MüNDƏRİcat giriş


Tək mərkəzli (Etnosentrik) şirkətlər



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
fsan-

1.Tək mərkəzli (Etnosentrik) şirkətlər 
2.Çox mərkəzli (Polisentrik) şirkətlər 
3.Dünya mərkəzli (Geosentrik) şirkətlər 
 TMK-ların  iqtisadi-təşkilati  formaları  və  modelləri  də  tarixin  gedişatı  və 
ya  bu  və  ya  digər  ölkənin  iqtisadi  quruluşu  ilə  bağlı  müxtəlif  olur.  Bu  modellər 
zaman  zaman  bir-birini  əvəz  etmiş  və  ya  eyni  zamanda  müxtəlif  ölkələrin 
ərazisində mövcud olmuşlar.  
TMK-ların iki fəaliyyət modeli var:
45
 

 
Ənənəvi  davranış  modeli.  Yaranma  ölkəsində  məhsulların 
hazırlanması sonradan xaricə eksportunu nəzərdə tutur. Bu model çox baha 
başa gəlir və qeyri rasionaldır. 

 
Müasir  davranış  modeli.  İstehsalın  daha  ucuz  başa  gələcəyi 
ölkələrdə qurulması.  
 
Avropa  TMK-ları  Avropa  İttifaqının  mövcudluğu  ilə  yaranan  faydalardan 
yararlanaraq  öz  tədqiqat  laboratoriyalarını  Aİ-nin  yüksək  ixtisaslı  kadrların 
cəmləşdiyi ölkəsində yerləşdirməyə üstünlük verirlər. Məsələn, ASEA (İsveç) ilə 
Вrоwn-Воverinin  (İsveçrə)  birləşməsi  nəticəsində  meydana  gəlmiş  ABB  şirkəti 
energetika  üzrə  yeni  tədqiqat  mərkəzini  nə  İsveçdə,  nə  də  İsveçrədə  deyil, 
müvafiq  yüksək  ixtisaslı  mütəxəssislərin  çox  olduğu  Almaniyada  yaratmışdır. 
                                                           
45
 Dunning, J. H.; Multinational Enterprises and the Global Economy, Addison-Wesley, Wokingham 1993 


52 
 
Yaponiya  TMK-ları  adətən  daha  qapalı  və  mühafizəkar  olur  ki,  bu  da  ölkənin 
xarici  iqtisadi  strategiyasına  uyğundur.  Onlar  praktiki  olaraq,  bütün  tədqiqat 
fəaliyyətlərini  Yaponiyanın  ərazisində  yerləşən  mərkəzlərdə  cəmləşdirməyə 
üstünlük  verir,  xarici  laboratoriyaları  isə  yeniliklərin  kommersiyalaşdırılmasının 
son  mərhələlərində,  hazır  məhsulun  və  ya  texnologiyaların  yerli  standartlara 
uyğunlaşdırılması,  yerli  bazarın  xüsusiyyətlərini  nəzərə  almaqla  yenidən 
işlənməsi  prosesinə  cəlb  edirlər.  Tədqiqat  bölmələrinin  yerləşdirilməsində 
Amerika  korporasiyalarının  istifadə  etdikləri  yanaşma  daha  praqmatikdir. 
Tədqiqat  mərkəzi  ana  şirkət  üçün  iqtisadi  cəhətdən  daha  əlverişli  olan  yerdə 
yerləşdirilir.  ABŞ-da  hazırda  innovasiya  fəaliyyəti  üçün  daha  əlverişli  şərait 
vardır:  liberal  qanunvericilik,  innovasiya  tədqiqatlarına  güzəştli  vergitutma, 
vençur  kapitalının  nəhəng  həcmləri,  yeniliklərin  kommersiyalaşdırılmasının 
formalaşmış mexanizmləri, bütün dünyadan cəlb edilmiş yüksək ixtisaslı kadrlar 
və  s.  Lakin  bir  çox  Amerika  TMK-ları  öz  tədqiqat  bölmələrini  Avropada  və 
Asiyanın  ayrı-ayrı  ölkələrində  yaradarkən  kənar  müşahidəçiyə  heç  də  aydın 
olmayan motivlərə əsaslanırlar.
46
 
Beynəlxalq  sistemdə  200-dən  az  dövlət  olduğu  halda,  təxminən  60.000 
Shell, Barclays Bank, Coca Cola, Ford, Microsoft, ya da Nestle kimi TMK vardır 
ve bunların da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 500.000-dən çox 
şirkətləri vardır.
47
 
Müasir  şəraiti  nəzərə  alsaq,  qəbul  edən  ölkələr,  bir  qayda  olaraq  həm 
inkişaf edən, həm də inkişafda olan ölkələ

öz  ərazilərində  TMK-ların  fəaliyyət 
göstərmələrinə  şərat  yaradır.  Bundan  əlavə,  dünyada  birbaşa  xarici 
investisiyaların  cəlb  olunması  uğrunda  rəqabət  mövcuddur,  bunun  gedişində 
TMK-lar vergi endirimləri və digər bu kimi imtiyazlar əldə edir. 
Ölkənin  seçilməsi  zamanı  TMK-lar  investisiya  yatırmanın  şərtlərini 
aşağıdakı əsas kriteriyalara görə müəyyənləşdirir: həcmi nöqteyi-nəzərindən yerli 
                                                           
46
 
Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. 
Москва: МГУ им. Ломоносова 
47
 Wittel 2001 


53 
 
bazarın  qiymətəndirilməsi,  resursların  mövcudluğu,  ölkənin  hansı  regionda 
yerləşməsi  ilə  bağlı  məsələlər,  ölkədə  siyasi  stabillik,  xarici  investisiyaların 
hüquqi  şərtliliyi,  vergi  sistemi,  ticarət  siyasəti  xarakteri,  infrastrukturun  inkişaf 
səviyyəsi, intellektual mülkiyyətin qoruması, iqtisadiyyatın dövlət tənzimlənməsi, 
işçi  qüvvəsinin  ucuzluğu  və  onun  ixtisaslaşma  səviyyəsi,  milli  valyutanın 
stabilliyi, gəlirlərin repatriasiya imkanları. 
TMK-ların  fəaliyyətinin  nəticələri  haqqında  ən  geniş  yayılmış  səhv  fikir 
bundan  ibarətdir  ki,  beynəlxalq  əməliyyatların  nəticəsi  olaraq  mütləq  bir  tərəf 
udur,  digərisi  isə  əksinə  uduzur,  real  situasiyalarda  bu  halları  isitisna  etmək 
olmaz. Ancaq ki digər real olan fakt bundan ibarətdir ki, hər iki tərəf qazana bilər 
( və ya əksinə ). 
TMK-ların  inkişaf  qanunauyğunluqları  milli  firmaların  əsas  kütləsinin 
inkişafı şərtlərindən kəskin şəkildə fərqlənir. 
Onların  inkişafının  əsas  tendensiyaları  arasından  aşağıdakıları  ayırmaq 
olar: 

 TMK-ların  ticarət  dövriyəsinin  böhran  dövrlərində  belə  kiçik  ölçüdə 
azalması  (və  ya  bunun  heç  baş  verməməsi)  ,  onların  sənayenin  ayrı-  ayrı 
sahələrində davam edən uzun müddətli depressiv hadisələrdən qeyri-asılılığı; 

 TMK-ların milli iqtisadiyyatlardan asılı olmayaraq inkişaf etmək imkanları 
mövcuddur; 

 TMK-lar  ölkə  daxilində  vəziyyətin  sabitləşdirilməsi  cəhdlərindən  qazancı 
sıfıra yaxındır; 

 Beləliklə  də,  beynəlxalq  xarakterli  kompaniyalar  çox  hallarda  ayrıca 
götürülmüş  ölkələrdə  vəziyyətin  inkişaf  xarakterindən  demək  olar  ki  asılı 
olmurlar, TMK –ların nailiyyətləri göründüyu kimi milli iqtisadiyyatlara çox cüzi 
şəkildə təsir edir. Daha doğrusu, hipotetik “TMK iqtisadiyyatı”nın tipik məzmunu 
nəhəng  kompaniyaların  uğurları  ilə  bütövlükdə  ölkə  təsərrüfatının  ciddi 
çətinlikləri  arasındakı  ziddiyyətlərdə  ifadə  olunub.  Bu  ziddiyyətlərə  aiddir- 
istehsalın qeyri-sabit inkişafı, inflyasiya , investisiyanın qeyri-kafi həcmi, işsizlik; 


54 
 

 Beynəlxalq istehsalatın inkişafı nəinki birbaşa xarici investisiyalar, eləcə də 
beynəlxalq əməkdaşlığın digər formaları ilə bağlıdır; 

 
Lisenziya  razılıqları  TMK-lara  xarici  kompaniyaların  işində  iştirak  etmək 
və patentlərdən gəlir götürmək imkanı verir; 

 
İdarəçilik barədə razılıqlara müvafiq olaraq TMK-lar əmək haqqı və kapital 
payı müqabilində xarici kompaniyalarda idarəçiliklə və texniki xidmətlə məşğul 
olurlar. 
Transmilli korporasiyaların beynəlxalq fəaliyyətinin məzmununda mühüm 
dəyişikliklər  hər  şeydən  əvvəl  onda  özünü  biruzə  verir  ki,  ticarətin  ənənəvi 
növlərilə yanaşı istehsal  əməkdaşlığı, elmi-texniki biliklərlə və təcrübə ilə, digər 
xidmətlərlə mübadilə kimi, yeni mübadilə formaları daha böyük  əhəmiyyət kəsb 
edir.1990-1998-ci  illərdə  dünyanın  ən  böyük  100  transmilli  şirkətinin  90-ının 
mərkəzi  Avropa  İttifaqı,  Yaponiya  və  ABŞ-da    yerləşdiyi  halda 
48
 ,  2002-ci  ildə 
bu rəqəm 85-ə enmişdir
49

Bu gün TMK-lar çox inkişaf etmişlər və bir çox cəhətdən dünya bazarının 
strukturunu  və  məhsulların  rəqabət  qabiliyyətliliyini,  beynəlxalq  kapitalın 
hərəkətini və texnologiyanın ötürülməsini təmin edə bilirlər. Yüksək idarəetmə və 
təşkilati  struktura  malik  olan  TMK-ın  baş  qərargahlarının  beşdə  dördü  ABŞ-da, 
Yaponiyada, Böyük Britaniyada, Almaniyada və Fransada yerləşmişdir. Bütün iri 
TMK-nın 30%-ə qədəri ABŞ-ın payına düşür.
50
 
BMT-nin  hesablamalarına  görə  dünyanın  fərqli  bölgələrində  79  min 
transmilli  korporasiya
51
 fəaliyyət  göstərir.  Bu  79  min  transmilli  korporasiyanın 
ümumilikdə  900  min  xarici  filialları  mövcuddur  və  bu  transmilli  korporasiyalar 
                                                           
48
 
UNCTAD (2002) Word Investment Report 2002: Transnational Corporations and Export 
Competitiveness, New York: United Nations, səh. 72-74 
  
49
 
UNCTAD (2004) Word Investment Report 2004: The Shift Towards Services, New York: United 
Nations, səh.276-278 
 
50
 
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 
2003,
 
51
 UNCTAD tərəfindən hər il dərc edilən “Dünya Sərmayə Hesabatı”na görə xarici ölkələrdə sahib 
olduğu filialları kontrol edən bütün şirkətlər TMK olaraq bu siyahıya daxil edilir. 


55 
 
75  milyona  yaxın  insanı  işlə  təmin  etmişir.
52
 Transmilli  korporasiyaların 
filiallarının  və  ana  kampaniyalarının  ölkələr  üzrə  yerləşməsinə  diqqət  yetirsək, 
görə  bilərik  ki,  ana  kampaniyaların  əksəriyyəti,  yəni  80%  sənayecə  İEÖ-də 
yerləşmişdir.  Yalnız  19,5%  ana  kampaniyanın  yerləşdiyi  ərazi  İEOÖ-dir.  0,5% 
ana kampaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kampaniyaların (yəni 
xarici  filialların)  33%-ü  İEÖ-də  yerləşmişdir.  50%  qız  kampaniya  iqtisadi 
cəhətdən  az  inkişaf  etmiş  ölkələrin  (yəni  İEOÖ-in)  payına  düşmüşdür.  Yerdə 
qalan  17%  qız  kampaniya  isə  post-sovet  məkanında  yerləşmişdir.  XIX  əsrin 
sonundan  başlayaraq  transmilli korporasiyalar  üçün  uzun  sürən  iqtisadi  təkamül 
dövrünü  yaşamışdırlar.  XX  əsrin  ikinci  yarısının  əsas  iqtisadi  elementi  olan 
transmilli korporasiyaların xüsusi biznes struktur olduğunu dərk etmiş oluruq. 
TMK-ların  dünya  iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti  kimi  bir  sıra 
üstünlükləri  var:  TMK  istehsalın  beynəlmiləllik  səviyyəsini  artırır,  beynəlxalq 
əmək  bölgüsünü  sürətləndirir,  dünya  təsərrüfat  sistemini  rəngarəngləşdirir  və 
dünya  iqtisadiyyatının  dünyəvilik  səviyyəsinin  artırır.  TMK-ın  kapitalları  öz 
ölkələrində  baş  verən  proseslərdən  nibətən  uzaqdırlar,  yəni  daha  çox  sərbəst 
hərəkət edə bilərlər. Ümumilikdə götürdükdə TMK dünya miqyaslı münasibətləri 
daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən istehsal 
sahələrinə və regionlara tərəf meylləndirmək bacarığına malikdirlər.
53
 
TMK-ların  ev  sahibi  ölkə  üçün  ən  böyük  faydası    həmin  ölkənin  ixracat 
rəqabət gücünü artırmasıdır.
54
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin