92
Dinçer, Ömer; a.g.e., s. 117-120.
80
III FƏSİL Beynəlxalq maliyyə qurumları və transmilli korporasiyaların
müasir beynəlxalq əməkdaşlığa töhfəsi
3.1 Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əlaqələri
1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqilliyini bütün dünyaya
bəyan etdi. Gənc respublika beynəlxalq münasibətlər sisteminə daxil oldu.
Azərbaycan öz mövcudluğunu qorumaq, müstəqilliyini təmin etmək üçün
beynəlxalq təşkilatlara sıx əməkdaşlıq fəaliyyətinə başladı. 1992-ci ildən etibarən
Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı müraciət etdi.
Lakin bu bəzən
uzun müddət və prosedurlar tələb edirdi. Xüsusilə, beynəlxalq maliyyə
təşkilatlarına üzv olmaq üçün müəyyən şərtlər irəli sürülürdü. 1993-cü ildə
prezident Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın yeni tarixində
dönüş baş verdi. Heydər Əliyev mükəmməl və effektiv xarici iqtisadi siyasət
həyata keçirməyə başladı. Ölkəyə kapital qoyuluşu artdı, Azərbaycan xarici
investorların etibarını qazandı.
Azərbaycan ilk dəfə BMT-nin çərçivəsində onun ixtisaslaşmış qurumları
olan beynəlxalq maliyyə təşkilatları ilə əlaqələr qurmağa başladı. 1992-ci ilin
sentyabrında DB-na daxil oldu. Eyni ildə Çoxtərəfli Sərmayə Qoyuluşunun
Sığortalanması üzrə Agentliyə üzv qəbul olundu. Məhz ümummilli liderimiz
Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində 1995-ci ildə
Azərbaycan BİA və BMK-nın üzvü oldu. Azərbaycan üzv qəbul olunduqdan
sonra DB ölkədə azad bazar iqtisadiyyatının qurulmasına çalışırdı. DB
Azərbaycanın əkinə yararlı torpaqlarının özəlləşdirilməsi və bölüşdürülməsində
başlıca rol oynayıb. Azərbaycan DB-nın İcraçı Direktorlar Şurasında 19 qrup
üzvü çərçivəsində təmsil olunur. Azərbaycan digər 7 ölkə ilə birlikdə İsveçrənin
rəhbərlik etdiyi qrupdadır.
Azərbaycan BVF ilə 1992-ci il sentyabrın 18-dən əməkdaşlıq edir.
İndiyədək BVF Azərbaycan Respublikasına altı proqram çərçivəsində kredit
ayırıb, lakin 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq məsləhətləşmələr
səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kreditin
81
alınmasından imtina edib. BVF tərəfindən Azərbaycan hökumətinə təqdim edilən
kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər il gecikdirilmədən ödənilir. Odur
ki, bu müddət ərzində Azərbaycan hökuməti ilə BVF arasında səmərəli
əməkdaşlıq münasibətləri formalaşıb. Bu fakt isə Azərbaycan iqtisadiyyatının
dinamik inkişaf mexanizminə malik olmasından xəbər verir. BVF-nin
Azərbaycan hökuməti ilə danışıqlarında ölkədə sənayenin inkişaf etdirilməsi,
dövlət banklarının özəlləşdirilməsi, su və enerji təchizatı problemlərinin həlli və
bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar, neft
gəlirlərinin səmərəli istifadəsini təmin etmək, Neft Fondunun fəaliyyətində
şəffaflıq və sair istiqamətlər prioritet təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu beynəlxalq
maliyyə qurumu ilə əməkdaşlığa böyük önəm vermişdir. Bakıda səfərdə olan
Beynəlxalq Valyuta Fondunun direktoru Kamdessu 12 mart 1996-cı ildə Heydər
Əliyevlə görüşüb və danışıqlar aparıb. Görüşdən sonra birgə mətbuat
konfransında Heydər Əliyev danışıqların Azərbaycan Respublikası ilə Beynəlxalq
Valyuta Fondunun gələcək əməkdaşlığına həsr olunduğunu, Beynəlxalq Valyuta
Fondunun dünyanın ən böyük maliyyə mərkəzi olduğunu bildirib. O bildirib ki,
BVF Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda struktur
dəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün kreditlərlə
maliyyə yardımı edir.
4 dekabr 1998-ci ildə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Devid
Quen Heydər Əliyevlə görüşüb. Devid Quen BVF ilə Azərbaycan arasında
əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanda
iqtisadi artım müşahidə olunur, infilyasiya məqbul səviyyədədir və ümumiyyətlə,
iqtisadi sahədə uğur əldə olunub, manatın məzənnəsi sabit səviyyədə
qalmaqdadır.
93
Heydər Əliyev Azərbaycana indiyə qədər göstərilən yardımlara və səmərəli
əməkdaşlığa görə təşəkkür edərək, bu əməkdaşlığın davam etdiriləcəyini bildirib:
93
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001
82
"...Azərbaycan dövlətində iqtisadi islahatları həyata keçirməyi iqtisadi
siyasətimizin strateji istiqaməti kimi qəbul etmişik. Sadəcə, bu sahədə bizim
fikirlərimiz üst-üstə düşür, bu barədə məsələlərə münasibətimizdə ziddiyyətlər
yoxdur. Əksinə, biz yaxşı əməkdaşlıq edirik və siz də əməkdaşlığımızın uğurlu
olduğunu görərək bizə daha da çox yardım etməyə çalışırsınız...".
17 dekabr 2001-ci il tarixdə Heydər Əliyev BVF-nin şöbə müdirinin
müavini Con Uykman-Li və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Con Uykman-Linn BVF-nin Azərbaycandakı missiyalarının məqsədlərini
açıqlayıb: "...Missiyamızın bir məqsədi illik göstəriciləri nəzərdən keçirməkdir.
Bu, Beynəlxalq Valyuta Fondunun digər ölkələrdə də keçirdiyi bir prosesdir.
Missiyamızın ikinci məqsədi isə iqtisadi islahatların həyata keçirilməsi
məsələsidir. İqtisadi islahatlar yoxsulluğun aradan qaldırılmasını və ölkənin
bundan sonrakı inkişafını təmin etməyi nəzərdə tutur". Con Uykman-Linn iqtisadi
islahatların Azərbaycandakı nəticələrinin ruhlandırıcı və müsbət xarakter
daşıdığını bildirib. Heydər Əliyev və bütün Azərbaycan hökumətinin əldə olunan
nəticələrlə fəxr edə biləcəyini nəzərə çatdırıb.
94
Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamına əsasən "Yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın hazırlanması məqsədilə
dövlət komissiyası yaradılıb. Proqramın hazırlanması məqsədilə İqtisadi İnkişaf
Nazirliyi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq edib. 25
oktyabr 2002-ci il tarixdə Bakıda "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət Proqramı"nın təqdimatına həsr edilmiş ümummilli konfrans keçirilib.
Konfransda BVF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Maykl Meredin
iştirak edib. Konfransın açılış mərasimində çıxış edən Heydər Əliyev cəmiyyətin
hərtərəfli inkişaf etdirilməsi məqsədilə bazar iqtisadiyyatına müvafiq iqtisadi
sistemin yaradılmasının Azərbaycan dövləti qarşısında duran vacib məsələlərdən
biri olduğunu vurğulayıb. O, müzakirə edilən yoxsulluq probleminə toxunaraq
deyib: "Respublikamızın həm iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı
94
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001
83
gələcək gözləyir. Biz bunu indiyə qədər gördüyümüz işlərin əsasında təmin
etmişik və gələcəkdə görəcəyimiz işlər bunların hamısını tamamlayacaqdır. Neft
sektorundan böyük gəlirlər gözlənilir. Bu, Azərbaycanın milli sərvətidir."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu təşkilatla
əlaqələrin inkişaf etdirilməsinə önəm verir. 26 may 2004-cü ildə İlham Əliyev
Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri
Departamentinin şöbə müdiri Con Uikman-Linnin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. İlham Əliyev Con Uikman-Linnin Bakıda keçirdiyi səmərəli
görüşlərdən məmnun olduğunu, xüsusilə neft sektorunda Beynəlxalq Valyuta
Fondu ilə Azərbaycan arasında əməkdaşlığın gündən-günə inkişaf etdiyini
vurğulayıb. Prezident bildirib ki, fondun köməyi və məsləhətləri Azərbaycan
üçün çox faydalıdır, BVF, habelə digər maliyyə qurumları ilə Azərbaycanın
əməkdaşlığı bundan sonra da inkişaf edəcək. Con Uikman-Linn Azərbaycan
hökumətinin yoxsulluğun azaldılmasına dair proqramını yüksək qiymətləndirib,
eyni zamanda, bildirib ki, Beynəlxalq Valyuta Fondu bu işdə Azərbaycan
hökumətinə öz köməyini əsirgəməyəcəkdir. Azərbaycanın neft-qaz sektorunda
əldə etdiyi uğurları yüksək qiymətləndirən Con Uikman-Linn xüsusilə şəffaflığın
təmin olunması sahəsində Neft Fondunun fəaliyyətini zəruri amil kimi
dəyərləndirib.
15 dekabr 2005-ci ildə İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın
Şərq və Mərkəzi Asiya üzrə Departamenti direktorunun müavini Julian
Berenqautun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığından məmnunluğunu ifadə edən,
ölkənin iqtisadi sahədə böyük nailiyyətlər qazandığını bildirən İlham Əliyev
büdcə artımını, qlobal enerji layihələrinin həyata keçirilməsini və digər uğurların
iqtisadi inkişafın əsas göstəriciləri kimi dəyərləndirib.
Hazırda Beynəlxalq Valyuta Fondu Azərbaycanla yeni formatda
əməkdaşlıq etməyə başlayıb. Bundan sonra Fond Azərbaycanda ayrıca
nümayəndə saxlamayacaq.
84
Azərbaycanın iqtisadi inkişafına dəstək olan beynəlxalq maliyyə təşkilatları
həm iqtisadi, həm də sosial sahələrdə layihələr həyata keçirməklə bank sektoru,
yoxsulluğun aradan qaldırılması, yerli istehsalat, sahibkarlıq, təhsil, neft-qaz
istehsalı və daşınması, ətraf mühitin qorunması, infrastrukturun yaxşılaşdırılması,
orta və kiçik sahibkarlığın inkişafında böyük rol oynamışlar. Beynəlxalq maliyyə
təşkilatları yalnız yatırım deyil, həm də məsləhət xidməti layihələrində də iştirak
edirlər. Qeyd etmək lazımdır ki, son yeddi il ərzində Azərbaycanda
investisiyaların səviyyəsi $9 mlrd. təşkil edir ki, bunun da $6 milyardını xarici
investisiya və $3 milyardını yerli investisiya təşkil edir. Bu keçid iqtisadiyyatı
olan ölkələr arasında ən yüksək göstəricidir. Xarici investisiyalar əsasən enerji
sektorunda cəmləşmişdir.
Daha çox özəl sektorun inkişafı məqsədi daşıyan AYİB Azərbaycanda 9
yerli kommersiya bankı ilə işləyir. Ümumiyyətlə, infrastrukturanın inkişafına,
nizamnamə kapitalının təşkili üçün Bank 15 illiyə kredit verir. Bank sektorunun
inkişafında rolu olan təşkilatlardan biri də BMK-dır. Azərbaycanda BMK-nın
yatırımları əsasən neft və qaz, maliyyə, istehsalat və aqrobiznes sahələrində
həyata keçirilir.
1992-ci ildən Dünya Bankının üzvü olan Azərbaycanda 1995-ci ildən
başlayaraq ümumi həcmi üç milyard Amerika dollarını keçən qırxdan çox layihə
həyata keçirilmişdir. 1 yanvar 2011-ci ilə qədər : Cəmi 50 layihə üçün t
əxminən
3 milyard
500 milyon Amerika dolları ayrılmışdır.
Azərbaycanda Dünya Bankının məqsədi sosial xidmətləri yaxşılaşdırmaq,
ətraf mühiti müdafiə etmək və uzunmüddətli iqtisadi inkişafın əsaslarını
yaratmaqda yardım etməkdir.
95
Bankın dəstəklədiyi bütün inkişaf layihələri
ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir. Xüsusilə də neft
mənbələrindən yaranan gəlirlərin idarəolunması, iqtisadi inkişaf üçün əsasın
genişləndirilməsi və sosial xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş yardımlar
Dünya Bankının əsas strategiyasına daxildir. Əsas məqsəd Azərbaycan əhalisinin
95
Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009.
85
rifahının artırılmasıdır. Baxmayaraq ki, Azərbaycanın ÜMM-nun əsas hissəsi neft
sektorunun payına düşür, burada yalnız əhalinin 1%-i çalışır.
Hər il Bankın personalı, Azərbaycan iqtisadiyyatının analizini aparır və
hesabatlar dərc edir. Dünya Bankının hesabat və digər sənədlərinə çıxış Bakıda
yerləşən İctimai İnformasiya Mərkəzi vasitəsilə əldə edilir. Bundan başqa, bu
sənədlər həmçinin, Axundov adına Milli Kitabxanaya da yerləşdirilir.
Birinci Struktur İslahatlar Krediti (SAC 1), 1997-ci ildə təsdiq edilmiş və
özündə ticarətin liberallaşması, özəlləşdirmə, qanunvericilik və bank işi
islahatlarını cəmləşdirir. Həmçinin SAC1-ə Rusiyanın maliyyə böhranında
yaranan əlverişsiz effektlərin aradan qaldırılması üçün 7 milyon ABŞ dolları
ayrılmışdır. İqtisadi islahat proqramında struktur islahatların tezləşdirilməsinə
yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC2), 12 mart 2002-ci ildə
təsdiq edilmiş və bunun üçün 60 milyon ABŞ dolları ayrılmışdır. SAC 2-də
dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması,
iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli
istifadə olunması, müəssisələr və xarici investisiya üçün əlverişli şəraitin
yaradılması, əhalinin təmiz su ilə təmin olunması və s. gözlənilirdi. 31 dekabr
2005-ci ilə qədər Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana ayırdığı
maliyyə və texniki yardımların siyahasına aşağıdakılar aiddir:
Bakının su təchizatı layihəsi;
Ümumi reabilitasiya layihəsi;
Mütləq ətraf mühitin qorunması layihəsi;
Pilot rekonstruksiya layihəsi;
Mədəniyyət irsinin qorunması layihəsi;
Kənd təsərrüfatı layihəsi;
Ümumi nəqliyyat layihəsi;
Səhiyyə sektorunun inkişafı layihəsi;
Kənd yerlərində sərmayə mühitinin yaradılması layihəsi
86
Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının
dəstəklənməsi layihəsi (2011-2015-ci illər)
Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi (2011-2015-ci illər)
Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək layihəsi (2011-
2016-cı illər)
və s.
Yoxsul ailələrin reabilitasiyası proqramı Azərbaycanda bir neçə pilot
rayonda keçirilir. Amma elə mexanizmlər işlənilməlidir ki, həmin yardımların
verilməsi əlavə korrupsiya elementlərinə yol açmasın.
Dünya Bankının Azərbaycana ayırdığı ilk kredit neft sektoruna
istiqamətlənmişdir. Neftin Azərbaycan iqtisadiyyatındakı çəkisi və yeri diqqətə
alındıqda həmin kreditin iqdisadiyyata nə qədər əhəmiyyətli olduğu aydın olur.
Dünya Bankı tərəfındən ayrılan kreditlər də xarici investisiya kimi iqtisadiyyat
üçün eyni müsbət töhfələr verir. Bank kreditlərinin ayrı bir xüsusiyyəti isə, həmin
kreditlərin uzun müddətli və çox az faizli olmasıdır. Dünya Bankı Azərbaycana
kreditləri 35 il müddətinə və faizsiz verir, hökumət Banka ildə 0,75% xidmət
haqqı ödəyir.
96
Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası
(ÖTS) 2011-ci il maliyyə ilindən 2014-cü il maliyyə ilinə qədər 4 illik müddəti
əhatə etmişdir. ÖTS Azərbaycanın orta müddətdə üzləşdiyi çağırışlar əsasında
qurulur. O, iki istiqamət üzrə nəticələrin əldə edilməsinə yüksək diqqət yetirir: (i)
rəqabətli qeyri-neft sektorunun qurulması və (ii) insan və sosial xidmətlərin
gücləndirilməsi. Həmin iki istiqamət müstəqil inkişaf məqsədlərini təşkil edir,
lakin, eyni zamanda, bir-birini gücləndirir. Bundan əlavə, əvvəlki ÖTS-dan
çıxarılmış nəticə göstərir ki, dövlət investisiyalarının artım tempi institusional
potensialın mümkün artım tempindən yüksəkdir, və bununla rüşvətxorluq üçün
imkanların yaranması və icranın ləngiməsi ilə nəticələnir.
96
Məmmədov M., İbadov E. Beynəlxalq iqtisadi təşkilatlar, Bakı 2008
87
Azərbaycan üzrə Dünya Bankının yardım proqramı əsas 4 başlıca
istiqamətdədir:
– Ölkədə əsaslı, tərəfsiz özəl sektorun istiqrarlı, fasiləsiz inkişafına yönəlik
siyasi və struktur mühitin yaradılması.
– Böhranlı iqtisadi sektorlarda, xüsusiylə kənd təsərrüfatı sektorunda
rəqabətliliyin artırılması.
– Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi. Bu məqsədə çatmaq üçün
sosial yardımların məqsədli istiqamətdə aparılması, sosial xidmətlərin
səmərəliliyinin artırılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üzrə
dövlət strategiyasının hazırlanıb həyata keçirilməsi mövzuları üzərində
dayanılacaqdır.
– Ölkədaxili istehsalın artırılması. Təhsil sektoru ilə bağlı, kənd təsərrüfatının
inkişafı və tarixi abidələrin bərpa olunması, təmiri layihələri üzərində son işlər
görülmüş və ya nəzərdə tutulmuşdur. Azərbaycan Hökumətinin bu sahədə
əlverişli mövqe göstərməsi Dünya Bankının Azərbaycan üzrə bir çox layihə
proqramını həyata keçirmək fürsətini vermişdir.
Dünya Bankı 2008-ci il aprel ayının 30-da Azərbaycanın magistral
avtomobil yollarının müasirləşdirilməsi və yenidən qurulması üçün 300 milyon
ABŞ dolları həcmində kredit ayırıb. Bu barədə bankın məlumatında bildirilir.
Kredit 10 illik güzəşt dövrü ilə 40 il müddətinə ayrılıb.
97
Kredit Şərq-Qərb və
Şimal-Cənub marşurtları üzrə avtomobil yollarının qurulmasında istifadə
olunacaq.
98
2010-cu il 11 avqustda Dünya Bankı və Azərbaycan Respublikasının
Hökuməti arasında Üçüncü Magistral Yol Layihəsinin maliyyələşdirilməsi
məqsədilə 70 mln ABŞ dolları ekvivalentində BİA krediti və 171,6 mln ABŞ
dolları məbləğində BYİB krediti üzrə sazişləri imzalanıb. Bakı–Şamaxı yolunun
genişləndirilməsindən başqa bu layihə magistral yol şəbəkəsinin inkişafı və idarə
97
Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009
98
Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009.
88
edilməsi sisteminin təkmilləşdirilməsində hökumətə kömək etmişdir. Bura
magistral yollarda müasir maliyyələşdirmə və istismar praktikasının tətbiqi də
daxildir
.
Beynəlxalq Maliyyə Korporasiyasının Texniki yardım sahəsində
layihələrinə aiddir:
-Azərbaycanda və Mərkəzi Asiyada lizinqin maliyyələşdirilməsi fondu nəzdində
texniki yardım proqramı;
-Lizinqin inkişafı üzrə layihə;
-Korporativ idarəetmə üzrə layihə;
-Kiçik və orta biznesin inkişafı proqramı;
-Azəriqazbank və Rabitəbanka texniki yardım layihəsi;
-Bakı fond birjasının və Qiymətli kağızlar üzrə dövlət komitəsinin institusional
gücləndirilməsi.
İnvestisiyalar sahəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla da
sıx əməkdaşlıq edir və onlardan kredit, eləcə də digər formalarda vəsaitlər cəlb
olunur. Bu sahədə Dünya Bankı ilə əməkdaşlıq daha çox diqqəti cəlb edir. Dünya
Bankının maliyyələşdirdiyi layihələrin miqyası genişdir. Bu sosial müdafiə
sisteminin,qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşması, eləcə də iri
infrastruktur layihələridir.
Azərbaycanda əlverişli investisiya mühitinin olması beynəlxalq maliyyə
qurumlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyası Azərbaycanı 2009-2010-cu illərdə biznes mühitin
yaxşılaşdırılmasına dair islahatların aparılması üzrə ən islahatçı ölkə elan edib.
Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış “Qlobal
Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci,
makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında
13-cü yerdə qərarlaşmışdır.
99
“Standart and Poors” Beynəlxalq Reytinq Agentliyi
99
http://azertag.az/xeber
89
2009-2010-cu illər üzrə ölkə reytinqini “Stabil”dən “Pozitiv”ə yüksəltmiş, “Fitch
Ratings” Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.
Son dörd-beş il ərzində, Azərbaycan inkişaf sahəsində çox müsbət
nəticələri əldə etmişdir, o cümlədən:
2005-ci ildə 1.270 ABŞ dolları təşkil edən adambaşı ÜMG (Bankın Atlas
metoduna əsasən) dörd dəfə artaraq 2009-cu ildə 4.820 ABŞ dolları təşkil
etmişdir .
2008-ci ildə səviyyəsi 16%-dən aşağı olmaqla, yoxsulluğun kəskin
azaldılması
Çox yoxsul təbəqələrin 50%-dən artıq hissəsinə ünvanlı sosial yardımın
göstərilməsi;
Benefisiarların 97%-dən artıq hissəsinə pensiya və sosial sığorta
müavinətlərinin plastik kartlar vasitəsilə ödənilməsi ;
Dövlət Neft Fondunda (ARDNF) vəsaitin yığılması vasitəsilə neft
gəlirlərinin ehtiyatlı və səmərəli idarə edilməsinin və gələcək nəsillər üçün
saxlanmasının təmin edilməsi. Azərbaycan Hasilat Sənayelərinin Şəffaflıq
Təşəbbüsü (EITI) çərçivəsində 2009-cu ildə şərtləri yerinə yetirən ölkə
kimi dünyada ilk təsdiq olunmuş ölkə olmuşdur.
Müəssisələrin qeydiyyatı sahəsində ciddi irəliləyişlər əldə olunmuşdur.
Müəssisənin qeydiyyata alınması üçün tələb olunan vaxt 2007-ci ilin Doing
Business Hesabatında qeydə alınmış 51 gündən 2010-cu ilin Hesabatında
qeyd olunduğu kimi, 8 gün müddətinə qədər azalmışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı
“Doing Business” hesabatı, bu sahədə ən nüfuzlu sənədlərdən hesab edilir. Əgər
2009-cu ili əhatə edən hesabatda reytinq 181 ölkə üzrə hazırlanmışdırsa, 2010 və
2011-ci illəri əhatə edən hesabatlarda bu qiymətləndirmə 183 ölkə üzrə aparılmış
və metodologiyada dəyişikliklər edilmişdir.
100
“Doing Business 2011” hesabatı
100
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı.
90
dünyanın 183 ölkəsi üzrə reytinqə təsir edən 9 göstərici olmaqla aparılmış təhlili
əhatə etmişdir.
101
183 ölkənin yer aldığı biznes mühitə dair “Doing Business 2011”
hesabatında Azərbaycanın yeri son iki ildə olduğu mövqedən 1 pillə irəliləyərək
54-cü yerə yüksəlmişdir. Hesabatda 2006-cı ildən bəri 5 il ərzində Azərbaycanın
biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes mühitinin
təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilir.
102
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev “Doing Business” hesabatının müəlliflərindən biri cənab Simeon
Djankovu qəbul etmiş və bu görüşdən sonra qeyd olunan hesabatda Azərbaycanın
reytinqinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müvafiq
göstərişlər vermişdir.
Beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanla son illərdə əməkdaşlıq
istiqamətlərinə diqqət etsək, daha çox vəsait qeyri-neft sektoruna və daha dəqqiq
desək, sosial və sahibkarlıq sahələrinin inkişafına yönəlmişdir. Çünki,
iqtisadiyyatın əsas hissəsinin neft sektorundan asılı olması gələcək inkişafa
təhlükə törədə bilər. Beynəlxalq təşkilatların araşdırmalarına görə Azərbaycanda
indiyə qədər müxtəlif layihələr üzrə ən çox layihələr həyata keçirən Dünya
Bankıdır. Keçirilən araşdırmalar göstərir ki, hökumət daha çox kiçik və orta
sahibkarlığın inkişafı üzrə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı davam
etdirməlidir. Araşdırma zamanı sorğuda iştirak edən mütəxəssislərin 50%-i
sahibkarlığın inkişaf etdirilməsi üçün daha çox sərmayələrin cəlb olunmasını
düşünür. Əldə olunan daha bir maraqlı faktı da qeyd etmək lazımdır ki,
Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə baxmayaraq gələcəkdə də davamlı
əməkdaşlığı vacibdir.
Son illər Azərbaycan iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı ulu öndər
Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf
strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır,
101
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı.
102
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2011” hesabatı.
91
iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə
ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası
Prezident İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam
etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən
perspektivli sahələrdən birinə çevirmişdir. Ötən il bütün növ nəqliyyat
infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli
təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin
vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısı İlham Əliyevin şəxsi
dəstəyi sayəsində nail olunmuşdur.
Dostları ilə paylaş: |