fərqli nəzəri-ideoloji əsaslara malikdirlər. Klassik liberalizmdən fərqli olaraq
müasir liberallar həm müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə
iç-içə olduğunu qəbul edilrər. Con Rouls təməl əxlaqi müxtəliflik və fərqli yaxşı
məfhumlarının meydana gətidiyi problemlər ilə, Kimilika müxtəliflik və fərqli
həyat tərzlərinin meydana gətirdikləri ilə, Raz da ikisi ilə bilikdə maraqlanır.
Rolusun ``Bir Ədalət Nəzəriyyəsi`` adlı kitabı etik plüralizm mövzusunda sistemli
bir kitabdır. Raz ``Azadlığın əxlaqı`` əsərində xoşbəxtliyi axtarmağın həyatın
məqsədi, qayəsi olduğu və bunun həyat boyunca uğur və faydalı məqsədləri də
ə
hatə etdiyi şəklində Aristotelçi görüşü əsas alır. Vil Kimilika``Multikultural
Vətandaşlıq`` adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə
sadiq qalmalarını vurğulayır. lki, insanların həyatlarını içdən, yəni nəyin
yaşamağa dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar. kincisi, xəta
etdikləri və hər an malik olduqları dəyərləri analiz etmədə azad olmalıdırlar.
Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin
dialoqa əsaslandığını vurğulayaraq demokratik çərçivdə də hər hansı bir
cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir.
Bu nəzəriyyə ``Tanınma`` adlanır. Kommunitarian mənada iki prinsip vardır
burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni
ictimai sferalara aid olması. Bu mənada Volf, Mişel Valzer liberal demokratiya
mövzusunda Taylorun görüşünü təhlil edirlər. Digər tərəfdən Alasdair Macintyre
``Əxlaqın ardınca``(after virtue) əsərində etik qayda və qanunların fərddən daha
çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. Kommunitarian görüşə
malik olaraq Makintayra görə qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf
edə bilməz. (Amy Gutmann, Multiculturalism-Examining the Politics of
Recognition, s. 11-106)
lk olaraq fərdiyyətçiliyi əsas alan multikulturalizm konsepsiyası fərdlərin
qrup xüsusiyyətinə baxmadan hər bir fərdin bərabər olduğu və qanun qarşısında
bərbaər hüquqlara malik olduğu düşüncəsinə istinad edir. Məhz liberalizmin
ə
sasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma
hüquqlarını təməl hüquqlar olaraq qəbul edir. Con Rolz bunu özünün məşhur
ə
dalət nəzəriyyəsi ilə əsaslandırır: “Ədalət anlayışı bir neçə şəxsin öz həyatını
ə
ksəriyyətin xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə
ə
dalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və bunlar ictimai
maraqların və siyasi tələblərin mövzusu halına gətirilə bilməz``. Burada Rolzun
məqsədi liberal demokratik cəmiyyətlər üçün sosial əməkdaşlıq modelinin
yaradılmasıdır. Nəticədə Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət
daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.
Kollektiv hüquqularda isə fərdiyətçiliyə yer verilməklə birlikdə bu fərdlərə
daha çox kollektiv vəya qrup kimliyinin və məqsədinin daşıyıcıları olaraq baxılır.
Qısaca olaraq fərd və qrup mübahisəsində fərdiyyətçilər fərdin qrup və ya
kollektivdən daha əvvəl gəldiyini iddi edirlər. Qrup və ya kollektiv hüquqların
ilkinliyinə inanlar isə hər bir fərdin bir qrup və ya kollektiv içində dünyaya
gəldiyini və mənliyini orada formalaşdırdığı üçün qrupu, fərdin var olma şərti
olarq irəli sürürlər. Bu eyni zamanda liberallar və kommuniteryanlar termini ilə də
ifadə olunur. Məhz kommunitaryan baxış tərzinin müdafiəçisi Vill Kimilkaya görə
fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdığında ictimai həyatda
xaoslar yarana bilir. Digər tərfdən isə insanlardan sadəcə fərdi azadlıqları ilə
kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab verməz. Məhz liberal demokratik
baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəzində baxır.
Bu mövzuda Yurqen Habermas etno-mədəni siyasəti pioritet qəbul edən
siyasi baxışlar ilə, fərdi hüquqların universallığına dair siyasi baxış tərzinin
mənimsənilməsinin ayrıseçkiliyə səbəb olabiləcəyini qəbul edir. Ancaq burada
Habermas, konstitusional vətandaşlığı və demokratiyanı müxtəliflikləri də əhatə
edəcək şəkildə əsaslandırır: “Konstitusional prinsiplərin içində yer aldığı siyasi
hakimiyyət daxilində bütün vətandaşlar eynidir. Məhz multikultural cəmiyyətdə
siyasi strategiya, müxtəlif həyat anlayışlarının plüralizmini və inteqrasiyasını
ş
üurlu şəkildə təşviq edən konstitusional vətandaşlığa istinad etməlidir
”.
Multikulturalizm, siyasi və iqtisadi bərabərsizlik məsələlərini yox sayacaq
şə
kildə mətbəxdəki, qiyafətlərdəki, və musiqidəki müxtəliflikləri göstərmək ve
istehlakçısı olmaq ilə əlaqədər olduğu zaman paradoksal mahiyyət alır.
Artur Şlezinqer(1917-2007), fərdi liberalizmin Amerikadakı liderlərindən
biridir. Ona görə sovet ittifaqının da təsiriylə 1933-cu ildən etibarən Amerika fərdi
liberalizmin mahiyyətini dərindən anlayaraq bu istiqamətdə inkişaf etməyə
başlamışdır. Demokratiya, daxili əxlaqi gücün dağıdılması və fanatiklik deyildir.
Bu mənada plüralizm doqmatiqliyi darmadağın edər. Multikulturalizm sahəsində
ə
n bilinən əsəri isə 1991-ci ildə nəşr olunan ``Disuniting of America`` adlı əsərdir.
Maykl Lind1962-cı ildə Amerikada anadan olmuşdur. Yazıçı və
hüquqşünasdır. Harper`s Magazine. New-Yorker jurnallarında redaktorluq
etmişdir. Amerika siyasətinə, tarixinə dair kitablar yazmışdır. Multikulturalizm
kontekstində Amerikanın xarici siyaasətini analiz edir. Lində görə 1960-cı illərə
qədər Amerika orta şərq siyasətini, Sovet ttifaqının ABŞ-ın Avropadakı
müttəfiqlərinə göz dağı verməsinə mane olmaq üçün inkişaf etdirirdi. Məhz
Amerika israil lobbiisi ile orta şərqdəki nef siyasətini birgə həyata keçirirdi. Sovet
ittifaqının çokməsi ilə ABŞ körfəz ölkələrinə, orta asiyaya yerləşdi. srail lobbisi
amerikan siyasətini orta şərqdə müəyyən edir.
Natan Qlazer 1923-cu ildə Amerikada anadan olmuşdur. Amerikan
sosioloqudur. Kalifgorniya universitetində dərs verir. Beyond the Melting Pot adlı
məşhur kitabı mövcuddur.
Natan Qlazer və Daniel Moynihan tərəfindən etnik qrup
məfhumu ciddi təhlil olunmuşdur. Onlara görə irq termininə müqabil etnik
məfhumu daha genişdir. Ümumi olaraq etnik məfhumu məlum olan, öz kimliyinin
ş
üurunda olan ancaq beynəlxalq münasibətlər səviyyəsində hakim siyasi bir
bütünlük olaraq tanınmayan tarixi məzmun və müştərəkliyə istinad edən qrup
olaraq tərif olunur.
Riçard Bernşteyn 1932-ci ildə anadan olmuşdur.
Amerikalı filosofdur. Social
fəlsəfə, hermenevtika və s. mövzularla məşğuldur. Habermas, Gadamer, Rorty,
Çarlz Taylor ile qarşılıqlı yazıları və polemikaları vardır. ``Fusion of horizons``
məfhumu ile multikulturalizmə, mən və başqası fenomenlərinə, xusilə Levinasa
istinad edərək fikirlərini ifadə edir. Radical Evil: A Philosophical
Interrogation
(Blackwell Publishers, 2002)Bernştein bu kitabda şərrin və insani
məsuliyyətinin mənası haqqında nə öyrənəbiləcəyimizi kəşfetməyə çalışır.
``Radikal şər`` məfhumunu ortaya atan Kant ilə bərabər, Hegel və Şelling kimi
filosofları analiz edir. Freyd ve Nitşenin əxlaq psixologiyası üzərindəki
düşüncələrini tədqiq edir. Bu kontekstdə yəhudi soyqırımını Levinas, Hans Jonas,
Hannah Arendt-ə istinad edərək dəyərləndirir.
2.
Qərb ölkələrində etnik –mədəni müxtəlifliyin yaranmasında
immiqrasiya prosesinin rolu.Avropa ölkələrində (Böyük Britaniya,
Almaniya, Fransa) multikulturalizm.
Ümumiyyətlə avropada multikulturalizmin iki əsas qaynağı vardır. Birincisi
milli azlıqlar. kincisi isə immiqrantlardır.
Bu kontekstdə immiqrantlar üçün multikulturalizm siyasi gücə, istisadi
fürsətlərə və vətandaşlığa keçmə kimi imkanları özündə ehtiva edir. ctimai şüur
immiqrantların cəmiyyətə daha inteqrasiya olmaları üçün əhəmiyytli məsələ
üzərində durur və bəzi əsas prinsipləri önə sürür. Öncəliklə iş mövzusu
inteqrasiyanın əsas parçasıdır. kincisi inteqrasiya azadlıq, demokratiya, insan
hüquqlarına hörmət, bərabərhüquqlu və hüququn üstünlüyü prinsipləri kimi əsas
liberal-demokrat dəyərlərə ehtiramı vacib hala gətirir. Üçüncüsü yaşadığı
cəmiyyətin dili, tarixi və qurumları barəsində əsaslı məlumatlar inteqrasiyanı labüd
halıdır. Dördüncüsü, ayrıseçkilikə qarşı qanunlar və siyasətlər daha yaxşı bir
inteqrasiya üçün əsasdır.
mmiqrantlar üçün multikultural vətəndaşlıq açıq şəkildə yerli xalqlar və
milli azlıqlar üçü eyni növ haqq iddialarını ehtiva etməz. mmiqrantlar ümumi
mənada torpaq haqları və ya rəsmi dil muxtariyyəti kimi statusları tələb etməzlər.
Bu mənada bəzi avropa ölkələrində müvəqqəti immiqrant modeli mövcuddur.
Qalıcı immiqrant modeli isə bundan fərqlidir.
Rəsmi statiskaya görə avropada 21 milyondan çox immiqrant mövcuddur.
Bunun dörddə 3-ü Almanyada 7 milyondan çox, Fransada 3 milyondan çox,
ngiltərədə 2 milyondan çox, sveçrədə 1 milyondan çox və taliyada 1 milyondan
çoxdur. Bu beş avropa ölkəsində immiqrantlar daha çoxluq təşkil edir (Wanner,
Migration trends in Europe, European population papers Series No. 7,
Council of Europe, 2002. s. 16.
sveçdə immiqrantlar inteqrasiya proqramında iştirak etməzlər isə aldıqları
sosial haqqlar və faydalar azaldılmaqda və ya ləğv edilməkdədir. Ancaq bu
proqramlarda iştirak etmə yaşama hüququ və ya vətandaşlığa keçmə ilə əlaqəli bir
şə
kildə həyata keçirilir.
Miqrasiya ilə bağlı proqramlarda federal və əyalət hökümətləri inteqrasiya
prosesi və artırılmış dil tətbiq etmə kurslarını həm sadə, həm də yüksək səviyyədə
təqdim edərək dil qabiliyyəti tələb edən işlərin tapılmasında da köməklik edirlər.
Məsələn, 210-11-ci illərdə bu proqramla bağlı Kanada höküməti 1 milyard Kanada
dolları xərcləmişdir. Kanada da ingilis və ya fransız dilini bilmək şərtdir. 1914-cü
il tarixli Vətandaşılğa Qəbul Edilmə Qanununa(The naturalization act of 1914)
istinad edir.
miqrantlar ile bağlı hal-hazırda inkişaf etmiş ölkələr dil səviyyəsini yüksək
tutaraq vətəndaşlıq almaları üçün bəzi problemlərin ortaya çıxmasına səbəb olurlar.
Almanya və Fransada vətandaş olmaq üçün immiqrantlar etnik kimlikləri və dini
dəyərləri əlaqələrini müəyyən ölçüdə kəsməli və ya rədd etməlidirlər.
mmiqrantlar bəzi ölkələrdə problem olaraq görünür. Kanada və Avstraliada
isə dövlət özü bunları seçib alır. Bəzi məqamlarda isə immiqrantların iqtisadi
çətinliklər və öz ölkəsində zülmə məruz qalmalarını bəhanə edərək, yalandan
söyləyərək ölkəyə gəlməsi əxlaqi baxımdan onların qəbul edilməsinə etiraz edilir.
Eyni zamanda qanuni və etik baxımdan gəlmək istəyənlərin yerlərini də bu şəxslər
alır.
Ümumiyyətlə son on ildə Belçika, Finlandiya, Yunanıstan, Norveç,
Portuqaliya,
spaniya və
sveç kimi ölkələrdə multikulturalizm siyasəti
güclənmişdir. Avropa ölkələrində multikulturalizm birbaşa immiqrantlarla bağlıdır
və daha çox bu istiqamətdə anlaşılır.
ngiltərədə bəzi siyasətçilər multikulturalizm terminindən istifadə etməkdən
son vaxtlarda çəkinirlər. Daha çox plüralizm, müxtəliflik, mədəniyyətlərarası
diyaloq və ya ictimai inteqrasiya kimi ifadələrdən istifadə edirlər. Derek
McGhee`nin ifadəsi ilə `` ngiltərədə multikulturalizm prinsiplərindən uzaqlaşmaq
yerinə daha çox multikulturalizm terminindən uzaq durma tendensiyasının
yarandığı gösrənir.
ngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. ngiltərədə anqlosakson
mentalitetinə və hüquq sisteminə müvafiq şəkildə Almanya və Fransadan fərqli
olaraq multikulturalizm burada assimlyasiya funksiyasını yerinə yetirmir. Çünki
multikulturalizm siyasəti imperatorluq olan ngiltərə üçün əsas şərtlərdən biridir.
Məhz hər hansı bir dinə və etnik qrupa mənsub insan burada asanlıqla dövlət
məmuru ola bilir.
ngiltərədə vətandaşların civil cəmiyyət ilə inteqrasiyasına dair sosial
demokrat ifadə tərzi sağ muhafizəkarların ifadə tərzlərindən daha əhatə edici
olması ilə fərqlənməkdə və multikulturalizm ritorikasından daha uzaq durularaq
multikulturalizm sonrası terminindən istifadə olunur. Məhz Marqret
Tetçer
vaxtinda multikulturalizm, muhafizəkar olduğuna görə ``ölü bir qanun`` halına
gəlmişdi.
ngiltərədə tətbiq olunan immiqrantlar ilə bağlı hüquqlar qanununa görə
bərabərsizlik sadəcə şəxsin öz nəzarəti və ixtiyari xaricində müxtəlif vəziyyətlərin
nəticəsi deyil, bu eyni zamanda sosial şərt və tarixi şərtlər baxımından fərdləri
köçməyə vadar edən səbəblərin nəticəsidir də.
Almanyada multikulturalizm 1989-cu ildə Berlin divarının yıxılması ilə
daha da inkişaf mərhələsinə qədəm qoydu. mmiqrantlar Almanyada əhalinin 19
faizini təşkil edir. Almanyada alman olma anlayışı hələ də güclü olduğu üçün
immiqrantların alman mədəniyyətinə adaptasiya oolması üçün assimliyasiya
siyasətini daha çox tətbiq edirlər. Almanya da alman olmayanlar ``xaricilər``
adlandırılır. Bu ifadə xususi mahiyyət daşıyır. Bu mənada irqçilik Almanyada hələ
də mövcuddur. Almanyada ciddi mənada multikulturalizm müzakirələri və
mübahisələri aparılır. Hələ 1999-cu ildə Almanyada vətandaş olmaq üçün ana və
atadan birinin alman olma qanunu ləğv edildi. Parlament də 2010-cu ildə ikili
vətandaşlığı ləğv etdi.
Fransada milli kimlik məsələsi assimlyasia edici mahiyyət kəsb edir.
Fransada Sarkozi dövründə müsəlman qadınlar üçün niqabın qadağan olunması,
ümumiyyətlə müsəlman qadınların örtünməsi istiqamətindəki problemlər
multikulturalizm mövzusunda təyin edici rola malikdir. Bütün multikulturalizm
mübahisələr Fransada qadının örtünməsi ətrafında davam edir. Fransa
multikulturalizm məsələsində ciddi çətinliklər ilə qarşı-qarşıyadır. Fransada hal-
hazırda Fransız tipli bir multikulturalizm modelinə ehtiyac olunduğu vurğulanır.
Məhz 2005-ci ildə iki afrikalı gəncin polisdən qaçarkən ölümləri ve meydana gələn
üsyanlar ciddi şəkildə multikulturalizmə Faransada zərbə vurmuşdur.
3.
Kanadada,
Avstraliyada,
Cənubi
Afrika
Respublikasında
multikulturalizm. ABŞ-da multikulturalizm siyasətinin xüsusiyyətləri.
“Əridən qazan” (“Melting pot” “Плавильный котел”) konsepsiyası.
Kanadada immiqrantların vəziyyəti Avropa və Amerikaya nisbətlə daha yaxşı
və idealdır. mmiqrantların uşaqlarının təhsili, miqrasiyanın faydalı olduğunu iddia
etmələri, müsəlmanlar haqqında daha az qərəzli fikirlərə malik olmalarına istinad
edir. Bu eyni zamanda Kanadaya köçən immiqrantların intellektual və yüksək
ə
mək fəaliyyəti səviyyəsindən də asılıdır.
Kanada tarixində 18-ci əsrin axırlarından
etibarən 20-ci əsrin başlarına qədər anqlofonlar ilə frankofonlar arasında mübarizə
getmişdir.
Avstraliyada da Kanada kimi multikulturalizm siyasəti və vətəndaşlığa istinad
edən inteqrasiyanın inkişaf etdiyi ölkələrdən ən mühümüdür. ngilis dilinin
öyrənilməsi və liberal dəyərlərin qəbul edilməsi Avstraliyada multikulturalizmin
ə
saslarıdır. Məhz Avstraliyada multikulturalizm bütün insanlara bərabərhüquqlu
davranılmasını istər və fərqli mədəniyyətlər liberal dəyərləri qəbul etdikləri zaman
bir yerdə mövcud olabilərlər.
1980-ci ildə isə Avstralitada multikulturalizm qanunu
qəbul olunmuşdur.
Yerli xalqlar ilə bağlı Kanada və Avstraliyadakı aborgenlər, Amerikadakı
Qızıldərililər üçün 1960-cı illərin axırlarından etibarən torpaq mülkiyyəti haqları,
muxtariyyət, öz ənənəvi hüquqlarının tanınması istiqamətində multikultural
vətəndaşlıq modelləri ortaya çıxmışdır. Kanada da kvibeklər üçün ciddi şəkildə
imtiyazlar mövcuddur.
Kanadaya immiqranlar müxtəlif ölkələrdən gəlir və etnik baxımdan bu
fərqlilik 15 faizi keçmir. Kanadada immiqrantların işləməyib dövlət yardımıyla
yaşamaları da etiraz ilə qarşılanmaqda və bu ``səxavətli xəyanət`` olaraq
qiymətləndirir.
ABŞ-da
tək
mədəniyyətlilik
düşüncəsi
müxtəlif
yerlərdən
gələn
immiqrantları, etnikləri, assimilyasiya edərək ``melting pot`` (əridən qazan)
adlandırdıqları, yəni immiqrantların dəyərlərini tərk etmələrini, kimlikləri və həyat
tərzlərindən vaz keçmələri ortaya çıxdı. Belə bir ayrıseçkilik, siyasi hərəkatın da
baş vberməsinə səbəb oldu. Martin Luther King və ya Malcolm X kimi şəxslər
tərəfindən idarə olunan ``Civil Rights Movement``, ya da ``Black Pride`` hərəkatı
tərtəfindən idarə olunurdu.
ABŞ-dakı melting pot adlandırılan model bəzilərinə görə assimlyasiyanın ABŞ-
dakı adıdır. Bu nəzəri olaraq doğru deyil. Bunun yerinə mədəniyyətlərin adətən bir
təkamül keçirərək yeni bir ortaq mədəniyyət yaratması əsasına dayanır.
ABŞ-da multikulturalizm eyni zamanda cəmiyyətdən uzaqlaşan, etnik
məzmun və mahiyyəti olmayan sosial qrupları da əhatə edəcək şəkildə başa
düşülür. 1970-ci ildən etibarən 3-cü dünya ölkələrindən ABŞ-a miqrasiya başladı
və bu multikulturalizmin burada başqa cürə ortaya çıxmasına səbəb oldu.
Yerli xalq bugün şimali amerikada və avstraliyada etnik azlıq halına
gəlmişdir. Afrikadan gətirilən kölələrin də burada rolu böyükdur. Afroamerikan
tipinin ortaya çıxması və hal-hazırda Barak Obamanın prezidentliyi
multikulturalizmin nəticıəsidir.
Dünyada mövcud olan 206 ölkə arasında sadəcə bir ölkədə 3 paytaxt, 11
rəsmi dil, və 5 fərqli dildə sözləri olan milli marş mövcuddur. Bu Cənubi Afrika
Respublikasıdır. Burada Pretoria , Cape Town , Bloemfontein paytaxtları
mövcuddur. Üç fərqli dövlətin birləşməsi ilə bu yaranmışdır.
4.
Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğramasının
səbəbləri. Rusiyada multikulturalizmin meydana gəlməsinin tarixi
şə
rtləri və səbəbləri. Müasir dövrdə Rusiyanın etnik-mədəni
problemləri. Rusiyada immiqrasiya prosesləri. Rusiyada Azərbaycan
ə
mək miqrantları.
ngiltərə baş naziri David Kameron və Almanya federal kansleri Angela
Merkelin multikulturalizmin iflasa uğraması ilə bağlı bəyantları həm siyasət, həm
də akademik mühitdə birmənalı qarşılanmadı. Belə ki, multikulturalizm qərbdə
demokratik dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edir. Bu siyasətçilər
daha çox indiki multikulturalizm anlayışından post-multikultural anlayışa keçidi
dilə gətirmək üçün iflas ifadəsindən istifadə etdilər. Artıq yeni dünya
multikulturalizm anlayışında da reformlar aparılmasını labüd edir. Burada qeyd
etmək lazımdır ki, nə yerli xalqlar, nə də milli azlıqlar üçün multikultural
vətandaşlığa mənsub olmadan geriyə addım atılmamışdır. Əksinə torpaq
mülkiyyəti hüquqları, muxtariyyətlilik və yerli xalqların ənənəvi hüquqi sistemləri
Qərb demokratiyasında yeri vardır. BMT-də 2007-ci ildə Yerli Xalqların
Hüquqları bəyannaməsi qəbul edilmişdir. Bugün Kataloniyada regional
muxtariyyətin spaniyada demokratiyanın inkişafında, yerli xalqlara tanınan
hüquqların Latın Amerikada demokratik vətandaşlığın daha da dərinləşməsinə
kömək etməsini heç kim inkar edə bilməz.
Rusiyada multikulturalizmin meydana gəlməsinin əsas tarixi
şə
rtlərindən biri budur ki, Rusiya xüsusən orta əsrlərdə bir sıra qonşu xalqlar ilə
iqtisadi və siyasi münasibətlərdə olmuşdur. Digər tərəfdən Kiyev Rus dövlətində
tatarların çoxluq təşkil etməsi, müəyyən dövrlərdə Rusiyanın Monqol və Altın
Orda dövlətinin hakimiyyətində olması bu şərtlər və səbəblər arasındadır. Artıq
15-ci əsrin axırlarında Moskvada III van şimalda Novqorod da daxil olmaqla bəzi
yerləri özünə ilhaq edərək ilk milli hakimiyyəti qurmuşdur. Ondan sonra IV van
Sibirə qədər irəliləyərək hakimiyyətini genişləndirmişdir. Daha sonra 17 və 18-ci
ə
srlərdə Pyotrun hakimiyyətində Rusya daha da geniş ərazilərə sahib olmuşdur.
Multikultural kontekstdə Rus milli kimliyinin formalaşmasında əsas səbəblərdən
biri də provaslav-xristian məzhəbidir. Məhz Osmanlı tərəfindən Şərqi Bizansın
süqut etdirlməsi ilə III van öz imperiyasını ``üçüncü Roma`` adlandırır və
missioner-universal mənada bir kimlik yaratmaqla bunu edir. Pyotr dövründə isə
Rusya daha çox avropalaşmaq siyasətini əsas alır. Pyotrdan əvvəlki ``müqəddəs
çar`` anlayışı yerinə ``dünyəvi çar`` məfhumu almağa başlayır. Tarixdə pan-
slavizm rusyada çox güclü olmuşdur və bu sayədə onlar imperiyalarını
möhkəmlətmişlər.
Sovet dövründə ruslaşdırma siyasəti daha çox yerinə yetirilirdi. Məhz Lenin
``Rusiya Xalqaları Deklarasiyasını`` meydana gətirməklə sovet ittifaqında multi-
etnik ictimai transformasiyanın yarandığını iddia edirdi. Hətta bu ``homo-
sovieticus`` olaraq da bilinir. Artıq 1987-ci ildən başlayaraq sovet ittifaqında
milliyyətçilik güclənməyə başlayır, kırım tatarları, ukraynalıların milliyyətçilik
anlayışları, Dağlıq Qarabağ problemi, 1990-ci illdə artıq Latviya, Litva və Estoniya
öz müstəqilliklərini elan edirlər. Putin dövründə ilkin 200-2008-ci illərdə Rusyada
siyasət qədim rus simvolları ilə sovet dövrünün sintezinə istinad edilərək həyata
keçirilməyə başlanılmışdır. Qafqazdak etnik problemlər hər zaman Rusya üçün
təhlükə sayılır və bu hal-hazırda da belə davam edir. Abxazya və Osertiya bu
kontekstdə qiymətləndirilməlidir. Rusya sovet ittifaqı dağıldıqdan sonra ənənəvi-
dini modeli mənimsəmişdir. X-cu əsrə aid iki başlı Bizans qartalı simvolu Çar
Rusiyasında olduğu kimi hal-hazırda da Rusiya Federasiyasında simvol olaraq
istifadə olunur.
Rusiyanın bir çox regionlarında ə mə k miqrantlarına böyük ehtiyaç
vardır.Azərbaycandan Rusiyaya miqrasiya prosesinin indiki mərhələsi 1990-cı
illərin sonunda başladı. Bu əsasən iqtisadi səbəbdən irəli gəlir. Hal-hazırda
Rusiyada 1,5 milyondan 2,5 milyonadək Azərbaycanlı miqrant yaşayır (Etibar
Dostları ilə paylaş: |