MultikulturaliZMƏ GİRİŞ



Yüklə 22,82 Kb.
səhifə1/6
tarix01.01.2022
ölçüsü22,82 Kb.
#50368
  1   2   3   4   5   6
III Mövzu. Fənnin metodları


MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN METODLARI

Hər bir fənnin tədqiqat metodları(üsulları) olduğu kimi “Multikulturalizmə giriş” fənninin də tədqiqat metodları vardır. Metod (yunan dilindən tərcümədə “nəyəsə aparan yol” deməkdir) elmi biliyin əldə olunmasının yolu, dərketmə prosesinin, xüsusən də elmin predmetinin öyrənilməsi üsuludur.

Elmi cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə tətbiqinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək müvafiq metodların seçilməsi mühüm bir məsələdir.

“Multikulturalizmə giriş” fənnində müşahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə, təsnifat və analogiya kimi ümumməntiqi metodlardan və ya elmi idrakın ümumi metodlarından istifadə olunur. Bunlardan bir neçəsinə nəzər yetirək




Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin