Multikulturalizmə giriş


Azərbaycanda dinlərararası münasibətdə tolerantlıq



Yüklə 338,66 Kb.
səhifə34/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   27   28   29   30   31   32   33   34   35
Multikulturalizmə giriş cavabları

44. Azərbaycanda dinlərararası münasibətdə tolerantlıq
Azərbaycan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətdir. Bu baxımdan, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, .4 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir. Bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edir və qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar.Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.
“Xarıbülbül” festivalı Azərbaycanın multikultural ənənələrinə sadiqliqindən dünyaya mesaj oldu
44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərdə geniş tikinti və quruculuq işlərinin aparılması ilə yanaşı bu ərazilərdə erməni vandallarının dağıtdığı milli irisi yenidən bərpa edərək, inkişaf etdirilməsinə xüsusi önəmin verilməsidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” festivalının Şuşanın azadlığa qovuşmasından dərhal sonra, eyni zamanda 2022-ci ilin mayında yenidən təşkil olunaraq yüksək səviyyədə keçirilməsi Azərbaycanın multikultural ənənələrinə sadiq qaldığını bir daha dünyaya nümayişi etdirdi.



Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin