Mətnin hazırlaması. Hipermətn və multimediyalıq prinsipi əsasında elektron kursun
texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı butun tədris informasiyası hipermətn prinsipinə gorə, məzmunca bir necə səviyyədə təqdim edilə bilər. Tədris materialının xətti strukturlaşmasının (proqramlaşdırılmış təlimin xətti oyrədici proqramlarına uyğun) hipermətn formasında təqdimatı zamanı geniş yayılmış variant belədir: Birinci səviyyə-əsas informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyəillustrativ material, dorduncu səviyyə-məlumat –sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak fəaliyyətinin muxtəlif formalarına yonəməsi təqdimatı daha səmərəli edir. Bu zaman birinci səviyyə - illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə –yaradıcı-produktiv kimi təyin oluna bilər.
Statik illüstrasiyaların hazırlanması.
Statik illustrasiya mətn tipli materialı muşayət edən şəkil, sxem, xəritə, fotoqrafiya və s. ola bilər. Bunlar tədris informasiyasının qavrayışını asanlaşdırır. Tədris yonumlu elektron vasitələrə statistik illustrasiyaların daxil edilməsi zərurəti onların metodik əhəmiyyətini artırır. Təlim prosesində əyanilikdən istifadə materialın qavrayışını,
şagirdlərin yaradıcılığını yuksəltməyə, onların idrak fəallığını artırmağa şərait yaradır.
Materialların vahid proqram kompleksində birləşdirilməsi.
Muəllif tərəfindən secilmiş, elektron formaya cevrilmiş ilkin tədris informasiyası (mətn, qrafika, multimediya) muəllif ideyalarına uyğun olaraq interaktiv tədris kadrları formasında birləşməlidir. Belə tədris vəsaiti şagirdə oyrənmə tempini, materialların mənimsənilmə ardıcıllığını sərbəst muəyyən etməyə imkan verir. Kursun pedaqoji və texnoloji ssenarisinin hazırlanması ən muhum mərhələdir.
Dostları ilə paylaş: |