MultikulturaliZMƏ GİRİŞ



Yüklə 22,82 Kb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü22,82 Kb.
#50368
1   2   3   4   5   6
III Mövzu. Fənnin metodları

Analiz və sintez. Analiz (yunan dilindən tərcümədə - təhlil, bölmə, ayrıma) – tədqiq olunan obyektin xəyalən tərkib elementlərə bölünməsini nəzərdə tutan bir tədqiqat metodudur. Analiz tədqiqatçıya obyekti tərkib hissələrə bölməklə onun mahiyyətini dərk etməyə imkan verir. Analiz vasitəsilə tədqiq olunan obyektin strukturu, tərkib hissələri, onların arasındakı münasibət müəyyənləşdirilir.

Tədqiqatçı tədqiq olunan obyektin quruluşunu, tərkibini, funksiyalarını, əlamətlərini, eləcə də əlamətlər arasındakı əlaqələri öyrənmək məqsədini güdəndə analiz elmi tədqiqatın birinci mərhələsini təşkil edir. Analiz vasitəsilə tədqiq olunan obyektin bütün tərkib hissələri öyrənildikdən sonra dərketmə prosesinin sintez adlanan növbəti mərhələsi gəlir.

İnduksiya deduksiyaya əks olduğu kimi, analiz də sintezə əks olan metoddur. Əgər analiz tədqiq olunan obyektin xəyalən tərkib elementlərə bölünməsini nəzərdə tutursa, sintez (yunan dilindən tərcümədə- birləşmə) bu elementlərin fikrən bütövə birləşdirilməsini nəzərdə tutur. Sintez analizə əks olsa da, o, sonuncunun davamı kimi çıxış edir. Sintez tədqiq olunan obyekti bütövlükdə öyrənir. O, bütövün elementlərini necə gəldi birləşdirmir. Sintez nəticəsində hissələr bütövə müəyyən bir mühüm cəhət əsasında birləşdirilir.

Analiz və sintez metodlarının əhəmiyyətini Azərbaycan Respublikasının multikulturalizm siyasətinin timsalında göstərmək olar. Azərbaycan Respublikasının multikulturalizm siyasətini öyrənərkən əvvəlcə analiz metodu vasitəsilə bu siyasətin əsas elementləri (istiqamətləri) müəyyən edilir, hər bir element (istiqamət) ayrı-ayrılıqda nəzərdən keçirilir, onlar arasında əlaqə nəzərə çarpdırılır. Sonra isə sintez metodu vasitəsilə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin tərkib hissələri haqqında toplanan məlumat bir yerə cəmləşdirilərək bu siyasət haqqında bütöv bilik əldə olunur.




Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin