2.2 Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və
hökumətlərin nəzarəti itirməsi problemi
Transmilli qarşılıqlı təsir və TMK-lar hansı şəkildə dövlətlərarası siyasətə
öz təsirini göstərir? Deyilənləri nəzərə alsaq, transmilli münasibətlər cəmiyyətin
52
UNCTAD (2008) Word Investment Report 2008
53
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı
2003,səh.35
54
UNCTAD (2002) Word Investment Report 2002: Transnational Corporations and Export
Competitiveness, New York: United Nations
56
qarşılıqlı tez qəbul edilənə, dərk edilənə çevrilməsi prosesini sürətləndirir, bu da
hökumətlərarası münasibətləri dəyişməyə sövq edir. Bu yanaşmanı 2 ölçüdə
işıqlandırmaq olar - beynəlxalq ticarət və maliyyə, digər tərəfdən kütləvi
kommunikasiyanın dünyanı əhatə edən sistemindən çıxış etməklə.
TMK-ların yaranması, mövcudluğu və inkişafı üçün ən vacib amillərdən
biri də siyasi amillərdir. Bir çox siyasi amillər şirkətlərin beynəlmiləlləşməsində
və ev sahibi ölkələrdəki fəaliyyətlərinin düzgün inkişaf etdirilməsində özünü
göstərməkdədir. Ev sahibi ölkələrdə istər xalq, istərsə də, hökumət TMK-lara
qarşı adətən simpatiya ilə yanaşmırlar. Buna görə də, hökumətlər TMK-lara qarşı
təmkinli yanaşır və lazım olan vaxtda onların fəaliyyətlərini məhdudlaşdıra bilər.
Ev sahibi ölkələrin hökumətlərinin narahatığı artdığı zaman TMK-ların ev sahibi
ölkələrdəki sərmayələri milliləşdirilə bilər. Əvəzi ödənsə də, milliləşdirmə TMK-
ların ən çox çəkindiyi hallardan biridir.
55
Bu baxımdan şərtlər nə qədər əlverişli olsa da, TMK-lar investisiya
yatırdıqları ölkədə az və ya çox dərəcədə mütləq siyasi çətinliklə üzləşirlər.
Bunun səbəbi ana ölkə ilə ev sahibi ölkədəki qərarvermə mexanizmlərinin bir-
birindən fərqli olmasıdır. Ev sahibi ölkədə üzləşilən çətinliklər isə ən çox
millətçilikdən qaynaqlanır.
56
1980-ci ildən sonrakı dövrdə dövlətlər TMK-lara daha isti münasibət
göstərməyə başlamışdır. Bir çox ölkə ilə ortaq beynəlxalq layihəyə imza atan
Yaponiya “düşmən rəqib” anlayışından “qarşılıqlı həmrəylik” anlayışına
keçmişdir.
Transmilli təsir və TMK-ların qarşılıqlı təsirə məruza qalan proseslərə,
nəticədə dövlətlərarası siyasətə olan təsirinin 5 növ variantını ayırmaq olar.
Onlardan 4-ü TMK-ların qarışmasını qəti surətdə istisna edən transmilli təsirdir,
axırıncıların fəaliyyəti baxmayaraq ki, uyğun nəticəyə gətirib çıxara bilər;
v
təsir
55
Seyidoğlu, Halil; a.g.e., s. 554.
56
Brewer, Thomas L.; “An Issue-Area Approach to The Analysis of MNE-Government Relations”, Journal of
International Business Studies, Vol. 23, Issue 2, 1992, s. 301.
57
variantı isə yalnız TMK-ların aktorlar və kvazi-aktorlar kimi mövcudluğu
şəraitində mükündür. Bu variantları aşağıdakı şəkildə mənalandıraq:
1. münasibətlərin dəyişməsi;
2. dövlətlərin asılılığı və qarşılıqlı asılılığı yolu ilə qarşısını alma
mexanizmlərinin inkişafı;
3. bir dövlətin hökümətlərinin digər dövlətin hökümətlərinə təsir
imkanlarının artırılması;
4. beynəlxalq plüralizm;
5. dövlətlərin siyasətlərinə qarşı dura bilən və ona qəsd edə bilmə
imkanlarına sahib olan yeritdiyi xarici siyasəti ilə birgə muxtariyyət xarakterli
aktorların meydana çıxması.
Bütün növ transmilli əlaqələrdə yaranan təsir istənilən istiqamətə yönələn
münasibətlərin dəyişməsinə səbəb ola , nəticədə də dövlət siyasətinə təsir göstərə
bilər. Beləliklə də, müxtəlif ölkələrdən olan vətəndaşların təsiri milli düşüncə
cəmiyyətlərində istənilən fikrin dəyişməsinə bais ola və elita və qeyri-elitanın
reallığı dərketmə prosesinə təsir edə bilir. Transmilli kommunikasiya
münasibətlərinin dəyişməsinə səbəb olan amillər elektron qurğuları və çap
sözlərinin köməyilə ortaya çıxsa da, bizə az aydın görsənsə də, oxşar nəticələri
transmilli nəqliyyat, səyahət və maliyyə prosesləri də göstərə bilir. İBM
firmasının irəli sürdüyü şüar nə qədər emosional səslənsə də, heç də bütün
dünyada sülh dünya ticarətinin köməyi ilə baş vermir, ancaq ki “Toyota” və
“Fiatın” əldə etdikləri nailiyyətlər italyan və yaponlara olan fikrin və
münasibətlərin formalaşmasında ilkin zəmin rolu oynayır, özü də uğurla.
Transmilli korporasiyaların iqtisadi fəaliyyətlərinin böyük bir hissəsi öz
ölkələrinin ərazisində reallaşdırılır. 2001-ci ildə dünyanın ən böyük 500
şirkətinin ümumi satışlarının 72%-i öz ölkələrində aparılmışdır.
57
Transmilli korporasiyalar öz fəaliyyətinin legitimliyinə təminat əldə etmək
üçün əfsanə, simvol və normalar yaradaraq və dünyanın istənilən yerində qərb
57
Rugman, Alan M. (2003); “Regional Strategy and the Demise of globalization”, Journal of İnternational
Management, 9(2003), səh. 409-417
58
həyat tərzi, arzusu və sosial praktikasına cavab verməklə yeni münasibətlər
formalaşdıra bilir. Məs., XIX əsrdəki “protestant moizəsini müşayiət edərək onu
tamamlayan mədəni proqramlara”, bir sözlə missionerlərin, eləcə də XX əsr
çoxmillətli korporasiyaların fəaliyyətinə yuxarıda sadalanan mövqelərdən çıxış
edərək yanaşılır. Piter Evans isə sübut edir ki, çoxmillətli korporasiyaların reklam
kompaniyaları daha az inkişaf etmiş ölkələrdə insanların öz aralarındakı sıx
münasibətləri elə dəyişir ki, bu gələcəkdə onların müstəqilliyinə, öz
iqtisadiyyatlarının inkişafına zərbə vurur.
58
Robert U.Koks isə onları funksional
nəzəriyyənin yeni “qəhrəmanları” kimi qələmə verir: o həm də bir sıra misallar
əsasında sübut edir ki, nəinki korporasiyalar , eləcə də bəzi həmkarlar ittifaqları
liderləri transmilli iqtisadi fəaliyyətlə məşğul olurlar. Bir sıra həmkarların
fəaliyyətini diqqətlə araşdırdıqdan sonra, həmkar ittifaqları-korporasiya
“simbiozunun” olduğunu qeyd edir və bu kombinasiyada hakimiyyət həmkarların
liderlərinə və həm də korporasiya rəhbərliyinə aiddir. Daha sonra həmkarların
rolunu dünya təsərrüfatında korporativ üstünlüyün kompensasiya edilməsi işində
millət-dövlətlərin roluna bənzədir.
59
Koks və digər müəlliflər hesab edirlər ki, transmilli qarşılıqlı əlaqələrdə
millət-dövlətlərin rolunu digəri ilə əvəz etmək çox çətindir, buna baxmayaraq
onlar sonrakı müvafiq baxışları ilə bunun asan iş olduğunu söyləməyə bizə əsas
verir.
60
Bouer Bell qeyd edir ki, baxmayaraq ki, xaricdən TMK-lar dəstək ala
bilərlər, transmilli inqilabçılar hər hansı bir dövlətdə hakimiyyətə can atırlar.
Kroz və Vernon cütlüyü isə transmilli mübadilənin intensivliyinə qanuni şəkildə
söykənən yeni beynəlxalq sazişlərin gərəkliliyindən söhbət açırlar.
61
Robert
Qlipin hesab edir ki, hökumətlər regional hökumətlərarası təşkilatlara əvvəl-axır
kömək göstərəcək, çünki onlar qlobal transmilliləşmədən qorunmaqda yardımçı
58
“Counterhegemonic Globalization: Transnational Social Movements in the Contemporary Global Political
Economy” Evans, Peter. 2005
59
Производство, власть и мировой порядок» Роберта Кокса 1987 г.
60
“Политическая экономия множественного мира” Роберта Кокса 2002 г.
61
Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, New York 1974, s. 22
59
ola bilər. Beləliklə, aydın olur ki, transmilli cəmiyyətlərin formalaşdığı və
formalaşdırdığı münasibətlər vacib deyil ki hamının qane düşəcəyi ümumi
razılığa və transmilli münasibətlərin sonrakı inkişafına gətirib çıxarsın.
62
Transmilli münasibətlərin digər təsir variantları beynəlxalq plüralizmin
inkişafıdır, daha doğrusu, öz fəaliyyətinin koordinasiya edilməsi məqsədilə
transmilli təşkilatların iştirakına şahid olduğumuz transmilli strukturlardakı milli
maraqların təsiri ilə yaranan əlaqələrdir.
Ümumi maraqlar ətrafında milli təşkilatları bir yerə cəmləyən beynəlxalq
qeyri-hökümət
təşkilatlarının sayı artmaqdadır. Transmilli təşkilatların
yaradılması yeni milli iştirakçıların ortaya çıxmasına stimul verə bilər ki, bu da
dövlətlərin daxili siyasətlərinin beynəlmiləlləşməsinə şərait yaradacaq. TMK-lar
özləri insanların bu təşkilatları öz imkanlarının realizə olunmasının yeganə çıxış
yolu kimi görməsi və qəbul etməsinə səbəb olan səyahət və nəqliyyatın da daxil
olduğu cəmiyyət və transmilli kommunikasiyanın getdikcə artan ixtisaslaşmasının
yekun məhsulu sayılır. Təşkilat miqyasında əlaqələrin yaradılması prosesinin özü
hökumətin yeritdiyi siyasətə milli qrupların təsir etmə cəhdlərinin təşəbbüskarı
kimi çıxış edə bilər. Transmilli münasibətlərə təsiretmənin 2 variantı Avropaya
inteqrasiya proseslərini araşdıran tədqiqatçı-alimlərin irəli sürdükləri ilə oxşardır.
Belə ki “kibernetik məktəbin” nəzəriyyəçiləri münasibətlərin kütləvi şəkildə
dəyişməsinə səbəb olan imzalanan sazişlərin təsirinin altından dəfələrlə xətt
çəkirlər, qeyri-funksional yanaşmanın tərəfdarları isə maraq qrupları və elitanın
rollarını ayırırlar. Hər iki qrupun təmsilçiləri hökumətlərin əl-qolunu bağlayan və
onların yürütdüyü siyasəti əməkdaşlıq səviyyəsinə qaldıra biləcək transmilli
münasibətlərə təsirin bir neçə növlərini müəyyənləşdirməyə çalışıblar.
Beynəlxalq münasibətlərə digər təsir variantı asılılıq və qarşılıqlı asılılığın
yaradılmasıdır. İnsan hansısa ölçüdə kommunikasiyanın transmilli şəbəkəsindən,
transmilli səyahətlərdən asılı haldadır. Hətta totalitar rejimlərdə belə əgər alimlər
elmi planda geriləmək istəmirlərsə, onlara xarici jurnalları oxumaq və beynəlxalq
62
“Global Political Economy - Understanding the International Economic Order. “ Gilpin, Robert (2001). Princeton
University Press. pp. 15–23.
60
konfranslarda iştirak etmək icazəsi verilir. Dövlətlərin özləri də xüsusən onlara
gərəkli olanı- əmtəə, xidmətlər, informasiya, idarəçilik metodları, dini legitimliyi
tədarük edən transmilli təşkilatlardan asılıdır. Hökumət məsələn, çox bahalı
iqtisadi tədbirlər planlaşdırarsa, asılılıq siyasi müstəviyə keçir.
TMK-lar doğulduğu cəmiyyətlərdə söz sahibinə çevrilərək dövlətlərin
daxilə yönələn maraqlarını elə formada dəyişə bilər ki, hökumətlərin yeridəcəyi
iqtisadi siyasət onun özünə baha başa otursun.
Asılılıq və qarşılıqlı asılılıqların öhdəsindən gəlmə və bu məsələnin həlli
böyük dövlətlərin baş ağrısına çevrilib. Kiçik və zəif dövlətlər müxtəlif dövlət
siyasətlərinin dəyərini və onun həyata keçirilməsindən gələn faydaları
qiymətləndirərək, digər ölkələrin mümkün cavab gedişlərini də hesaba qataraq
özləri müstəqil qərar qəbul edə bilər. Güclü dövlətlər həm də onların yürütdüyü
siyasətin transmilli münasibətlərə nə kimi təsiri olacağını da mütləq nəzərə
almalıdır. Transmilli münasibətlərin bir sahəsində muxtariyyət digər böyük
dövlətlərin cavab tədbirlərinə səbəb ola biləcəyi ehtimalı həmişə real olduğundan
dövlət xadimləri ehtiyatla siyasət yürütməlidir. Beləliklə, transmilli
münasibətlərin hökumət elitaları tərəfindən dərki – bir tərəfdən asılılıq və
qarşılıqlı asılılıq arasında, digər tərəfdən də dövlət siyasəti arasında yerləşən ən
əhəmiyyətli birləşdirici həlqədən ibarətdir
63
. Transmilli münasibətlər prosesi
gedişatında dövlətlər heç birinin nəzarət edə bilməyəcəyi qüvvələrdən asılı
vəziyyətə çevrilir. Bu asılılıq, hər hansı bir dövlət digər dövlətə qarşı yeni təsir
aləti fikirləşərsə, daha da güclənir. Bu zaman təqribən eyni siyasi çəkidə olan
dövlətlərin biri digərinə qarşı mübarizədə üstünlük əldə edir. Dövlətlərin qeyri-
bərabərliyi şəraitində transmilli münasibətlər bir növ transmilli şəbəkənin
mərkəzi sayılan daha güclü dövlətlərə üstünlük qazandıra və ya əksinə onsuz da
zəif dövləti siyasi arenadan götürə bilər. Hökumətlər hər zaman transmilli
təsirlərdən siyasi nəticələr əldə etmək üçün istifadə edib: turistlərə casus
funksiyasının tapşırılması, digər dövlətlərdə dini və etnik qrupların
63
Moran, T. H.; Multinational Corporations and and the Politics of Dependence, Princeton University Press,
Princeton 1974.
61
dəstəklənməsi- bütün bunlar “qeyri-rəsmi diplomatiyanın” ünsürləridir. Bunula
belə hökumətlər tez-tez bağladıqları iqtisadi sazişləri öz iqtisadi siyasətlərinə
uyğun şəkildə yönləndirirlər. Böyük dövlətlər tarif və kvota siyasətlərindən
istifadə etməklə,beynəlxalq ticarətə təsir göstərə bilər.
TMK-lar dövlətlərə xarici siyasətlərinin həyata keçirilməsi işində bundan
onlara nəzarət etmə forması kimi istifadə və ya hər hansı arzu olunan ittifaqın
yaradılması üçün yardımçı ola bilər. Məhz bu məqsədlər naminə Birləşmiş
Ştatlar höküməti öz ölkələrində əsası qoyulan çox millətli korporasiyaların
işindən yararlanmağa çalışır. Belə ki 1960-cı illərdə ABŞ Fransanın nüvə
potensialının inkişafını ləngitmək məqsədilə müharibə hədələri və ya
ultimatumlarla deyil, Fransadakı İBM şirkətinin fransız hökumətinə
kompüterlərin bəzi növlərinin satışına qadağa qoymaq yolu ilə ləngitməyə çalışıb.
O, həm də TMK-lardan ÇXR və Kubaya qarşı tətbiq edilən embarqonun
beynəlmiləl səviyyəyə qaldırmaq üçün istifadə etmişdir. Tarixdən gördüyümüz
bəzi hadisələr vardır ki, məxsus olduqları hökümətlərinin xarici siyasəti ilə
səsləşən öz siyasət kursunu ortaya qoyaraq amerikan və ingilis həmkarlar
ittifaqları real və ya uydurma kommunist ideologiyası ilə mübarizə aparmaq
məqsədilə dövlətlərin daxili işlərinə qarışırdı. Hətta dövlətlə açıq-aşkar
münasibətlər qurulmasa belə, həmin dövlətlər üçün TMK-lar yenə də faydalılıq
əmsalını itirmir. 1967-ci ildən bu yana Ford Fondu ərəb şeyxləri ilə Birləşmiş
Ştatları birləşdirən xüsusi həlqə rolunu oynayır. Vallierin iddiasına görə, böyük
resursların sahibi, transmilli resurslar sistemində həlledici mövqe tutan və onu
qorumağa çalışan dövlətlər bu sistemdə tam qüvvəsi ilə fəaliyyət göstərən bütün
“fondları” daima mobil vəziyətə gətirə bilər.
Dövlətlərarası siyasətə transmilli münasibətlərin təsir imkanlarının başqa
bir variantı dünya siyasətində inqilabi hərəkatlar, həmkarlar ittifaqları, çox
millətli korporasiyaları misal göstərsək, muxtar və kvazi-muxtar aktorlar şəklində
təmsil olunan TMK-lardan asılıdır. Bu korporasiyaların çoxu böyük resurslara
sahibdir: 1967 ci il statistikasına görə 85 nəhəng TMK-lardan hər birinin illik
62
satışdan götürdüyü gəlir, hər biri BMT-də səs hüququna malik olan 57 üzv
dövlətin ÜMM göstəricilərindən çox idi. Təqribən 20 böyük bankda yerləşən
valyuta resurslarının tənzimlənməsi sahəsində, ən qısa vaxta belə, aparıcı
dövlətlərin milli valyuta orqanlarının gücünü heçə endirə bilər. Beləliklə, bir çox
geniş məsələlər vardır ki, bu məsələlərin həlli anında muxtar təyinatlı TMK-lar
potensial olaraq və tez-tez hökumət siyasətlərinin həyata keçirilməsi prosesində
son maneə rolunu oynayır. Məs., İtaliyada boşanmaların liberallaşdırılması,
İsraildə Yaxın Şərq regionunda sülhün qorunması, B.Britaniyada fransız
iqtisadiyyatının fəallığı.
Hökumətlərlə TMK-lar arasında konflikt həmin təşkilatların arxasında
duran hökumətin yürütdüyü siyasətdən və ya TMK-ların sahibi olan hökumətlərin
xarici siyasətindəki anlaşılmazlıqlar və boşluqlar üzündən yarana bilir, çünki
digər hallarda təşkilatları öz ərazilərində qəbul edən hökumətlər çox vaxt
konfliktə can atmır.
64
Əgər təşkilatı öz ərazisində qəbul edən ölkə hökumətləri konfliktə
girərlərsə, TMK-ların bu konfliktlərdə iştirakı zamanla yumşalmayan
dövlətlərarası siyasətə çox ciddi nəticələr törədə bilər. Öz fəaliyyətləri ilə demək
olar ki mövcud beynəlxalq konflikti gücləndirən bir sıra neft kompaniyalarının
iştirak rolunu qiymətləndirməsək, 1951-53-cü illər ingilis-fars münasibətlərini,
1959-61-ci illərdəki amerikan-kuba münaşiqələrini dərk etmək çətin olar. Digər
hallarda TMK-lar dövlətlər arasında xoş münasibətlərin qurulmasına şərait
yaradırlar: belə ki həmin neft kompaniyaları ABŞ-la ərəb dünyası arasında
əməkdaşlığın qurulmasına yardım etməyə çalışıblar.
Dövlətlərarası konfliktlərə TMK-lararası, TMK-larla dövlətlər arasındakı
mübarizəni, TMK-larla və hərəkatlar arasında təsir dairəsi uğrunda mübarizəni
daha da kəskinləşdirən dövlətlərarası konfliktləri aid edirlər.
Dünya siyasətinin qlobal kontekstdə dəyişilməsinə dair söylənən fikirlər
heç də hökümətlərin bütün siyasi oyunlarda ən vacib faktor kimi iştirakını şübhə
64
Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. Москва:
МГУ им. Ломоносова
63
altına salmır. Bununla yanaşı TMK-lar 1914 və ya 1945-ci ilədək olan vaxtdan
daha çox böyüyüblər və daha böyük söz demək payına sahibdirlər. I dünya
müharibəsindən bəri görünən odur ki, hökumətlər əvvəl etinasiz qəbul etdikləri
bir çox fəaliyyət növlərinin daxil olduğu xarici hadisələr və güclər üzərində öz
nəzarətini nəinki qoruyur, hətta gücləndirməyə çalışırlar. Məsələn, 1914-cü ildə
hökumətlər üçün pul axını indi olduğundan daha az əhəmiyyət kəsb edirdi. Onda
da hökumətlər öz ölkələrində iqtisadi artımı planlaşdırmağa və ya tam
məşğulluğun təminatına can atırdılar.
65
Hökumətlər bu dünyada sosial qüvvələrin geniş miqyaslı fəaliyyəti və
texnologiyanın inkişafı nəticəsində tez bir zamanda dəyişikliklər baş verərdisə,
heç vaxt uzun müddət ərzində onları əhatə edən ətrafdakıları nəzarətdə saxlaya
bilməyib, ya da bunun üçün imkanı və gücü yetərli olmayıb (burada TMK-ların
əks-tədbir çərçivəsində və belə desək, ekspansiyasını milli nəzarət bloklarından
qorumaq üçün atdığı adekvat addımları unutmaq qeyri-ədalətli olardı). Kiçik və
orta dövlətlər, hətta nəhəngləri belə qüvvələr balansı sistemində xarici dünyaya
nəzarətin aşağı səviyyəsi ilə barışmalıdır: tarixin gedişatına təsir edən qüvvələri
(məs., TMK-ları) dəyişməkdənsə, özləri dəyişikliləri daha həvəslə və daha tez
qəbul etməlidir ki, sonrakı mərhələlərdə uyğun bərabərsizliyi uğurla dəf edə
bilsin. Hökumətlər bu dəyişiklikləri şöhrətpərəstliklə nə qədər çox sıx
bağlayarlarsa, müvafiq olaraq belə görünməyə çalışarlarsa, TMK-ların təsiri
“nəzarət sahəsində boşluq”, daha doğrusu, nəzarət etməyə cəhdlə nəzarəti həyata
keçirmə xüsusiyyəti arasında uçurum yarada bilər. Eyni zamanda TMK-lar
dövlətlər arası nəzarət imkanlarını yenidən bölüşdürə bilər, burada udan tərəf
transmilli şəbəkənin periferiyasında ilişib qalanlara dəyən zərər hesabına bu
şəbəkəyə daha çox cəlb olunanlar olacaq. Ona görə də “nəzarətin itirilməsi”
termini daxilində cavab axtarmaqdansa, tədqiqat üçün nəzarətə aid mövzular üzrə
məsələlərin qaldırılması daha məqsədəuyğundur.
65
Государство и транснациональные компании // Проблемы теории и практики управления/ Шиман М.:
М, 1999.
64
Tamamilə aydındır ki, hökumətlərin şöhrətpərəst ambisiyalarının digər
xüsusiyyətlərini üstələməsi onları transmilli təsirlərə və TMK-lara uyğunlaşmağa
məcbur edir. Əgər dövlətlər və onun səlahiyyətli hökuməti öz sərəncam vermə
imkanlarını daha da artırmağa çalışırsa, onda dövlətlərarası siyasətlə yaxından
maraqlanmalı, bu siyasətə nəzarəti şəxsən həyata keçirməli və transmilli
münasibətlərə cəlb olunmalıdır. Ancaq onlar tam nəzarətə “pul ödəmək”
istəmirlər və buna görə də TMK-ların nisbi muxtariyyəti ilə barışmalı olurlar.
Analitiklər onların davranışlarını müəyyən etmək üçün əvvəlcə TMK-lar
haqqında detallı bilgilərə sahib olmalıdır.
Nəzəriyyəçilər mərkəzi-dövlət paradiqmasını irəli sürərkən, transmilli təsir
və bu təsiri ardıcıl qurulmuş əlaqələr şəbəkəsi şəklində özündən keçirərək
dünyaya “sırıyan”, əks etdirən TMK-lar barədə unutmayıblar, əlbəttə ki, çox
gözəl anlayırlar ki, dünya arenasında dövlətlərlə yanaşı digər aktorlar fəaliyyət
göstərir. Yenə də transmilli münasibətləri dövlətlər arası siyasi sistemdən çıxarıb
atırlar, belə əsaslandırırlar ki, onların birbaşa siyasi təsir dairəsi böyük deyil,
bilvasitə təsiri isə milli xarici siyasət məsələlərinə, daxili faktorlara ayırd edirlər.
Bu son baxış müstəsna olaraq dövlətlərin davranış terminlərindəki siyasətin
izahına qismən də olsa əsaslanır. Dövlətlər yalnız dövlətlərin daxil olduğu
beynəlxalq təşkilatlar yolu ilə, ya da ki birbaşa fəaliyyət göstərən vacib aktorlar
olaraq qalmaqdadır. Dövlətlər monopol və milli eqoistik zəmində təşkil olunmuş
gücdür ki, yekun silah və potensial razılaşmaların resurs mənbəyi sayılır. TMK-
ların və transmilli təsirin dövlətlərarası siyasətin sırasından istisna etmək düzgün
yanaşmadırmı və mərkəzi-dövlət paradiqması bütün həlli gözlənən tələblərə
cavab verirmi? Məsələnin belə qoyuluşunda şübhəli məqam ondan ibarətdir ki,
dövlətlər həmin beynəlxalq siyasi arenaya çox vaxt daxili simasını gizlətmək
üçün TMK-ların tövsiyyə etdiyi “bürüncəklərdə” çıxır.
66
Əgər biz bu teoremin
institusional izahından çıxış etsək, bu yeni varlığın daha geniş izah olunmasına
ehtiyac aydın hiss edilir. Klassik model isə adətən dünya siyasətini fəaliyyət və
66
Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. Москва:
МГУ им. Ломоносова
65
dövlətlərin təsiri kimi müəyyənləşdiriblər. Dövlətlərin daxili siyasətini araşdıran
tədqiqatçı-alimlər dövlətin müstəsna rolundan əl çəkib, cəmiyyət tərəfindən
mütləq qərar qəbul etmə prosesinə diqqəti cəmləyiblər. Bu kontekstdə TMK-lara
uyğun izah tapmağa çalışsaq, gərək əvvəlcə cəmiyyətin ümumi razılığını ifadə
edən qərarların beynəlxalq transmilli müstəvidə yerini müəyyənləşdirməliyik. Bu
gün müasir TMK-lar tərəfindən ambivalent-ikili standart tövsiyyə olunur, sonrakı
inkişaf mərhələlərində tövsiyyəni tamamlayan fəaliyyət növləri bütün aspektləri
ilə yalnız bir fiqur marağından çıxış edir. Bir tərəfdən TMK-lar dünya iqtisadi və
siyasi məkanının liberallaşdırma və demokratikləşmə ilə yüklənməsində
maraqlıdır, digər tərəfdən isə qlobal miqyasda fəaliyyət göstərən azad bazar
qanunları TMK-ların daxilində işləmir. Bu ziddiyyətin hərəkətverici qüvvəsi bir
tərəfdən beynəlmiləlləşmə və liberallaşma, digər tərəfdən isə yeni siyasi və
iqtisadi qanun müəyyən etmə niyyəti güdən qloballaşma prosesi üçün də
xarakterikdir.
Dünya siyasətini beynəlxalq sistemin vacib aktorları arasında siyasi
əlaqələrin bütün növləri kimi izah edirik, burada vacib aktor dövlət
sərhədlərindən kənarda digər aktorlarla siyasi münasibətlərə girən, dünyanın
əhəmiyyətli resurslarına nəzarəti əlində saxlayan,muxtar individ və təşkilatlar
nəzərdə tutulur. Belə aktorlar vacib deyil ki, dövlət və ya TMK-lar olsun. TMK-
lar digər vacib aktorların davranış istiqamətlərini dəyişmək məqsədilə iqtisadi
boykot, təyyarələrin zəbt olunması və kilsədən qovulmadan istifadə edən zaman,
onda onun fəaliyyəti siyasi müstəviyə keçir. Məsələn, transmilli neft
kompaniyaları istehsalçı ölkələrdə elə iş aparırlar ki, stabilliyi qoruya bilsinlər,
yuxarıdakı prizmalardan çıxış etsək, onlar siyasi aktorlar sayılır.
67
Əgər TMK-ların yeritdiyi planlı siyasətin təsiri zəif, müxtəlif səpgili
olsaydı, onu heç bir xüsusi qənaətə gəlmədən, çətin mənalandırılan və
sadələşdirilmiş sxemlər şəklində rədd edilən, heç kimin qəbul etmədiyi dünyaya
aid etmək olardı. Lakin transmilli münasibətlər daha vacibdir. Əgər hətta biz bir
67
Государство и транснациональные компании // Проблемы теории и практики управления/ Шиман М.:
М, 1999.
66
sıra hökumətlərin siyasət və imkanları barədə qabaqcadan xəbər tutsaydıq da belə,
bu yenə də bizə TMK-ların cəlb olunduğu sistemin gələcək xarakteri və
nəticələrini dəqiq söyləməyə imkan verə bilməzdi. Ayrı-ayrı dövlətlər bəzi
mənada transmilli güclərlə toqquşma zamanı “udurlar”, ancaq onların vəziyyəti
həmin bu korporasiyaların qərar və hərəkətinə bağlı olduğundan, bu da onların tez
bir vaxtda siyasətlərinin dəyişməsinə səbəb olur ki, daha sonra baha başa gələn
konfrontasiyadan qaçmaq mümkün olsun. Beləliklə də, belə qənaətə gəlmək olar
ki, mərkəzi-dövlət paradiqması nəinki müasirliyin tələblərinə cavab vermir, eləcə
də transmilli münasibətlərdə öz əksini tapan tələblərə çox zəif şəkildə cavab verir.
Dostları ilə paylaş: |