Təlimin kompüter texnologiyaları. Multimedia kompüter vasitələri tədricən çap materiallarını, video və audio kassetləri sıxışdırır. Multimedia vasitələri şagirdlərin müstəqil idrak fəaliyyətini səmərəli təşkil etməyə imkan verir. Bəzən bunları kompüter öyrədici proqramları və ya avtomatlaşdırılmış öyrədici sistemlər də adlandırırlar. Bu vəsaitlərdə tədris materialı hipertekst formasında olur. Hipertekst adi mətndən öz ciddi strukturu və mətnin (tədris materialının) müəyyən nöqtəsindən digər nöqtəsinə ani keçid imkanı ilə fərqlənir. Hipertekst müxtəlif obyektlərə istinadlardan (xüsusi qeyd olunmuş sözlər) ibarət ola bilər. Bu obyektlər mətn, qrafik illüstrasiya, animasiya, audio fraqment, video fraqment, hər hansı proqram ola bilər. Kompüter öyrədici proqramının mühüm tərkib hissəsi öyrənilən nəzəri materialın möhkəmləndirilməsi, praktik bacarıq və vərdişlərin inkişafı üçün tapşırıq və suallar blokudur. Kompüter öyrədici proqramının tərkibinə həmçinin testlər (biliklərə aralıq və yekun nəzarət), hesablamaların avtomatlaşdırılması üçün tətbiqi proqram paketi və s. daxil ola bilər. Kompüter öyrədici proqramı tələbələrə disketdə, CD-ROM –da, elektron poçt vasitəsi ilə və yaxud İnternet səhifəsi formasında təqdim edilə bilər. Kompüter tədris vəsaitinin hazırlanması və istismarı üçün xüsusi instrumental pedaqoji proqram vasitələri yaradılır.
Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
Yuxarıda qeyd olunduğu kimi təhsil müəssisələrinin komputerləşdirilməsi təhsil sistemində cox ciddi dəyişikliklər yaradır. Təcrubə gostərir ki, informasiya texnologiyalarından bu gun nəinki təhsil müəssisələrinin idarəolunmasında, həm də müəssisədən kənar tədbirlərin həyata kecirilməsində də geniş istifadə olunur. Xususən də internetin yaranması, gənclər arasında onun cox populyar olması, təhsilin cox muxtəlif sahələrində yeni-yeni üfüqlər acir. Bu gunə qədər pedaqoqlar fərdi
komputer kimi güclü təlim vastəsinə tarixən hec vaxt malik olmamışlar. Təlimdə elə texniki vastə yoxdur ki, didaktik imkanlarına gorə muqayisə edilə bilsin.
İnformasiyaların surətli artımı şəraitində təhsilin məzmunu və təşkilinə verilən tələblər də dəyişir. Bu gunun təhsili şagirdlərə daha cox informasiya yadda saxlamaq yox, tənqidi və məhsuldar duşunməyi oyrənməyi, problem xarakterli məsələləri sərbəst həll etməyi oyrətməlidir. Bu baxımdan tədris prosesində şagirdlərin idrak fəallığının yuksəldilməsi problemlərinin elmi metodik tədqiqi bu gun daha aktualdır. Riyaziyyat fənnini spesifik xususiyyətləri tədris prosesində həm informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini, həm də təlimdə idrak fəaliyyətini artıran metod və vastələrdən sistematik istifadəni diqqətdə saxlamagı tələb edir.
Multimediya vasitələrinin tədris prosesində tətbiqi muvafiq pedaqoji texnologiyanın
hazırlanmasını da tələb edir. Multimediya avadanlığı muhum didaktik vasitə olaraq ozundə uc muhum komponenti birləşdirir: tədris materialının məzmunu, onun şərh metodu və təlim texnologiyasını.
Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, oyrədici sistem əmələ gətirir, şəxsiyyətin
ozunutəhsil prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır.
Elektron tədris vəsaitlərinin (etv) yaradilma prinsipləri
Informasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin komputerində olan informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və istifadə texnologiyası muəyyən tələblərə cavab verməlidir. Lokal komponent cap məhsulundan, maqnit lentində olan audiovideoyazıdan
və komputer yonumlu informasiya daşıyıcılarından ibarətdir.
Tədrisdə istifadə edilən informasiya resurslarının irihəcmli olması muvafiq tutumlu
informasiya daşıyıcısından istifadəni tələb edir. Bu səbəbdən multimediya kursları ucun CDROM texnologiyalarından istifadə edilir. Interaktiv mulitimediya kursu informasiya təsvirinin muxtəlif muhitlərini (mətn, statik və dinamik qrafika, audio-videotəsvir) sintez etməyə imkan verir, şagirdi təlim prosesinin fəal iştirakcısına cevirir (şagirdə təqdim edilən hər yeni informasiya bloku onun əvvəlki fəaliyyətinə, mənimsəmə səviyyəsinə muvafiq olaraq komputer tərəfindən secilir və operativ təqdim edilir). Beləliklə ETV-nin yaradılmasında ucuncu prinsip tədris materialının multimediya formada təqdimatıdır.
Şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekommunikasiya texnologiyaları
əsasən tədris materiallarının oturulməsi məqsədilə istifadə olunur. Internet resursu formasında tədris materialının yaradılması ucun muxtəlif HTML –redaktorlardan istifadə edilir. Bu HTML sənədini interaktiv edir və informasiyanı serverə oturməyə imkan yaradır.
Tədris materialının Internet vasitəsilə təqdim edilməsində nəzərə almaq lazımdır ki, online rejimində serverlə əlaqə telekommunikasiya kanallarının keyfiyyətsizliyi ucbatından muəyyən texniki problemlər yarada bilər, təlimin səmərəsi azala bilər, nəticəsində şagirddə Internet təhsilə, elektron təhsilə, IKT-yə mənfi, qeyri-ciddi munasibət formalaşa bilər. Belə problemlərin yaranmaması ucun muəllim əvvəlcədən muəyyən qabaqlayıcı tədbirlər həyata kecirməlidir. Lokal komponent yaradılması ucun istifadə edilən proqramlaşdırma sistemləri, adətən multimediya kursda Internet resurslarına muraciət imkanları yaradır (muəyyən Internet unvanları qeyd edilməklə), nəticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, muəyyən mənada vahid informasiya –təhsil muhiti (dar mənada) yaranır.
Tədris yonumlu ETV-nin təsnifatı. Istənilən nov tədris materiallarının məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi səviyyəsini əks etdirir. Tədris yonumlu ETV-nin məzmunu dovlət standartlarna və muasir təlim texnologiyalarına tam uyğun formada tərtib edilməlidir. Tədris materialı elə strukturlaşmalıdır ki, oyrəncidə elmi-predmet yonumlu biliklərin şəxsi təzahuru formalaşsın, onların tətbiqi vərdişləri inkişaf etsin.
Tədris yönümlü etv-nin təsnifi prinsipləri
Tədris yonumlu ETV coxaspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara gorə o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərindən istifadə etmək olar. Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin təsnifatı prinsipini tətbiq etmək olar. Ucuncu
tərəfdən yaradılma texnologiyasına gorə onlar proqram məhsuludur və onlara proqram
məhsullarının təsnifatı prinsiplərini tətbiq etmək olar. Muasir ədəbiyyatda veriliən meyarlar nəzərə alınaraq tədris yonumlu ETV aşağıdakı əlamətlərə gorə təsnif edilə bilər:
- təlimdə yeri və rolunu muəyyən edən funksional əlamətə gorə;
- struktura gorə;
- mətnin təşkilinə (strukturuna) gorə;
- təqdim edilən informasiyanın xarakterinə gorə;
- şərh formasına gorə;
- məqsədli təyinata gorə;
- cap ekvivalentinin (analoqunun) movcudluğuna gorə;
- əsas informasiyanın təbiətinə gorə;
- yayım texnologiyasına gorə;
- istifadəci və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə gorə;
Hal hazırda tədris nəşrləri sisteminin muəyyən tipaloji modeli yaranmışdır. Onlar tədris nəşrinin təlim prosesində yeri və əhəmiyyətini muəyyən edən funksional əlamət əsasında dord qrupa bolunurlər: proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik gostərişlər), oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci (praktikumlar, muntəxabatlar və s.) tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil edə bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası).
Elektron nəşrlər strukturuna gorə bir tomlu, coxtomlu və elektron seriya kimi təsnif
edilir.
Mətnin təşkilinə gorə tədris eklektron nəşrlər mononəşrlər və məcmuə kimi iki qrupa
bolunur.
Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris proqramı,
metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. kimi təsnif olunur. Materialın şərhinə gorə tədris materialları aşağıdakı kimi təsnif olunur:
- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir);
- proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər);
- problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı məqsədi ilə tədris
materialı problemli təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin
idrak fəaliyyətini yuksəltməyə xidmət edir );
- kombinə edilmiş və ya universal tədris nəşri.
Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür:
1.Kursun layihələndirilməsi.
2.Kurs materiallarının hazırlanması.
3.Materialların vahid proqram kompleksində birləşdirilməsi.
Dostları ilə paylaş: |