Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti



Yüklə 55,37 Kb.
səhifə12/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Multikulturalizm cavab001

9.Yaxın Şərq dinləri,Yəhudilik

Yəhudilik (digər adları: iudaizm, musəvilik, yəhudi dini) dünyanın ən qədim monoteist dinlərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda yer alan iudaizm, eyni zamanda yəhudi xalqının dini-etnik kimliyini ifadə edir. Hazırda dünyada iudaizmin mənsubları hesab olunan yəhudilərin sayı 14 milyondan yuxarıdır.Yəhudiliyin ilk dövrü ilə bağlı yeganə mənbə “Tövrat”dır. Bu müqəddəs kitaba əsasən, yəhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki, Mesopotamiyanın Ur şəhərində yaşayan İbrahim Tanrının istəyi ilə Kənan diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlar. –Red.) köçmüşdür. “Tövrat”dakı rəvayətə görə, ilahi vədin təzahürü olaraq İbrahimin yaşlı vaxtında cariyəsi Həcərdən İsmayıl, sonra isə həyat yoldaşı Saradan İshaq adlı iki oğlu doğulmuşdur. Lakin Tanrı İshaqın oğlu Yaqubun soyundan gələnləri seçilmiş nəsil kimi tanıdığını bəyan etmiş və bu nəslin Kənan torpaqlarına sahib olacağına dair vəd vermiş, beləcə “İsrail övladları” adlanan nəsil meydana gəlmişdir. İbrahim peyğəmbərin digər oğlu İsmayıldan isə “İsmail oğulları” adlı nəsil törəmişdir. Bununla yanaşı, “Tövrat”ın “Yaradılış” kitabında İsrail övladlarının on iki qəbiləyə bölünməsindən bəhs olunmuşdur. Qeyd edək ki, tədqiqatçılar tərəfindən yəhudilərin əcdadlar dövründəki dini inancları ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzi araşdırmaçılara görə, yəhudilər arasında əcdadlar dövründə animist inanclar geniş yayılmış və çoxallahlılıq hökm sürmüşdür. Digər nəzəriyyəyə görə isə, hələ əcdadlar dövründə yəhudilər arasında monoteizm mövcud olmuşdur.

Yəhudilikdə Müqəddəs Kitab ümumilikdə “Tanah” adlanır. Tanah üç hissədən ibarətdir: 1. İbrani dilində “təlim”, “qanun” mənasına gələn “Tora” (Musanın Beş Kitabı); 2. “Neviim” (Peyğəmbərlər); 3. “Ktuvim” (Yazılar).İyirmi dörd kitabdan ibarət olan “Tanah”ın ilk bölməsində, yəni “Tora”da kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən, onun övladları Habil və Qabildən, Nuh tufanından, Yusif peyğəmbərin həyatından, Musanın fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Tanrı ilə əhd bağlamasından, ilahi hökmlərdən, dini ehkamlardan və digər məsələlərdən bəhs olunur.Azərbaycanda YƏHUDİLİK-Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda mövcud olan ənənəvi dinlərdən biri yəhudilikdir. Yəhudilər ölkəmizdə üç subetnik qrupla (yaxud icma) təmsil olunmuşdur: dağ yəhudiləri, aşkenazilər (Avropa yəhudiləri) və gürcü yəhudiləri. Dağ yəhudiləri Azərbaycanda ilk məskunlaşan yəhudi subetnik qrupudur. Eyni zamanda, onlar saylarına görə ölkəmizdə yaşayan digər yəhudi qrupları üstələyirlər. Dağ yəhudiləri özlərini “cuhur” adlandırırlar. Geniş yayılmış fikrə görə, XIX əsrin birinci yarısında Qafqazı istila edən ruslar onları “dağ yəhudiləri” adlandırmışlar. Belə ki, rus qoşunlarının əsgərləri Qafqazın dağlıq ərazilərində at belində və yapıncı geyinmiş yəhudiləri görəndə böyük təəccüb keçirmiş və onlara “dağ yəhudiləri” adını vermişlər.


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin