MüNDƏRİcat giriş


Birincisi,  o  dünya  təsərrüfatının  inkişafında,  BƏB  prosesinin  fəal  iştirakçısıdır.  İkincisi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   19   20   21   22   23   24   25   26   ...   39
fsan-

Birincisi,  o  dünya  təsərrüfatının  inkişafında,  BƏB  prosesinin  fəal 
iştirakçısıdır. 
İkincisi,  ona  milli  sərhədlərdə  baş  verən  proseslərdən  irəli  gələn  kapital 
axınının nisbi müstəqilliyi xarakterikdir. 
Üçüncüsü,  yüksək  gəlirin  əldə  edilməsi  məqsədilə  daxili  əməliyyatlarını 
realizə edərək , dünya təsərrüfatı münasibətlərini obyektiv tənzimləyir. 
40
 
TMK-ların  ekspansiya  xüsusiyyətləri  xarici  idarə  edilən  korporasiyalara 
məhsul  istehsalı  işinin  təşkilindən  ibarətdir.  Xarici  bazarlarda  fəaliyyət  göstərən 
milli firma, bir qayda olaraq xarici filiallara və investisiya qoyuluşuna malik deyil 
                                                           
40
 Транснациональные корпорации //Семенов К.А. Международные экономические отношения: Курс 
лекций. - М.: Гардарика, 1998 


48 
 
və öz gəlirlərini“öz ” ölkəsində istehsal olunmuş  əmtəələrin satışından götürür. 
TMK-lar  özü  bilavasitə  istehsal  prosesində  bir  çox  ölkələrin  içşi  qüvvəsinin 
əməyindən  istifadə  edir,  daha  doğrusu,  ona  əlavə  dəyər  istehsalı  prosesinin 
beynəlmiləlləşməsi xarakterikdir.  
Bir çox tədqiqatçı-alimlər TMK-ların dövlət iqtisadiyyatı və siyasətinə olan 
böyük  təsiri  nəinki  etiraf  edir,  həm  də  onu  ən  çox  fayda  gətirən  hesab  edirlər. 
Buradan  irəli  gələn  fikir,  mövqe  ondan  ibarətdir  ki,  TMK-ların  menecerləri 
“darmilli  düşüncədən”  məhrumdurlar,  nəticədə  də  bu  korporasiyaların 
fəaliyyətinin    məhsulu  “hamı  üçün  xeyir”  sayılmalıdır,  sonuncuların  fəaliyyəti  , 
bir  halda  ki  nəhəng  korporasiyaların  yayılmasının  özü  sülh  şəraitinin 
saxlanmasını tələb etdiyindən, dünyanın xeyri naminə istiqamət alıb. Qismən də 
olsa bu belədir. Müasir TMK-ların iqtisadi və siyasi gücü , müvqeyi elə bir həddə 
yetib  ki  ,  mübahisəli  məsələlərin  həlli  siyasi  vasitələri  istisna  edən  konfliktsiz 
dünya yalnız onu qane edə bilər. 
TMK-ların  innovasiya  siyasətinin  tərkib  elementlərinə  aşağıdakıları  aid 
etmək olar :
41
 
ə  resursları  almaq  məqsədilə  dövlət 
orqanlarında lobbiçilik fəaliyyəti; 
də  məqsədilə  daha  kiçik 
şirkətlərin alınması; 
əqil şirkətlərin yaradılması; 
əmərküzləşməsi üçün ölkənin seçilməsi; 
-nın daxili kanalları ilə yeni texnologiyaların ötürülməsi; 
əlməsi və s. 
Regional idarəçilik sistemləri 3 əsas növə bölünür: 
 
Müvafiq regionda konsernin bütün növ fəaliyyətlərinə cavabdeh olan 
əsas  regional  idarəçilik.  Bunlar  həmin  regionda  yerləşən  bütün  filialların 
fəaliyyətlərinin  koordinasiya  və  onlara  nəzarət  edilməsi  üzrə  bütün  növ 
                                                           
41
 
Л.Д. Градобитова, Т.М. Исаченко. (2002). Транснациональные корпорации в совре- менных 
международных экономических отношениях: учеб. пособие”. Москва: АНКИЛ, 123 с
 


49 
 
hüquqlarla  təmin  olunub  (məs.  Asiya  və  Okeaniyada  yerləşən  filiallarının 
fəaliyyətlərinin  koordinasiyası  üzrə  “General  Motors”  konserninin  regional 
administrasiyası Sinqapurda yerləşir); 
 
Kompaniyaların  fəaliyyətlərini  məhsulun  hərəkəti  vasitəsilə,  daha 
doğrusu, müvafiq istehsalat zənciri yolu ilə koordinasiya edən regional istehsalat 
idarəçiliyi.  Belə  administrasiyalar  konsernin  əsas  idarəçilik  aparatına  bilavasitə 
tabe  olan  bütün  növ  texnoloji  zəncirlərin  fasiləsiz  funksionallaşmasına,  müvafiq 
müəssisənin effektiv fəaliyyətinin təminatına məsuliyyət daşıyır.Onların məqsədi 
istehsalın  effektiv  növünün,  yeni  model  və  əmtəələrin  inkişafıdır.(məs.  90-cı 
illərin  əvvəlində  “Hewlett  –  Packard”  korpoasiyası  məhz  bu  səbəbdən  öz 
istehsalat administrasiyasını ABŞ-dan Avropaya yerləşdirdi); 
 
Funksional  regional  administrasiyalar  konsernin  spesifik  fəaliyyət 
növlərini təmin edir: satış, təminat, əmtəənin satışından sonra müştəri xidmətləri, 
elmi-tədqiqat  və  təcrübi-konstruktor  işləri  və  s.  Bu  idarəçilik  regional  və  qlobal 
planda  uyğun  gələn  bütün  strukturların  fəaliyyətlərindən  irəli  gələn  nəticələrə 
cavabdehdirlər. 
TMK-ların  tarixi  inkişafını  araşdıran  Richard  Robinson  bu  şirkətləri 
aşağıdakı şəkildə qruplaşdırmışdır:
42
 
  Məhsulun satışının çox hissəsini öz üzərinə götürən müəssisələrlə üfüqi 
inteqrasiya prosesində olan korporasiyalar ( Fast Food şəbəkəsi). 
  Bir sahibin əlində və istehsalatın çox vacib sferasına olan vahid nəzarət 
altında  birləşən,  şaquli  inteqrasiya  olunmuş  korporasiya.  Xüsusən  də  neft 
sənayesində xam neftin əldə olunması bir ölkədə, ayrılması  başqa, son neft 
məhsulunun satışı isə 3-cü ölkədə həyata keçirilir. 
  Özündə şaquli və  üfüqi inteqrasiyaları ilə birlikdə milli kompaaniyaları 
birləşdirən hərtərəfli inkişaf etdirilən TMK-lar. Buna tipik misal xaricdə öz 
                                                           
42
 The Developing Countries, Development, and the Multinational Corporation 
Richard D. Robinson ,Annals of the American Academy of Political and Social Science 
Vol. 403, The Multinational Corporation (Sep., 1972), pp. 67-79 


50 
 
istehsalatının 95 %-ini quran və restoran biznesi, qida məhsullarının satışı ilə 
məşğul olan “Nestle” korporasiyasıdır.   
  Beynəlxalq  bir  təşkilat  tərəfindən  idarə  edilən  və  heç  bir  ölkəyə  aid 
olmayan, beynəlxalq bir müqavilə ilə qurulan   TMK-lar.
43
 
Transmilli Korporasiyanın optimal strukturu “qız şirkətlər”in xarici filialları 
normal  və  davamlı  idarəetməsini  təmin  etməli  və  eyni  zamanda  xarici  filial 
menecerlərinə yerli bazarın spesifikasını nəzərə almaqla alıcı tələbatına  və yerli 
qanunvericiliyə uyğun sərbəst qərarlar verməyə imkan yaratmalıdır. 
Transmilli şirkətlərlə əlaqəli əsas anlayışlar bunlardır:
44
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin