Fəsil 2:İntranetin komponentləri 2.1 Əsas komponentlər Bir intranetin komponentləri, təşkilatdan təşkilata fərqli ola bilər. Ən geniş mənasıyla düşünüldüyündə bir intranet aşağıdakı komponentlərdən ibarətdir:
1) Şəbəkə(network) İntranetin ən fundamental və mürəkkəb komponentidir.İnternet,bir çox şəbəkənin birləşməsiylə meydana gəlmiş, qlobal şəbəkədir. Böyük təşkilatlarda da intranet, birdən çox şəbəkənin birləşməsindən meydana gələ bilər. Daha kiçik təşkilatlarda isə, ortada yalnız tək bir şəbəkə ola bilər. Şəbəkə olmadan, intranet də ola bilməz. Fərqli növlərə malik şəbəkələr ola bilər. Şəbəkələr, məsələn, yalnız tək bir bina və ya binanın bir qisiminə (məsələn iş qrupu və ya bölməyə) xidmət verən LAN (Local Area Network) kimi sadə ola biləcəyi kimi ; LAN(Local Area Network)- WAN (Wide Area Network) şəbəkəsi kimi daha da mürəkkəb ola bilər.
LAN-ların,
1.Ethernet
2.Token Ring
3.FDDI (Lif Distributed Data Interface) kimi növləri tapılır.
• Ethernet -Ethernet şəbəkələri,"Hub"adı verilən mərkəzi bir cihaza bağlı, koaksial kabel və ya standart telefon kabelindən ibarətdir. Hub, şəbəkə üzərindəki marşrutu istiqamətləndirən yol polisi kimi funksiya görür.
• Token Ring- Token Ring şəbəkələri,"Mau (Media Attachment Unit)"adı verilən bir birinə bağlanan koaksial kabel və ya telefon kabelindən ibarət olur. Mau, halqa şəklində bağlı bütün cihazları simüle edərlər. Halqa üzərindəki kompüterlər sırasıyla özlərinə bağlı məlumatları nəql edirlər.Rabitə sırasının halqa üzərində hansı cihaza gəldiyini bildirmək üçün, bir jeton (token) ardıcıl olaraq bir cihazdan digərinə ötürülür.[2]
• FDDI - Jeton çatdırmaq səbəbiylə, FDDI şəbəkələri Token Ring şəbəkələrə bənzəyir.FDDI şəbəkələrdə burulmuş cüt kabel yerinə fiber optik kabel istifadə edilir.
Ayrıca, infraqırmızı (infrared) və radiotezliklərə söykənən yeni növ şəbəkələr də yayılmaqdadır.Bu cür şəbəkələr, digər şəbəkələrə görə daha yavaş və bahalı olduğundan, kabel əlaqəsinin istifadə edilmədiyi xüsusi tətbiqlərdə istifadə edilirlər.
İnformasiya, İnternet şəbəkəsi üzərindən TCP / IP (Transmission Control Protocol Internet Protocol) ilə çatdırılır və İnternetin təməlini meydana gətirər. Məqsədi, məlumatı bir nöqtədən digər bir nöqtəyə daşımaqdır. Hər nə qədər nəzəri olaraq TCP / IP istifadə edilmədən intranet yaradıla bilmərsə də, TCP / IP-in təmin etdiyi faydalı bəzi xidmət və protokollar istifadə edilə bilinməyəckdir. Buna görə də, praktik olaraq bütün tətbiqetmələrdə, TCP / IP-siz bir intranet düşünülə bilməz.[3]