MüNDƏRİcat giriş


mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   31   32   33   34   35   36   37   38   39
fsan-

mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq. 
Transmilli  korporasiyalar  anlayışının  özü  nisbətən  cavan  olsa  da,  onun 
dünyaya  və  beynəlxalq  münasibətlər  sisteminə  verdiyi  töhfələr  daha  təkmil  və 
kifayət  qədər  həcmli  görünür, bunu  rəqəmlər  də  sübut  edir:  bütün  dünya  sənaye 


103 
 
istehsalının  80%-i,  ümumdünya  ticarətinin  70%-i  onların  payına  düşür.  Bu 
faktların statistik reallığı  ona yalnız iştirakçı aktor kimi baxmağa imkan vermir, 
o, özü dəyişmə, hərəkət və daşınma hərəkatlarının başında gedən siyasi cərəyanın 
nəhənglərindəndir.  O,  demək  olar  ki,  beynəlxalq  münasibətlər  sisteminin  hər 
yerindədir  və  son  artım  göstəriciləri  onu  deməyə  əsas  verir  ki,  bu  ardıcıllıq, 
konsitensiya  yaxın gələcəkdə pozulmayacaq, çünki nə qədər mübahisəyə səbəb 
olsa da, özü bu ardıcıllığın baş və axır həlqələrini təşkil edir.  
Subyekt-obyekt  planından  yanaşsaq,  müasir  dövrün  qarşısında  duran  əsas 
məsələlər  
-  geriliyin  ləğvi, azad  vətəndaş  cəmiyyət  qanunları,  müstəqilliyin  təminatı 
və TMK-ların bu yöndə göstərdiyi cəhdlərdir. Son proseslər göstərir ki, TMK-lar 
beynəlxalq  münasibətlərin  vacib  instrumenti  kimi,  onun  digər  aktorları  arasında 
konfliktin,  asılılığın  dərinləşməsində  maraqlıdır,  eləcə  də  dünyanın  siyasət 
prosesləri bəşəriyyətin təsiri altında transformasiyalaşır, məhz TMK-lar texnoloji 
inkişafın ciddi faktoru kimi dünya təsərrüfat münasibətlərində mərkəzlə periferiya, 
zəif inkişafla gerilik arasında uçurum yaradır. 
TMK-ların müasir beynəlxalq münasibətlər sistemindəki möhkəm yerindən 
xəbər  verir,  aşağıda  beynəlxalq  sistemin  bəzi  xarakterik    xüsusiyyətlərini  qeyd 
etmişəm: 

 
Dünya  dövlətləri  nə  qədər  əvvəlki  tək  vacib  aktor  sayılsa  da, 
son  proseslərin  gedişatı  göstərir  ki,    onlar  öz  yerini  TMK-lara 
“satmaqdadır”. 

 
TMK-lar  həm  hökumətlərarası,  həm  də  qeyri-hökumət 
təşkilatları kimi kəmiyyətcə artmaqdadır. 

 
Son  3  min  illik  tarixi  dövrə  aid  gözləntilər  qloballaşma  və 
transmilliləşmə  şəraitində  beynəlxalq  siyasi  münasibətlərin  TMK-lar 
tərəfindən transsərhəd hörgüylə əhatələnməsi ilə bağlıdır. 


104 
 

 
Beynəlxalq münasibətlər sistemi qloballaşma ilə paralel olaraq 
desentralizasiya, regionalizm, regional tənzimləyici blokların yaranması və 
çox polyarlılığın mövcudluğu vəziyyətində daha ziddiyyətli görünür. 

 
Beynəlxalq  sistemdə  münaqişə  mərkəzlərinin  TMK-ların 
köməyilə tez-tez dəyişilməsidir, bu işdə TMK-ların bütün fondları ilə mobil 
olması vacib rol oynayır. 

 
Və  nəhayət  müxtəlifliyin  eyni  zamanlılığı  və    məkanlılığıdır, 
bir tərəfdən mərkəzlə periferik nöqtələr arasında ziddiyyət dərinləşir, digər 
tərəfdən  TMK-lar  və  onu  dəstəkləyən  xüsusi  maraq  qrupları,  hökümətlər 
daha da stabil vəziyyətə gətirilir. 
Mənim  qənaətim  bundan  ibərətdir  ki,  onların  yaranması  və  artımı 
inteqrasiya,  qarşılıqlı  asılılıq  proseslərinin  qanuni  inikasıdır,  nə  qədər  ki 
qloballaşma  onların  kəmiyyət  ölçülərinin  artımında  maraqlı  olacaq,  bu  vəziyyət 
uzun 
müddət 
dəyişməyəcək, 
ehtimal 
ki, 
çoxtərəfli 
diplomatiyanın 
institutlaşmasının  sonrakı  prosesi  güclənəcəkdir.  TMK-ların  artımı  dövlətlərdən 
vacib aktor kimi öz statuslarının qaytarılması məqsədilə beynəlxalq münasibətlər 
sisteminin  idarə  olunması  və  tənzimlənməsinin  adekvat  cavab  mexanizmlərinin 
işlənməsini tələb edir. Çünki xüsusilə İnkişaf etməkdə olan ölkələr iqtisadi inkişaf 
naminə daha çox sərmayə əldə etmək üçün transmilli korporasiyalara baş  əymək 
məcburiyyətində qalırlar. Bu da onların daxili və xarici siyasətlərini yaxın edəcək 
ki,  bu  da  ziddiyyətləri  daha  da  artıracaq:  bir  tərəfdən  öz  süverenliyini  onlarla 
bölüşməyə daha hazır olacaq, digər tərəfdən isə milli maraqlarının yuyulmasının 
qarşısını almaq üçün bunun əksinə hərəkət edəcək. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin