79
2. İdarəetmənin zəif və güclü olduğu sahələrin analizi üçün daxili
mənbələrin analizi;
3. Xarici və daxili mühitin analizlərinin uyğunlaşdırılması vasitəsilə
məqsədlərin formalaşdırılması.
Gələcəkdə ortaya çıxacaq şərtlərə uyğun idarəçilik strategiyasının üzərində
duran Peter F.Drucker “Gələcək üçün İdarəçilik düşüncəsi və TMK-lar”
startegiyasını irəli sürmüşdür. Druckerin TMK-larla bağlı praqnozları bunlardır:
92
Dövlət və hökumətlər uğur mərkəzi olmaqdan çıxacaqlar.
İqtisadiyyat beynəlxalq mövqe qazanacaq; bazarlar qloballaşdığı bir
vaxtda TMK-lar birləşəcək və bütün dünyaya yayılmağa çalışacaq.
Beynəlxalq ticarət əvəzinə dünya investisiya yatırımları amili önə
çıxacaq, ixracata əsaslanan strategiyalar əvəzinə uyğun ölkələrə
sərmayə ayırmaq ön plana keçəcək.
Sənaye sektorundan daha çox xidmət sektorundakı TMK-lar
qloballaşacaq.
Ucuz işçi qüvvəsi istifadə etmək və xammal qaynaqlarına sahib
olmaq rəqabətdəki üstünlük səbəbi olmaqdan çıxacaqlar.
Pulun və elmin vətəni qalmayacaq; elm və maliyyə mərkəzi olan
ölkələr və təşkilatlar bu xüsusiyyətləri ilə üstünlük qazanacaq.
Üstünlük öyrənən cəmiyyətlərin və öyrənən təşkilatların olacaq.
İqtisadi tənəzzüldən qurtulmağın yolu elm və xidmət sahələrinin
məhsuldarlığının artırılması olacaq.
Mənfəət məqsədi olmayan TMk-lar yeni cəmiyyətdə daha təsirli rol
oynayacaq.
Dostları ilə paylaş: