Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Dinin mahiyyəti və onun təzahür formaları



Yüklə 55,37 Kb.
səhifə3/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   2   3   4   5   6   7   8   9   ...   23
Multikulturalizm cavab001

3.Dinin mahiyyəti və onun təzahür formaları

Din insanlıq tarixində universal ictimai institut kimi çıxış edir. Tarixi, antropoloji və sosioloji tədqiqatlar göstərmişdir ki, istər ənənəvi, istərsə də müasir cəmiyyətlər özünəməxsus dini etiqad sisteminə malikdir. Şübhə yoxdur ki, dinin universallığı onun cəmiyyət həyatı üçün yerinə yetirdiyi əhəmiyyətli rollar və funksiyalarla bağlıdır. Belə olduğu halda, dinin mahiyyətini, onun meydana gəlmə və inkişaf qanunauyğunluğunu elmi konsepsiyalar əsasında öyrənmək zərurəti yaranır. Bu zərurətin nəticəsi olaraq, XVIII əsrdən etibarən dinin mahiyyəti, mənşəyi, cəmiyyətdəki rolu və yerini təhlil edən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.Bu nəzəriyyələr din fenomenini əsasən iki tərəfdən izah etməyə çalışır:

Ümumiyyətlə,din - fövqəltəbii varlığa və ya qüvvələrə etiqad etmək, onlara pərəstiş göstərmək, ayin və mərasimləri yerinə yetirmək, nəhayət, öz inancını ifadə etmək məqsədilə dini qruplarda birləşmək deməkdir.İngilis antropoloqu Edvard Bernet Teylor (1832-1917) dinin mahiyyətini “ruhani varlıqlara inanmaq” kimi xarakterizə etmişdir. Burada “ruhani varlıqlar” ifadəsi insan idrakının fövqündə duran, fövqəltəbii güclərə malik olduğuna inanılan metafizik varlıqlar (tanrı, mələk və s.) kimi başa düşülür.Dinin mahiyyətini tanrıya (monoteist dinlər) və ya tanrılara (politeist dinlər) etiqad etməklə əlaqələndirən fikirlər də geniş yayılmışdır.Dinin mənşəyini izah edən pozitivist-evolyusionist (təkamülçü) nəzəriyyələr, əsasən, aşağıdakılardır: animizm, totemizm, fetişizm və naturizm (və ya animatizm). Animizm təbiətin və onun ayrıca elementlərinin (dağ, ağac, günəş, və s.) canlı, yəni insan kimi ruha malik olduğuna dair mifoloji dünyagörüşüdür. Dinin ibtidai forması hesab edilən animizm insana xas qabiliyyətlərin təbiətə şamil edilməsindən ibarətdir. İbtidai həyat tərzi sürən qəbilələrdə (məs.: Avstraliya aborigenlərində) hələ də animist inanclar yaşamaqdadır.

Totemizm insanla müqəddəs sayılan totem (bitki, heyvan, əşya və s.) arasında fövqəltəbii qohumluğun mövcud olduğuna inam bəsləmək deməkdir. Bu inanc sistemində insanların ulu əcdadı hesab edilən xüsusi bir bitki və ya heyvan totemi qəbilələrin əlaməti kimi çıxış edir və qəbilə həyatının bütün ictimai münasibətlərini tənzimləyir. Totem müqəddəs qəbul edildiyi üçün həmin adı daşıyan qəbilə və fərdlər də toxunulmazlıq qazanır. E.Dürkheymə görə, totemizm bütün dinlərin mənşəyini təşkil edən ən ibtidai inancdır. Fetişizm müəyyən qeyri-adi formaya malik predmetlərin müqəddəsləşdirilməsi və onlara sitayişə əsaslanan dünyagörüşüdür. Əslində fetişizm animist dünyagörüşünün xüsusi bir formasıdır.


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin