Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Xristianlıq: tarixi, dini təlimin əsasları, konfessiyalar.Azərbaycanda xristianlıq



Yüklə 55,37 Kb.
səhifə9/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
Multikulturalizm cavab001

7.Xristianlıq: tarixi, dini təlimin əsasları, konfessiyalar.Azərbaycanda xristianlıq

Mənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq bizim eranın I əsrində Fələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa Məsih) adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də “xristos” kəlməsindən törəmişdir. Fələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və digər apostolların (İsa Məsihin şagirdləri və ya həvarilər. – Red.), habelə onların davamçılarının təbliğatı sayəsində qədim Roma imperiyasının nüfuz dairəsinə daxil olan Aralıq dənizi sahilindəki şəhərlərdə yayılır. Erkən kilsələrdən biri Antioxiya şəhərində (indiki Türkiyənin Antakya şəhəri. – Red.) təşəkkül tapır. Burada İsa Məsihin davamçılarına ilk dəfə “xristian” adı verilir. Xüsusən apostol Pavelin fəaliyyəti xristianlığın bütpərəst xalqlar arasında yayılmasında böyük rol oynayır. Zaman keçdikcə xristian təlimi bütün qədim Roma imperiyası ərazisində özünə tərəfdar qazanır. İlk vaxtlar xristianlığı yoxsul və məzlum insanlar qəbul edirdi. Roma imperatoru Neronun (hakimiyyət illəri: 54-68) dövründə xristianları dövlət səviyyəsində təqib etməyə başladılar. Bu amansız təqiblər IV əsrədək davam etmişdir. Təqiblərə baxmayaraq, xristian dini Roma imperiyasının əyanları və varlıları arasında da yayılırdı. Nəhayət Roma imperatorları I Konstantin (hakimiyyət illəri: 306-337) və Lisiniy (hakimiyyət illəri: 308-324) 313-cü ildə Milan şəhərində görüşüb imperiya ərazisində dini dözümlülüyün elan edilməsi ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu sənəd qəbul edildikdən sonra xristianların nəinki təqiblərinə son qoyuldu, hətta xristianlığın hakim dinə çevrilməsi istiqamətində addımlar atılmağa başlanıldı.

Xristian təliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi dayanır. Bu inanca əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh. “Üç üqnum” əqidəsi “İncil”dəki rəvayətlərə əsasən formalaşmışdır. “İncil”ə görə, bakirə Məryəm Müqəddəs Ruh vasitəsi ilə hamilə qalaraq Tanrının yeganə oğlu İsa Məsihi Beytləhm və ya Betlehəm (Fələstində şəhər. – Red.) şəhərində dünyaya gətirmişdir. Rəvayətlərə əsasən, İsa otuz yaşına çatdıqda Vəftizçi Yəhya tərəfindən xaç suyuna salınmışdır. Bu zaman onun üzərinə göyərçin şəklində Müqəddəs Ruh enmişdir. Daha sonra İsa Məsih qırx gün səhrada iblis tərəfindən sınağa çəkilmişdir. İblisə aldanmayan İsa Məsih səhradan qayıtdıqdan sonra özünə on iki həvari seçmiş, insanlar arasında moizə etməyə başlayaraq onları xeyirxahlığa, mərhəmətə, mənəvi kamilliyə, ülvi məhəbbətə, insanpərvərliyə səsləmiş, habelə müxtəlif möcüzələr göstərmişdir (toyda suyu şəraba döndərmiş, cinləri qovmuş, xəstələrə şəfa vermiş, su üzərində yerimiş, ölüləri diriltmiş və s.)

Xristianlığın dini mətnlər toplusu “Bibliya” və ya “Müqəddəs Kitab” adlanır “Bibliya” yunan dilində “kitab” mənasına gəlir. – Red.). Bu dini kitablar toplusu Əhdi-Ətiq və Əhdi-Cədid adlı iki böyük hissəyə bölünür. Əhdi-Ətiq və Əhdi-Cədidin özləri də çoxsaylı dini kitablardan ibarətdir. Xristianların inancına görə, Əhdi-Ətiq Tanrı tərəfindən vəhy olunub və buraya Tövrat, Zəbur və digər yəhudi müqəddəs mətnləri daxildir. Ümulikdə 39 kitabdan ibarət olan Əhdi-Ətiq qədim yəhudi dilində e.ə. XIII-V əsrlərdə qələmə alınmışdır. Yalnız Daniel peyğəmbərin və Ezranın kitablarının bəzi hissələri arami dilində yazılmışdır.




Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin