Mündəricat Giriş 3 Fəsil 1: İntranet şəbəkəsi və onun strukturu


İntranetlərin tarixi və intranetdən istifadə edən qabaqcıl təşkilatlar



Yüklə 246,81 Kb.
səhifə3/23
tarix13.12.2023
ölçüsü246,81 Kb.
#175862
1   2   3   4   5   6   7   8   9   ...   23
referat 3781

İntranetlərin tarixi və intranetdən istifadə edən qabaqcıl təşkilatlar.
İntranetlərin mənşəyi çox yaxşı bilinən və istifadə edilən İnternetə söykənir. İnternetin yayılmasına gətirib çıxaran əsas texnologiya, məlumata çatmada istifadə edilən hypertext linkləri özündə birləşdirən"World Wide Web (WWW)"olub, 1989-cu ildə, CERN-də çalışan Tim Berners-Lee tərəfindən tapılmışdır. Bu anlayışda, məlumatın dünyanın hansı nöqtəsindəki hansı kompüterdə dayandığının heç bir əhəmiyyəti yoxdur. Hypertextin linklərini, vurğulu söz, cümlələr və ya şəkil obyektləri üzərinə vurularaq,əlaqədar məlumat qaynağına çatıla bilər.İnternetin əsasını "ana və ya giriş səhifələri (Home page)"yaradır. Bu səhifələr məlumatların qaynağını təyin edə bilən başlanğıc nöqtələri olub, mətn, şəkil, səs, video formasında məlumatlara çata bilmək üçün hypertextin linkləridən istifadə edilir.1993-cü ildə,Marc Andreessenin qrafik istifadəçi interfeysinə sahib Mosaic proqramını meydana gətirməsi ilə İnternetdə istifadəsi asanlaşmışdır. Mosaicin İnternetdən pulsuz yüklənərək,istifadəyə təqdim edilməsi,İnternetin istifadəsini sürətləndirmişdir.[5]
İntranet ilk olaraq, Lockheeed, Hughes və SAS Institute kimi şirkətlərdə istifadə edilməyə başlanıb və ilk başlanğıcda ona"daxili web""İnternet koloniyası","təşkilati web"və ya"xüsusi web"kimi adlar verilmişdir. 1995-ci ildə isə "İntranet" terminologiyası ortaya atılmışdır.
İlk öncə bu təşkilatlar içində intranet istifadəsinə başlanılmasının səbəbi, daxillərində İnternet vasitələrini istifadə edə bilən akademik məlumat təcrübəsinə sahib insanların tapılmasıdır. Bu insanlar, Gopher, FTP, Web kimi bir çox İnternet vasitələrini və bu vasitələrlə nələr edilə bilinəcəyini bilirdilər. Buna görə də, təşkilatları daxilində, bu cür texnologiyalardan istifadə etmənin hər hansı bir faydası olub olmayacağını görə bilmək üçün pilot layihələr başlatmışdırlar. Lap əvvəllər, İnternetə girişyolları (gateway) ilə e- poçt sistemləri və daha sonraları da web serverləri İnternetə bağlanaraq, İnternet dünyası ilə tanışlıq qazanılmış, daha sonra da eyni web brauzerlər (browser), təşkilat içi siyasəti açıqlayan əl kitabçalarına(handbook) və sənədlərə girişlə istifadə edilməyə başlanmışdır. İnternet xəbər qruplarının (newsgroup) istifadə edilməyə başlanması ilə, eyni texnologiya şirkət içində də sınanaraq, istifadə edilməyə başlanmışdır.



Yüklə 246,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin