MultikulturaliZMƏ GİRİŞ



Yüklə 22,82 Kb.
səhifə2/6
tarix01.01.2022
ölçüsü22,82 Kb.
#50368
1   2   3   4   5   6
III Mövzu. Fənnin metodları

Müşahidə. Müşahidə - cisim və hadisələrin öyrənilməsinə, onların mənasının və əhəmiyyətinin müəyyən edilməsinə yönələn gerçəkliyin məqsədyönlü qavrayışıdır. Müşahidə prosesi müşahidənin obyekti (müşahidə olunan cisim və ya hadisə), müşahidənin subyekti (müşahidəçi), müşahidənin vasitələri və müşahidənin məqsədi kimi tərkib hissələrdən ibarətdir.

Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Müşahidə vasitəsi kimi insanın hiss orqanları çıxış edir. Bir qayda olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Obyekt təbii, adi şəraitdə olur. Subyekt isə onu öyrənir. Müşahidə nəticəsində əldə olunan məlumat subyektin istəyindən, arzularından asılı olmur. Başqa sözlə desək, bu məlumat obyektiv xarakter daşıyır. O, müşahidə olunan cisim və hadisələrin obyektiv əlamətləri və münasibətləri haqqında bizə xəbər verir. Sözügedən məlumatın məzmunu tədqiq olunan cisim və hadisələrin sonrakı öyrənilməsinin növbəti mərhələlərində tədqiqatçı üçün faydalı olur.

Müşahidənin iki növü vardır:

a. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə müşahidəçi baş verən prosesi kənardan izləyir;

b. Daxili müşahidə. Burada müşahidəçı baş verən prosesin fəal iştirakçısı kimi çıxış edir. Məsələn, bu və ya digər Avropa ölkəsinə miqrant kimi gəlmiş əcnəbilərin adət-ənənələrini öyrənmək üçün tədqiqatçı onları 2 yolla müşahidə edə bilər. Ya onları kənardan seyr edə bilər, yaxud onlarla yaxından tanış olub aralarında tədqiqatını apara bilər. Birinci halda aparılan müşahidə xarici, ikinci haldakı isə daxili müşahidə adlanacaqdır. Bundan başqa müşahidə zamanı texniki vasitələrdən istifadə olunub-olunmamasından asılı olaraq müşahidə bilavasitə və ya dolayı (instrumental) ola bilər. Bilavasitə müşahidədə subyekt obyekt haqqında məlumatı heç bir texniki vasitədən (audio, video vasitələrdən, müxtəlif texiki avadanlıqlar və s.) istifadə etmədən əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı adlandırırlar.

Müşahidə bir sıra tələblərə cavab verməlidir. İlk növbədə müşahidə planlı şəkildə aparılmalıdır. Müəyyən müşahidə aparmağı nəzərdə tutan tədqiqatçı konkret plan əsasında fəaliyyət göstərməlidir. Bundan başqa müşahidə məqsədyönlü olmalıdır. Tədqiqatçı bu və ya digər hadisəni müşahidə edərkən qarşısında müəyyən məqsəd qoymalıdır. O, müşahidə olunan hadisənin bütün əlamətlərini deyil, tədqiqat üçün müəyyən əhəmiyyət daşıyan əlamətini öyrənməlidir. Planlı və məqsədyönlü şəkildə aparılan müşahidə konkret situasiyadan asılı olaraq müşahidə metodunun yuxarıda qeyd olunan növlərindən (daxili, xarici, bilavasitə və dolayı) biri və ya bir neçəsi vasitəsilə fəal şəkildə həyata keçirilməlidir.




Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin