36. Bakıda keçirilan beynalxalq formlar, din va madaniyyatlararası dialoqlar Multikulturalizmin platforması kimi Bakı Beynəlxalq Humanitar Forumu — bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilən tədbirdir. Forum Azərbaycan Respublikasında keçirilir.
2010-cu ilin yanvarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Dmitri Medvedev təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi — humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ilin 10–11 oktyabr tarixlərində keçirilib
XXI Əsr: ümid və çağırışları" adlı forum çərçivəsində dünyanın 20 dən çox ölkəsindən qonaqlar iştirak ediblər.
Yeddi sahə üzrə dəyirmi masalar təşkil edilmişdir:
Multikulturalizm: nailiyyətlər və problemlər
Dünyanı dəyişdirən müasir texnologiyalar
Elmlərin konvergensiyası
Biotexnologiyalar və etikanın problemləri
İnkişafın iqtisadi modelinin humanitar aspektləri
Sosial jurnalistika və yüksək texnologiyalar
Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri
II Bakı Beynəlxalq Humanitar Forumu İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci il oktyabrın 4–5 keçirildi.
Forumda aşağıdakı istiqamətlər üzrə dəyirmi masalar təşkil olunmuşdur:
Mültikulturalizm və mədəni özünüdərk
Cəmiyyətin həyatında mültikulturalizm
XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar
Konvergensiya edən texnologiyalar və gələcəyin konturları
Müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar
İqtisadi inkişafın humanitar aspektləri
Müasir KİV-lər və yeni çağırışlar
Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi