlik üsulu:
 Bu üsul mütləq konsentrasiyalı üsula oxdardır, yalnız xəstənin ştammı üçün MİK 
dərmanlara həssas kontrol ştammların MİK-i ilə müqaisə olunur. Kliniki təcrid olunmuş nümunə və kontrollar 
dərmandan  sərbəst  və  dərman  tərkibli  qidalı  mühitdə  artır.  Hər  ştamm  üçün  MİK  müəyyən  olunub.  Nisbi 
rezistentlik xəstənin ştammının MİK-i orta kontrol MİK-ə nisbi kimi hesablanır. Nisbi rezistentlik 1 və 2 olan 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin