Azərbaycan ÜTT-yə üzvlüklə bağlı indiyədək 4 ölkə ilə ikitərəfli protokol imzalamışdır. İlk ikitərəfli protokol 2007-ci ildə Türkiyə ilə, 2008-ci ildə isə Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmışdır. 2010-cu ildə isə Azərbaycan Gürcüstanla ikitərəfli protokol imzalamışdır.
Milli qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması
Ölkə qanunvericiliyinin DTT tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 avqust 2006-cı il tarixli Sərəncam imzalanmışdır. Bu Sərəncamla nəzərdə tutulmuş normativ hüquqi sənəddən 17-i artıq qəbul edilmiş və qüvvəyə minmişdir. Digər sənədlərlə bağlı isə müvafiq işlər aparılır.