DTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir.
Komissiyanın sədri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevdir. Komissiya sədrinin müavinləri Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Ədliyyə nazirinin müavini Toğrul Musayevdir.