MüNDƏRİcat giriş


  TMK-ların  iqtisadi  qloballaşmaya  təsiri  və  bundan  Azərbaycana  düşən



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
fsan-

 
3.2  TMK-ların  iqtisadi  qloballaşmaya  təsiri  və  bundan  Azərbaycana  düşən 
pay 
Son dövrlərdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət 
nəticələrin  əldə  olunmasına  şərait  yaratmışdır.  Azərbaycanda  makroiqtisadi 
sabitliyə,  dayanıqlı  iqtisadi  artıma  nail  olunmuş,  yoxsulluğun  azaldılmasında  və 
əhalinin  sosial  rifahının  yüksəldilməsində  ciddi  uğurlar  əldə  olunmuşdur.  Eyni 
zamanda,  sərbəst  bazar  iqtisadiyyatı  institutlarının  yaradılması  və  sahibkarlığın 
inkişaf  etdirilməsi,  innovasiyalara  əsaslanan  iqtisadiyyat  modelinin  bərqərar 
olması istiqamətində mühüm addımlar atılmışdır. Hazırda  əsas hədəfi çoxşaxəli, 
səmərəli  və  innovasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması,  əhalinin 
rifahının layiqli səviyyəyə çatdırılması, habelə elmin və mədəniyyətin inkişafında 
yeni  nailiyyətlərin  əldə  olunması  olan  iqtisadi  siyasət  ölkəmizdə  uğurla  davam 
etdirilməkdədir.  Dünya  İqtisadi  Forumunun  2013-cü  ildə  üzrə  “Qlobal 
rəqabətədavamlılıq hesabatında” Azərbaycanın dünyanın 144 ölkəsi arasında 39-
cu yeri tutması və MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olması milli 
iqtisadiyyatımızın  xarici  investisiyalar  üçün  cəlbediciliyinin  artdığını  göstərir. 
İnnovasiyalar  əsasında  inkişaf  mərhələsində  olan  bir  sıra  ölkələrin  təcrübəsi 
göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyük istehsal 
potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan 


92 
 
Trans  Milli  Korporasiyalar  (TMK)  da  yeniliklərin  yaranmasında  və 
kommersiyalaş-  masında  müstəsna  rol  oynayırlar.  İnnovasiya  sistemlərinin  əsas 
subyektləri  universitetlər  (bilik  yaradırlar),  dövlətlər  (bilikləri  maliyyələşdirir  və 
yaradır),  TMK-lar  və  onların  müxtəlif  ölkələrdəki  filiallarıdır.  Müasir  TMK-lar 
yeni  biliklərin  maliyələşdirilməsi,  yaradılması  və  kommersiyalaşdırılması 
sisteminin mühüm elementi hesab olunur.  
Xarici  bazarlara  giriş  istiqamətləri  və  bu  bazarlarda  fəaliyyət  üçün  
firmaların qarşısına müxtəlif alternativlər çıxır. Onu da qeyd etmək lazımdır ki, 
dövlət  daxilində  və  ixrac  ediləcək  ölkələrdəki    rəqabət  mühiti  firmalrı  xarici 
bazara girmək üçün bir neçə vasitədən istifadə etməyə məcbur edə bilər.
103
 
Transmilli şirkətlər bir ölkədə fəaliyyətə başladıqda yerli rəqiblərini aradan 
qaldırır,  yerli  sənayeni  inkişaf  etdirmək  istəyində  olan  kiçik  iş  adamlarının 
həvəslərini əzib keçirlər. Məsələn, dünyanın dörd bir tərəfindəki içki istehsalçıları 
“Coca-Cola” və “Pepsi” ölkələrinin bazarlarına daxil olanda “əzildilər”.
104
  
Transmilli  korporasiya  olan  Mc  Donalds  ucuz  işçi  qüvvəsi  ilə  xüsusilə 
Uzaq  Şərqi  özünə  məskən  etmişdir.  Bu  barədə  J.G.Allard    belə  demişdir:  “Mc 
Donalds-ın  payladığı  oyuncaqlar    gündə  16  saat  ərzində  yalnız  qarınlarını 
doydurmaq üçün  işlədilən çinli uşaqlar tərəfindən istehsal edilir.
105
 
Beynəlxalq  iqtisadi  təşkilatlarla  əlaqələrin  optimal  səviyyəsinə  nail 
olunması,  respublikanın  xarici  iqtisadi  fəaliyyət  strategiyasının  mühüm  tərkib 
elementlərindən biri kimi səciyyələnməlidir. Göstərilən istiqamətin zəruriliyi hər 
şeydən  əvvəl  həmin  qurumların  dünya  iqtisadiyyatının  inkişafında  əvəzedilməz 
rolu, eləcə də Azərbaycanın xarici investisiyalara olan böyük ehtiyacı, beynəlxalq 
iqtisadi  münasibətlər  sferasında  etibarlı  tərəfdaş  imici  qazanması  problemi  və 
sairə amillərlə şərtlənir. 
                                                           
103
 Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2. Baskı), Bursa 1998. 
104
 
Stiglitz, Joseph.E; Küreselleşme Büyük Hayal Kırıklığı, Plan B Yayıncılık, Çev: Arzu Taşçıoğlu & 
Deniz Vural, 3. Baskı, İstanbul, Kasım 2004.s.89  
105
 Allard, Jean-Guy; “Mc Donald’s Kaderiyle Yüz Yüze” 


93 
 
Azərbaycanın  beynəlxalq  iqtisadi  əlaqələrinin  təhlili  göstərir  ki,  90-cı 
illərin  ortalarına  kimi  ölkənin  xarici  iqtisadi  həyatında  müsbətə  doğru  heç  bir 
dəyişiklik baş verməmişdir.  
Apardığımız  tədqiqatlar  göstərir  ki,  əgər  1985-ci  ildə  bütün  maliyyə 
mənbələri  hesabına  investisiya  qoyuluşlarının  ümummilli  məhsulda  çəkisi  40% 
təşkil  edirdisə,  1992-ci  ildə  bu  rəqəm  17%,  1994-cü  ildə  isə  cəmi  4%  təşkil 
etmişdi. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə 
göstərilən  nisbətin  səviyyəsi  20-40%  arasındadır.  Əgər  respublikada  istehlak  və 
investisiya tələbatının dinamik olaraq artdığını, eləcə də struktur modernləşmənin 
qaçılmaz  olduğunu  nəzərə  alsaq,  onda  Azərbaycan  üçün  real  göstərici  40-50% 
hesab oluna bilər.
106
 
90-cı  illərin  ortalarında  4%-lik  göstəricinin  ölkə  iqtisadiyyatı  üçün  nə 
demək  olduğunu,  zənnimcə,  sübut  etməyə  heç  bir  zərurət  yoxdur.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  xarici  iqtisadi  fəaliyyət  subyektləri  tərəfindən  1994-cü  ildə 
ölkəyə cəmi 158 milyon dollar həcmində investisiya və kreditlər cəlb olunmuşdu. 
Lakin 
1994-1995-ci 
illərdən 
başlayaraq  iqtisadiyyata  investisiya 
qoyuluşlarında  köklü  müsbət  dəyişikliklər  baş  vermişdir.  Bu  müsbət  meylin 
yaranması  isə  şübhəsiz  ki,  sabiq  prezident  Heydər  Əliyevin  həyata  keçirdiyi 
sistemli  xarici  iqtisadi  siyasətin  məntiqi  nəticəsi  kimi  qəbul  edilməlidir.  1995-ci 
ildən  başlayaraq  bu  günə  kimi  xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  axını 
dinamik  şəkildə  artmağında  davam  etməkdədir.  Qəbul  edilən  xarici  birbaşa 
investisiyaların  böyük  əksətiyyəti  neft  sektoruna  yönəldilir.  Bununla  bərabər  bu 
gün  ölkəmizdə  qeyri-neft  sektorlarına  da  xarici  kapital  qoyuluşları  xeyli 
artmaqdadır.  Qeyri-neft  sektoruna  kapital  qoyuluşuna  artan  meyl  özünü  daha 
qabarıq şəkildə ərzaq, tütün məmulatları və tikinti məhsulları istehsalı sahəsində 
göstərir.  Bundan  başqa  neft  sektoruna  və  istehsalın  digər  sahələrinin  tələbatını 
ödəmə  istiqamətli    xidmət  sahələrinə  xarici  kapital  axının  güclənməsi  müşahidə 
olunmaqdadır. “Artur Anderson”, “Prays Vaterhaus”, “KPMC” və digər bu kimi 
                                                           
106
 Osman Nuri Araz , Elçin Süleymanov  “ Azərbaycan iqtisadiyyatı”. Bakı 2010 


94 
 
iri transmilli korporasiyaların nümayəndəlik və yaxud filiallarının Azərbaycanda 
fəaliyyət  göstərməsi  göstərilən  istiqamətlərdə  investisiyaların  cəlb  edilməsinin 
yüksələn xəttlə inkişaf etdiyini göstərir. 
Ölkəmizin  birbaşa  xarici  investisiya  axını  prosesində  ixracatçı  kimi  çıxış 
etməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Azərbaycanın bu prosesdə iştirakı 
hələlik  epizodik  xarakter  daşıyır.  Belə  ki,  bu  günə  kimi  fəaliyyəti  respublikanın 
tədiyyə  balansında  öz  əksini  tapan  yeganə  istehsal  müəssisəsi  ölkəmizin  Rusiya 
paytaxtında yerləşən şərabçılıq zavodudur. Bu müəssisə keçmiş SSRİ dövründən 
Moskva şəhərində fəaliyyət göstərirdi, lakin SSRİ parçalanandan bir neçə il sonra 
müəssisə fəaliyyətini dayandırmışdı. Cəmi bir neçə il bundan öncə öz fəaliyyətini 
yenidən  bərpa  etmiş  bu  müəssisədə  bu  gün  yüzlərlə  adam  çalışır.  50-60  adda 
spirtli  içki  Azərbaycanın  ticarət  markaları  ilə  istehsal  edilir.  Təsərrüfat 
subyektinin satış həcmi günü-gündən artır, çünki istehsal edilən məhsullar yüksək 
keyfiyyətlidir, yüksək səviyyədə də reklam olunur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  kapital  ixracatçısına 
çevrilməsi  milli-iqtisadi  mənafelər  baxımından  çox  sərfəli  olsa  da,  yaxın 
gələcəkdə belə bir prosesin başlanılması hələ ki gözlənilmir. Azərbaycanın milli 
dövlətçiliyinin  güclənməsi  və  milli  iqtisadiyyatının  inkişafı  ilə  paralel  olaraq 
həmin  biznes  subyektlərinin  fəaliyyəti  genişlənir,  inkişaf  edir.  Ona  görə  də,  bu 
istər  Azərbaycana  investisiya  cəlb  olunması,  istərsə  də  ölkəmizin  kapital 
ixracatçısına  çevrilməsi  prosesində  onun  potensial  inkişaf  imkanları  kimi 
qiymətləndirilməlidir. 
Dünya  ölkələrinin  təcrübəsi  sübut  edir  ki,  iqtisadiyyata  xarici 
investisiyaların cəlb olunması bir sıra mühüm üstünlüklərə malikdir: 
-Əvvəla,  birbaşa  xarici  investisiya  qoyuluşu  ölkədə  xalq  istehlakı  malları 
istehsalına  və  xidmətlərin  genişlənməsinə,  yeni  texnologiyalara,  idarəetmənin 
qabaqcıl  üsullarına  yiyələnməyə,  real  bazar  münasibətlərinə  uyğun  infrastruktur 
yaradılmasına şərait yaradır; 


95 
 
-İkincisi,  xarici  ölkələrdən  alınan  borc  və  kreditlərdən  fərqli  olaraq  xarici 
investisiya  xarici  borca  əlavə  ağırlıq  gətirmir,  əksinə,  onun  ödənilməsi  üçün 
vəsait əldə etməyə imkan yaradır; 
-Üçüncüsü,  birbaşa  xarici  investisiya  qoyuluşu  istehsal  və  elmi-texniki 
kooperasiya  hesabına  milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatı  ilə  daha  səmərəli 
inteqrasiyasını təmin edir.
107
 
Aydındır  ki,  Azərbaycan  Respublikası  xarici  investisiyaların  cəlb 
olunmasında  əsas  məqsəd  iqtisadiyyatın,  həmçinin  sahibkarların  potensial 
imkanlarını  reallaşdırmaq,  işgüzarlıq  fəaliyyətini  artırmaq,  ölkənin  milli 
sərvətlərindən və ehtiyatlarından səmərəli istifadə etməkdən ibarət olmalıdır. 
Beynəlxalq  təşkilatların  və  dövlətlərin  birbaşa  köməkliklərdən  istifadə 
edərək  milli  iqtisadiyyatın  dinamik  inkişafını  və  əhalinin  yüksək  həyat 
səviyyəsini  təmin  etmək,  bazar  münasibətlərinə  əsaslanan  səmərəli  təsərrüfat 
sistemi  yaratmaq və bir sıra digər problemlərin həlli üçün də bu yol  ən münasib 
variant kimi hesab edilməlidir. 
Aydındır ki, iri investorlar kapital ixracını həyata keçirməklə ilk növbədə 
öz iqtisadiyyatlarının və yaxud firmalarının iqtisadi inkişafını nəzərdə tuturlar. 
Beləliklə,  iqtisadi  cəhətdən  zəif  ölkələr,  o  cümlədən  Azərbaycan 
Respublikası  iqtisadi  inkişaf  üçün  son  dərəcədə  zəruri  olan  birbaşa 
investisiyaların  cəlb  eilməsi  üçün  əlverişli  şərait  yaratmalı,  başqa  sözlə 
“investisiya  iqlimi”ni  investorlar  üçün  əlverişli  etməlidirlər.  Ancaq  elə  məhz 
buradaca  bir-birinə  zidd  iki  problem  ortaya  çıxır:  bir  yandan  kapital  ixracının 
subyekti  olan  ölkələrin  milli  və  ya  dövlət  mənafelərinin  təhlükə  altına  düşmək 
problemi,  o  biri  yandan  isə  kapital  qoyuluşunun  obyekti  olan  ölkələrdə 
milliləşdirmə,  rekvizisiya  və  sairə  bu  tipli  tədbirlərini  həyata  keçirdikdə  xarici 
investisiyaların qorunması problemi. 
Dünya  İqtisadi  Forumun  (DİF)  indeks  göstəricilərinin  müasir  dinamikası 
Azərbaycan  iqtisadiyyatı  üçün  nəinki  mövcud  rəqabət  üstünlüklərinin 
                                                           
107
 Транснациональные корпорации и прямые иностранные инвестиции как основа глобализации // 
Долгов С.И. Глобализация экономики: новое слово или новое явление? - М., 1998. 


96 
 
saxlanmasının  önəmli  olduğunu,  həm  də  yeni,  yüksək  texnologiyalara  və 
«biliklərin  iqtisadiyyatı»na  əsaslanan  innovasiyalı  iqtisadiyyatın  tətbiqi  yolu  ilə 
daha  yüksək  üstünlüklərə  keçmək  və  bununla  milli  iqtisadi  təhlükəsizliyimizin 
təmini  üçün  mümkün  olan  hər  şeyi  etmək  haqqında  danışmağa  imkan  verir.
108
 
Bununla  yanaşı,  DİF-in  reytinqlərinin  təhlili  göstərir  ki,  bunu  yalnız  uğurlu 
makroiqtisadi  göstəricilər  hesabına  etmək  mümkün  olmayacaq.  Azərbaycanın 
müasir iqtisadiyyatının keyfiyyətli artımı ilə hər yeni addım daha çox qüvvə tələb 
edir  və  burada  ümumi  rəqabətqabiliyyətliliyinə  təsir  edən  bütün  amillərin  yalnız 
tarazlı  və  kompleks  yaxşılaşdırılması  bu  uğurun  zəmini  ola  bilər.  Milli 
iqtisadiyyatda  mövcud  innovasiya  meyillərini  qiymətləndirmək  üçün  son  illərin 
statistikasına  müraciət  edək.  İnnovasiya  məhsulunun  TMK-ların  miqyası  ilə 
müqayisədə çox kiçik olmasına rəğmən qeyri-neft sektorunda (emal sənayesində) 
innovasiya  məhsulunun  dəyərinin  artmasını  bu  istiqamətdə  aparılmaqda  olan 
tədbirlərin  kiçikmiqyaslı  ilkin  nəticəsi  kimi  qəbul  etmək  olar.  Aparılan  təhlil 
ölkəmizdə  innovativ  inkişafa  diqqətin  daha  da  artırılmasını  və  müvafiq  tədbirlər 
proqramının  həyata  keçirilməsinin  zəruri  olduğunu  göstərir.  Azərbaycanda 
aparılmaqda  olan  iqtisadi  siyasət  ölkəmizin  investisiyalar  üçün  cəlbediciliyini 
xeyli  artırır.  İnnovasiyalar  ölkənin  insan  kapitalının  inkişaf  etməsinə  şərait 
yaratmaqla,  hər  hansı  sahədə  məhsuldarlığı  artırmaqla  köməkçi  və  qohum 
sahələrin  də  inkişafına  impuls  verərək  daha  yüksək  və  dayanıqlı  iqtisadi  artımı 
təmin  etməklə  ölkənin  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsində  mühüm  rol 
oynayır. Müasir dövrdə innovasiyalı inkişaf qloballaşma prosesləri ilə bilavasitə 
bağlıdır.  Qloballaşma  elmi  biliklərin  və  texnologiyaların  ötürülməsi  və 
kommersiyalaşması üçün əlverişli zəmin yaradır. İnnovasiyaların yayılmasına iki 
səviyyədə  baxmaq  olar  :  1.  istənilən  elmi-texniki  biliklərin  və  istehsal 
təcrübəsinin  makrosəviyyədə  ötürülməsi;  2.  konkret  texnoloji  proseslərin  təkrar 
istehsalına  aid  olan  elmi-texniki  biliklərin  və  təcrübənin  ötürülməsi.
109
 
                                                           
108
 
http://vergiler.az/
 17 aprel 2015 
109
 
Cantwell J. (1997). “The globalization of technology: what remains of the product cycle model?” 
“Technology, globalization and economic performance”, Cambridge University Press.  


97 
 
İnvestisiyalar  ölkənin  rəqabətqabiliyyətliliyi  üçün  baza  amili  deyil,  rəqabət 
üstünlüklərinin  yaradılması  mexanizmlərindən  biri  kimi  qəbul  oluna  bilər. 
Fikrimizcə, 
belə 
mexanizmlər 
rəqabətqabiliyyətlilik 
amilləri 
qədər 
əhəmiyyətlidir.  İnvestisiyaların  rəqabət  üstünlüyündə  rolu  ölkənin  inkişaf 
mərhələsindən  asılı  olaraq  dəyişir.  Amerikan  iqtisadçısı  Maykl  Porter  (1946) 
göstərirdi  ki,  hər  bir  ölkənin  rəqabət  strategiyası  digərlərindən  fərqlənir  və  belə 
fərqlənməni  inkişaf  mərhələlərinin  və  iqtisadi  artımın  mənbələrinin  müxtəlifliyi 
ilə  izah  edirdi.  İnvestisiyalar  təbii  ehtiyatların  və  insan  kapitalının  (işçi 
qüvvəsinin  defisiti,  bahalığı  və  ya  keyfiyyətinin  aşağı  olması)  çatışmazlığından 
doğan  çətinliklərin  aradan  qaldırılmasına  kömək  edir.  Beynəlxalq  rəqabətin 
kəskinləşməsi ölkənin infrastrukturuna və daha yüksək rəqabət üstünlüyünü təmin 
edən  yüksək  texnologiyalara  investisiyaların  əhəmiyyətini  artırır.
110
 Ölkəmizin 
investisiyalar  üçün,  xüsusilə  yüksək  texnologiyalara  aid  olan  qoyuluşlar  üçün 
cəlbediciliyinin  artırılması  mühüm  vəzifələrdən  biri  kimi  qəbul  oluna  bilər. 
Azərbaycanın  yüksək  texnologiyalı  investisiya  bazarında  rəqabət  strategiyası 
dünyada  baş  verən  innovasiya-texnologiya  və  struktur  dəyişikliklərinə  vaxtında 
reaksiya  verməlidir.  Məlumdur  ki,  ölkənin  rəqabətqabiliyyətliliyi  dünya 
iqtisadiyyatında baş verən struktur dəyişikliklərinə çevik və adekvat reaksiya və 
uyğunlaşma  qabiliyyəti  ilə  müəyyən  olunur.
111
 Yüksək  texnologiyalı 
investisiyaların  cəlb edilməsi  prosesində böyük  ölkələr  bazarın  tutumu  və  artım 
tempi  kimi  göstəricilərlə  daha  böyük  üstünlüklərə  malik  olurlar.  Lakin  daxili 
bazarın  nisbi  tutumu  kiçik  olan  ölkələr,  o  cümlədən  Azərbaycan  əlverişli 
investisiya və institusional mühit, keyfiyyətli infrastruktur və işçi qüvvəsi, siyasi 
sabitlik  və  iqtisadi  artımı  dəstəkləyən  davamlı  siyasətlə  belə  rəqabətdə  uğur 
qazana  bilərlər.  Qeyd  olunan  nəticələr  və  davam  etməkdə  olan  iqtisadi  siyasət 
innovativ inkişaf sahəsində nəhəng imkanlara və təcrübəyə malik olan TMK-ların 
milli  iqtisadiyyata  cəlb  edilməsi  üçün  müstəsna  əhəmiyyət  kəsb  edir.  Onların 
                                                           
110
 Портер М. (2000) “Конкуренция”, Москва: “Вильямс”, 495 c. 
111
 
Райнерт Э.С. (2011). “Как богатые страны стали богатыми, и почему бедные страны остаются 
бедными”, Москва: Изд.дом ВШЭ, 384 стр 


98 
 
elmi-tədqiqat mərkəzlərinin ölkəmizdə yerləşdirilməsi bir neçə səbəbdən əlverişli 
ola bilər:  

  innovasiyalar  üzrə  yeni  laboratoriyaların  meydana  gəlməsi  ilə  belə 
fəaliyyətin  intensivləşdiriməsi  labüd  olaraq  yerli  şirkətləri 
innovasiya prosesinə cəlb edir;  

   yüksək  ixtisaslı  mütəxəssislər  üçün  yeni  iş  yerlərinin  yaradılması 
ölkədən  “beyin  axını”ın  azalmasına  kömək  etməklə  cəmiyyətin 
intellektual  potensialının  yüksəlməsinə  və  təhsil  sisteminin 
inkişafına şərait yaranır;  

   yeniliklərin kommersiyalaşdırılmasında ixtisaslaşan yeni menecerlər 
təbəqəsi formalaşır;  

   ölkəyə  vençur  kapitalı  axınının  artması  zamanı  yeni  tədqiqatlar 
laboratoriyalarının  hüdudlarından  çıxaraq  müstəqil  kommersiya 
layihələrinə çevrilməklə ölkəyə əlavə dividendlər gətirir.  
Vergilərin iqtisadi sistemdə gedən proseslərin monitorinqi üçün ən əlverişli 
mexanizm  olması  isə  (nəzarət  funksiyası)  dövlətə  iqtisadi  təhlükəsizlik 
parametrlərinin  və  meyarlarının  qiymətləndirilməsi  və  proqnozlaşdırılması 
imkanını  yaradır.
112
 Vergi  sistemi  öz-özlüyündə  rəqabət  üstünlüyünün  resursu 
hesab  olunur  və  başqa  rəqabət  üstünlüyü  növlərinə  öz  təsirini  göstərir.  Hər  bir 
sistemin tərkib hissələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədirlər. Vergi siyasəti 
rəqabətqabiliyyətlilik  sisteminin  tərkib  hissəsi  kimi,  makro  səviyyəyə  aid  olaraq 
müxtəlif  səviyyələrdə  sistemin  tərkib  hissələri  ilə  qarşılıqlı  təsirdə  fəaliyyət 
göstərir.
113
 Vergi  siyasətinin  təsir  edə  biləcəyi  rəqabətqabiliyyətlilik  sisteminin 
mühüm determinantları sosial inteqrasiya və həmrəylikdir, cəmiyyətin islahatlara 
münasibətidir, sahibkarların statusuna ictimai rəyin yaradılması şəraiti və onların 
dövlətin  inkişafında  roludur.  TMK-ların  innovasiya  fəaliyyətinin  ölkəmizə  cəlb 
                                                           
112
 
“Налоговая политика в социально-экономическом развитии стран с переходной экономикой”. 
(2011). Под ред. Р.С.Гринберга, З.Н.Кузнецовой, Санкт-Петербург: Алетея, 2011.-392 s
 
113
 
Yusifov C.R. (2011). “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Azərbaycan 
Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi”, “Azərbaycanın vergi xəbərləri”, 
№12, s. 121-130. 


99 
 
edilməsi  iqtisadi  sistemin  makrosəviyyəsinə  aid  olaraq  müvafiq  tənzimləmə 
tədbirlərinin  həyata  keçirilməsinə  zərurət  yaradır.  Qeyd  olunanlara  əsaslanaraq 
ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün istifadə oluna biləcək vergi 
sistemi amillərinə aşağıdakıları aid edə bilərik 
114
:  

 ölkənin vergi sisteminin rəqabətqabilyyətliliyi;  

 vergi qanunvericiliyinə riayət olunma səviyyəsi; 
 

  vergi  ödəyicilərinin  maarifləndirilməsi  və  hüquqlarının  qorunması 
səviyyəsi; 
 

  vergi  inzibatçılığında  şəffaf  və  müasir  standartlara  cavab  verən 
informasiya texnologiyalarından istifadə ilə həyata keçirilən metodların tətbiqi; 
 

  iqtisadi  sistemin  tənzimlənməsinə  güclü  təsir  göstərə  bilən  vergi 
siyasətinin həyata keçirilməsi və s. 
TMK-ların  innovasiya  fəaliyyətinin  milli  iqtisadiyyata  cəlb  edilməsi 
ölkənin  elmi-texniki  potensialının  genişlənməsinə  və  Azərbaycanın  beynəlxalq 
arenada rəqabətqabiliyyətliliyinin artmasına səbəb ola bilər. 
 
                                                      
 
 
 
 
 
 
 
 
    
 
                                                           
114
 
Yusifov C.R. (2013). “Azərbaycanın vergi təhlükəsizliyinin milli iqtisadiyyatın 
rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1, s. 97-108.
 


100 
 
                                                      

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin