Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Müasir Azərbaycanda dövlət-din münasibətləri



Yüklə 55,37 Kb.
səhifə5/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   2   3   4   5   6   7   8   9   ...   23
Multikulturalizm cavab001

4.Müasir Azərbaycanda dövlət-din münasibətləri

Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin müasir inkişaf mərhələsi xalqımızın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən başlayır. Belə ki, ateizmi dövlət ideologiyası səviyyəsinə qaldıran Sovet İttifaqının süqutu ilə imperiya buxovlarından yenicə qurtulmuş ölkəmizdə din sahəsində tətbiq edilən qadağalara son qoyuldu, vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu. Müstəqilliyin ilk illərində dövlət-din münasibətləri sahəsində baş verən müsbət dəyişikliklərlə yanaşı, qanunvericilikdə mövcud olan boşluqlardan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışan destruktiv qruplar da meydana çıxdı. Xaricdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qruplar ənənəvi milli-mənəvi dəyərlərimizə qarşı çıxaraq ifrat dini ideyaları və dözümsüzlüyü təbliğ edir, bununla da cəmiyyətdə dini zəmində ayrı-seçkilik və ədavət salmağa, dini şüarlar altında ictimai-siyasi sabitliyi pozmağa səy göstərirdilər. Bütün bu neqativ amillər isə qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını zəruri edirdi.

Odur ki, 20 avqust 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunaraq dini qurumların statusu, hüquq və vəzifələri müəyyənləşdirildi. Lakin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində əsl irəliləyiş ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə gəlişi ilə baş verdi. Ümummilli lider hakimiyyətə yenidən qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə problemlərin həlli və sabitliyə nail olunması, eləcə də milli-mənəvi dəyərlərimizin hifz edilməsi, tarixən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin qorunaraq inkişaf etdirilməsi istiqamətində coxşaxəli, mühüm tədbirlər həyata keçirdi. Eyni zamanda, ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyən qüvvələrin niyyətlərini puç etdi, etnikdini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Heydər Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm addım 1995-ci ildə atıldı. Həmin il noyabrın 12-də ümummilli liderin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda dövlət-din münasibətlərinin əsas prinsipləri müəyyənləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət və din münasibətlərini şərh edən müddəalara nəzər yetirək. Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu göstərilir. Həmçinin Konstitusiyanın 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu bildirilərək dövlətimizin dünyəvi quruluşa malik olduğu bir daha vurğulanır. Həmin maddədə bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı bəyan edilərək respublikamızda insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların təbliğinə qadağa qoyulduğu qeyd olunur.

Konstitusiyanın 18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olması barədə yer alan müddəa açıq-aydın onu göstərir ki, Azərbaycanda rəsmi və ya dövlət dini mövcud deyildir. Bu baxımdan Azərbaycan digər bir çox dünyəvi dövlətlərdən fərqlənir. Məsələn, özlərini dünyəvi dövlət elan edən İngiltərədə Anglikan Kilsəsi, Danimarkada isə lüteran məzhəbi, yaxud daha dəqiq desək, Danimarka Xalq Kilsəsi rəsmi din statusundadırlar ki, bu da həmin dini institutları digər din və konfessiyalardan daha üstün məqama qaldırır. Eyni mənzərəni bir sıra postsovet ölkələrdə də müşahidə etmək mümkündür. Belə ki, Ermənistan dünyəvi dövlət quruluşuna malik olsa da, Erməni Qriqoryan Kilsəsinə əlavə hüquq və imtiyazlar tanınıb. Bu isə faktiki olaraq dövlət tərəfindən dini qurumlar arasında ayrı-seçkiliyə yol verildiyi mənasına gəlir. Halbuki Azərbaycanda başqa mənzərəni görürük. Ölkəmizdə əhalinin təqribən 96 faizi özünü İslam dininin mənsubu sayır. Buna baxmayaraq, ölkə qanunvericiliyində hər hansı müsəlman dini təşkilatına və ya islam məzhəbinə qanunla əlavə imtiyazlar verilməyib. Yəni din sahəsində tam bərabərlik təmin olunub. Odur ki, Azərbaycanın dünyəvi modeli bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli səciyyə daşıyır. Başqa sözlə, ölkəmizdə ənənəvi dini quruma əlavə imtiyazlar verilib ayrı-seçkilik edilmir. Bu mənada Azərbaycanın dünyəviliyi bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli səciyyə daşıyır.




Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin