2.3 Qloballaşma dövründə TMK-ların rolu
Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya
iqtisadi bazarının formalaşması, kütləvi miqrasiyalar, beynəlxalq əlaqələrin və
mübadilənin intensivləşməsi ölkələrin və millətlərin bir-birlərindən təcrid
olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə
artır, beynəlxalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qarşılıqlı
mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi
sürətlənir, dünya bütöv, vahid bir tam halını almağa başlayır. Texnoloji inkişaf
nəticəsində müasir dövrdə dünya “qlobal kənd”, cəmiyyət “elm cəmiyyəti” və
insanın əldə edə bildiyi vaxt isə “tarixin sonu” olaraq adlandırılmışdır və nəticədə
qloballaşma insanın idarəsi xaricində inkişaf edən tarixi bir dövrdür.
68
Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı
mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya
üzərində dominantlığı kimi qiymətləndirirlər. Bu dominantlıq varlı və kasıb
ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsi anlamına gəlir.
Burada problem yalnız kəskin bərabərsizliyin davam etməsi deyil, həm də
dünyanın ''Koka-Kolonizasiyası''dır. Belə ki, Üçüncü Dünyanın əhalisi qlobal
iqtisadiyyata standartlaşmış məhsulların passiv istehlakçıları kimi qoşulurlar.
68
Camilleri, Jozeps A. Ed.(2002), Democratizing Global Governance, Gordonsville,USA:
Palgrave Macmillian
67
Başqa sözlə iqtisadi qloballaşma mədəni imperializmin əsaslarına söykənir.
Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətləndirirlər. Onların
bir çoxu qloballaşmanı özü ilə bütün dünya əhalisinə beynəlxalq əmək
bölgüsünün və bazar iqtisadiyyatının bəhrələrindən yararlanmaq imkanı gətirən
kapitalizmin dünyanın hər bir küncünə və köşəsinə nüfuz etməsi kimi
qiymətləndirirlər. Qloballaşma sərhədlər üzərindən iqtisadi, siyasi, sosial və
mədəni əlaqələrin intensivləşməsidir.
İmmanuel Vollerşteynə görə isə qloballaşma qlobal əmək bölgüsü ilə bir-
birinə bağlanmış kapitalist dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dünya
sistemi kapital toplamaq məntiqindən irəli gəlir.
69
Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi
çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının
əsas məqsədi kapital toplamaqdır. Lakin müəyyən olunmuş sərhədlər daxilində
daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist
münasibətlərinin iştirakçıları fəaliyyətlərinin ərazi sferasını genişləndirərək yeni
qazanc mənbələri axtarmaq məcburiyyətindədirlər. Məqsədi bütün dünyanı
''kapitalizm bayrağı'' altında birləşdirmək olan bu proses qloballaşma adını
almışdır.
M.Albrou qloballaşmanı dünya xalqlarının vahid dünya cəmiyyətində
birləşdirən bütün proseslər, bəşəriyyətin ilk dəfə kollektiv aktor olacağı bir
cəmiyyət kimi xarakterizə edir. Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real
dünyanı – 5 milyardlıq əhalini əndişə obyekti kimi, bütün yaşayanları dünya
vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla –
qlobal problemlərin kollektiv həll edilməsi marağı ilə.
70
Robertson isə
qloballaşmanı həm dünyanın sıxılması həm də dünyanın vahid tam şəklində
dərkinin güclənməsi ilə əlaqələndirir. ''Məsafənin tiraniyasına'' teleqraf, telefon,
radio və televiziya ilə başlayan, kompüter, peyk ötürücüləri, faks və İnternetlə
69
“Dynamics of Global Crisis“ Immanuel Wallerstein with Samir Amin, Giovanni Arrighi and Andre Gunder
Frank,1982, London
70
Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990
68
davam edən kommunikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə
birlikdə bunlar dünyanın sıxılmasına səbəb olub. Belə ki, informasiya bir anda
ötürülə bilər və insanlar dünyanın bir ucundan digər ucuna 24 saatdan çox
olmayan bir müddətdə çata bilərlər. Bu effekt coğrafiyaçı Devid Harvey
tərəfindən ''zaman və məkan sıxlığı'' adlandırılmışdır.
71
R.Robertsonun yanaşmasına qarşılıqlı asılı vahid dünyanın yaranmasında
çox böyük rolu olan iqtisadi institutlar və kommunikasiya texnologiyaları da
aiddir. Bu yanaşma bəşəriyyətin kollektiv aktor olması və ümumi problemlərə
kollektiv həll yolları axtarması ilə məhdullaşmır. Robertson da Olbrou kimi
diqqəti siyasi və mədəni ideyalar (insan hüquqları, qlobal ətraf mühit üçün mə-
suliyyət, kosmopolitalizm) yönəltməyə çalışır. Qloballaşma yalnız siyasi
iqtisadiyyatın və ya beynəlxalq münasibətlərin subyektini təşkil edən böyük
transmilli strukturları deyil, həm də bizim dünyadakı fəaliyyətimizi, qavrayışı-
mızı, təcrübəmizi əhatə edir. Robertson qloballaşmanın millət daxilində baş verən
kiçik miqyaslı hadisələrdən fərqli və onlara antoqonist böyük miqyaslı, dünya
mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlobal'' və ''lokal'' bir-
biri ilə konfliktdə deyillər. Onlar bir-birilərini itələyəcək nöqtəyə qədər qarşılıqlı
təsir göstərirlər.
72
Bu arqument ''qlokalizasiya'' və ya ''lokal qloballaşma'' anlayışlarını
meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biznes dairələrində qlobal
şirkətlərin istehsalçıların fərqli tələblərini qarşılamaq üçün xüsusi yerli şəraitlərə
uyğun məhsulların hazırlanması prosesinə deyilirdi. Robertson daha irəliyə
gedərək qlokalizasiyanı və ya qloballa lokalın qarşılıqlı nüfuzunu qlobal
cəmiyyətin təyinedici bir cəhəti kimi səciyyələndirmişdir. R.Robertsonun
fikrincə, qloballaşma və qlobal ''sahə'' arasında fərq qoyulmalıdır. Qlobal sahə
müxtəlif növ qarşılqlı təsirlərin və dəyişikliklərin baş verdiyi yeganə sosial
dünyadır. Qloballaşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir,
lakin o, qlobal sahənin yeganə komponenti deyildir. Digər komponentlərə isə
71
“Spaces of Global Capitalism: Towards a Theory of Uneven Geographical Development” David Harvey 2006
72
Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992
69
millətlər, başqa cəmiyyətlər, həmçinin fərdlər daxildir. R.Robertsona görə,
qloballaşma yalnız strukturlar, institutlar və şəbəkələrlə bağlı deyil, həmçinin
bizim sosial həyat və oradakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O,
qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə gedib
çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncələrdə əks olunmuşdur.
73
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət
uğrunda kəskin rəqabət, mübarizə təşkil edir. Onun əsas aktorları transmilli
şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının
iqtisadi və maliyyə maraqlarının milli sərhədləri aşmağa başladığı dövrdən
formalaşmağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli
şirkətlərin qlobal şirkətlərə çevrilməsi prosesi başlandı. Buna xeyli dərəcədə
planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi məkanda birləşdirən
elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi.
İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər.
Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət
aparmaq imkanına malikdirlər. Kapital investisiyası və yeni texnologiyalar
üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi
fəaliyyət rıçaqları verir. Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri
gəlirin yarısı onların yerləşdiyi ölkəyə gətirilir. Transmilli şirkətlərin çoxunun
məhz ABŞ ərazisində cəmlənməsi müasir dünyada ABŞ-ın mütləq ticarət
üstünlüyünün əsas səbəblərindən biridir.
Firmalar xaricə çıxmazdan qabaq beynəlxalq mühiti yaxşı analiz etməli və
qloballaşma dövründə “addımlarını sağlam atmalıdır”. Əks vəziyyət şirkətlərə
faydadan çox zərər gətirə bilər.
74
Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə
transmilli iqtisadiyyat anlayışları arasında fərq qoyulmalıdır. Beynəlxalq
iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi aktorlar tərəfindən
həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mübadilədir. Sadə dillə
73
Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992.
74
Kotler, Philip - Armstrong, Gary; Principles of Marketing, Prentice Hall Inc. (2nd ed.), New York 1996, s. 263.
70
desək, bir ölkədə istehsal olunan məhsulların, xidmətlərin və xammalın başqa bir
ölkədə satılmasıdır. Milli iqtisadiyyatlar arasında dünya ticarətinin ekspansiyası
bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.
75
Bir çox TMK-lar məsələn, Ford, İBM, General Motors öz multimilli
fəaliyyətlərinə 1900-1930-cu illərdə başlayıblar. Multimilli müəssisələrin sayı
əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin
fəaliyyəti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sektorunu
da əhatə edir. Bunlara banklar, sığorta kampaniyaları, mühasibat, reklam və
məsləhət sahələri, hotel sənayesi daxildir. Biznesin qloballaşması əsərində
Danninq multimilli müəssisələrin fəaliyyətinin 4 əsas səbəbini müəyyən edir:
bazar axtarışı, resurs axtarışı, səmərəlilik axtarışı və strateji əmlak axtarışı.
Multimilli müəssisələrin fəaliyyətinin texnoloji dəyişiklikyə nisbəti çox mühüm
məsələlərdən biridir. Bir tərəfdən telekommunikasiya və informasiya
texnologiyasındakı dəyişikliklər multimilli müəssisələrin fəaliyyət xərclərini
azaldır, digər tərəfdən dünya miqyaslı əsas korporasiyaların arasındakı qlobal
rəqabət bazarında rəqabətqabiliyətli iştirakçı qala bilmək uğrunda mübarizəni
intensivləşdirir.
76
Qloballaşma dövründə TMK-lar rəqabət güclərini artırmaq məqsədilə rəsmi
və ya qeyri-rəsmi şəkildə birləşməyə məcbur olurlar. Birlşəmələr və “şirkət
evlilikləri” ilə bağlı aşağıdakı meyllər vardır:
77
o
Şirkət birləşmələri və “evliliklər” adətən böyük firmalar arasında baş
verir.
o
Dünyada ən böyük 100 iqtisadi sahəsinin yarısından çoxunu
birləşmələr və “şirket evlilikleri” müəyyən edir.
o
Birləşmələr və “şirkət evliliklər”indən təşkil olunan ən böyük 500
şirkətin gəlirləri ABŞ-ın daxili hasilatının 60%-ni təşkil edir.
o TMK-lar ilə yaranan “şirkət evlilikləri” dünya ticarətinin təxminən
75
Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998.
76
Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993.
77
Akman, Vedat; Gelecek Yüzyılın Gündemi: Yeni Oyunun Yeni Kuralları, Globalleşlen Sermayenin 21. Yüzyıl
Planı, Rota Yayınları İstanbul 1999, s. 119-123.
71
70%-ni təşkil edir.
o Birləşmələr və “şirkət evliliklər”inin yarısından çoxu ana ölkələri
Fransa, Almaniya, İrlandiya,Yaponiya və ABŞ olan şirkətlər
arasında baş vermişdir.
o
Birləşmələr və “şirkət evliliklər”inin 90%-i sənayeləşmiş şimal
ölkələrində olmuşdur.
o
Bu şirkətlər dünyanın qaz, kömür, su-elektrik sahələrində vacib paya
sahibdirlər.
Holtonun fikrincə, TMK-ların fəaliyyəti nəticəsində inkişaf edən iqtisadi
qloballaşma nə məhvedici bir qüvvədir, nə də ki, o, dünyanın
McDonaldlaşdırılmasından xəbər verir. Multimilli müəssisələrin gücünü nə
şişirtmək, nə də ki, qiymətləndirməmək düzgün olmazdı. Qlobal iqtisadiyyatda
onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, onlara yalnız sərvət toplayan bir
qüvvə kimi baxmaq düzgün deyil. Çünki bu multimilli müəssisələrin tədqiqat və
inkişaf da daxil olmaqla bir sıra fəaliyyətlərdə rolunu danmaq anlamına gəlib
çıxardı. Beləliklə, multimilli müəssisələr iqtisadi güc olmaqla bərabər, həm də
çox mühüm siyasi və mədəni qüvvədirlər.
78
Sosial ədalət prizmasından yanaşdıqda əsas problem kimi Şimal və Cənub
yarımkürələri arasında artan bərabərsizlik götürülür. Bu, 1980-ci ildə Beynəlxalq
İnkişaf Məsələləri üzrə Müstəqil Komissiya tərəfindən hazırlanmış Brandt
Hesabatı, Şimal-Cənub: Yaşama Proqramının dərcindən sonra daha da ciddi
xarakter aldı. Burada ''Şimal'' ABŞ, Avropa, Yaponiya və ekvatordan cənubda
yerləşən Avstraliya və Yeni Zellandiya daxil olmaqla inkişaf etmiş dünyanı
simvolizə edir. ''Cənub'' isə Çin də daxil olmaqla yoxsulluq, aclıq və zəif inkişafı
simvolizə edir. Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payına isə
əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə
biri isə Cənubun payına düşür.
79
Samuel Hantinqtonun fikrincə isə dünya, onu
iqtisadi planda Şimal və Cənuba, mədəni planda isə Şərq və Qərb ayıra bilmək
78
Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998
79
http://newint.org/features/1981/10/01/keynote/
72
üçün çox mürəkkəbdir.
80
Burada alim C.Kaporozanın fikrini qeyd etmək yerinə düşərdi:
’’Qərbin demokratik dövlətləri bütün dünyada demokratiyanın görünən və
gursəsli tərəfdarlarıdır. Eyni zamanda vaxtaşırı beynəlxalq hüquqa zidd
fəaliyyətlər göstərirlər. Bir sıra hallarda onlar üçüncü dünyada qanuni
hakimiyyətləri devirib, onları marionet rejimlərlə əvəz ediblər… ABŞ və İsrail
kimi daxilən tamamilə demokratik dövlətlər daha az demokratik olan Vyetnam,
Qrenada, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’.
81
Milli və transmilli maraqlar arasında əlaqələrə danışıqlar və ümumi
maraqlar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa, onlar arasında konflikt də
ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Beləliklə, bir sıra xarici maraqlar
dövlət dəstəyindən asılıdır, həmçinin dövlət institutları da müxtəlif kənar
vasitələrdən asılıdırlar.
Qloballaşma və TMK-lar kombinasiyasındakı ölkələrin bu kombinasiyanın
vahid ölçüləri kimi, xüsusən də Azərbaycanın qazandığı payı üstün tutub, TMK-
ların müasir beynəlxalq münasibətlərin vacib aktoru kimi oynadığı rolunu təhlil
etməyə çalışmışam, əlbəttə ki bu təhlil zamanı mütəxəssislərin verdiyi inkişaf
proqnozlarını da nəzərə almışam. Qloballaşma və Transmilliləşmə bir növ TMK-
lar üçün “springboard” rolunu oynayır, məhz bunun üzərində möhkəm
dayanaraq dövlətlərlə fəaliyyət və əməkdaşlıq istiqamətlərini seçir, bu
əməkdaşlığın dövlətlərə verdiyi təkcə mənfi tərəfləri ilə deyil, eləcə də müsbət
tərəfləri ilə özünün mütləqilik statusunu və daima mövcudluq perspektivlərini
əlində saxlayır.
Bizim yaşadığımız dövr çox mürəkkəb bir dövrdür. Bu dövr üçün
dəyişikliklərin daimiliyi ən xarakterik hala çevrilmişdir. Əvvəllər ağlımıza belə
gətirə bilmədiyimiz hallar indiki dövrümüzün acı reallığına çevrilmişdir. Daxili
və xarici siyasət arasındakı sərhəd getdikcə zəifləyir. Son on il ərzində dünyanın
yeni istehsal gücləri görünməmiş bir dəyişikliklərə məruz qalması hazırda
80
“After 20 Years: The future of the Third World” S.Huntington,Journal of Democracy,7,2.1996
81
“ Theories of Political Economy” James A. Caporaso 1992
73
yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi
nailiyyətlər, kəşflər, yeniliklər, ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha
radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və
miqyas bəşəriyyəti ətraf aləmdə düzgün istiqamətlənməyə və yaşanan
dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq
ifadə etsək, belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır.
Bu izahlardan birincisini P.Kennedi (tarixçi-alim) vermişdir. “Böyük dövlətlərin
qalxımı və tənəzzülü” adlanan əsərində P.Kennedi göstərirdi ki, bütün dövlətlər
əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu
dövlətlər qaçılmaz gərginlik yaşayırlar və nəhayət süquta uğrayırlar. Həmçinin
P.Kennedi bu əsərdə göstərir ki, “soyuq müharibənin” triumfatorları da bu cür
aqibətlə üzləşəcəklər. Bu aqibət qaçılmazdır. Çünki bunu tarixin məntiqi tələb
edir.
82
Qlobal qarşıdurma qurtardıqdan sonra, dünyada baş verən bu
dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Hantinqton
vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış
və mədəni qüvvələrin öz xüsusi dünyalarını (nəhəng sivil cəmiyyətləri)
yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş
pafosu ilə əvəz olunur, sivilizasiya əsas tarixi amil kimi milləti əvəz edir.
Hantinqtona görə, yeni qlobal iqtisadi siyasi sistemin yaradılması qeyri-
mümkündür.
83
Yeni dünyanın izahını verməyin üçüncü cəhdini amerikan sosioloqu
F.Fukuyama məhz bu cür etməyə çalışmışdır: “İqtisadi qüvvələr sinfi milli
məhdudiyyətlərlə əvəz etməklə mərkəzləşmiş, hegemon cəmiyyət yaradaraq
əvvəlcə millətçiliyi əmələ gətirmişlər”. Həmin bu iqtisadi qüvvələr indi vahid
inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsi ilə milli əngəlləri sıradan
çıxarırlar. Millətçiliyin süqutu isə yalnız vaxt məsələsidir.
84
82
“Böyük dövlətlərin qalxımı və tənəzzülü” P.Kennedi
83
"Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" Samuel Hantinqton 1996
84
“Tarixin sonu və sonuncu insan” Frensis Fukuyama
74
Başqa bir izah isə, texnologiya yeniliklərinin tətbiq olunma sürəti ilə bağlı
olan izahdır ki, burada da söhbət qloballaşmadan gedir. Müasir dövrümüzdə
qloballaşmanın güclü təsirlərinin müşayiət olunduğu bir zamanda ölkələr arasında
istehsal amillərinin sərbəst hərəkətinin tədqiqi, burada TMK-ların iştirakı və
onların bu prosesə təsiri xüsusi bir əhəmiyyətə malikdir. Bu baxımdan da, TMK-
ların tədqiqi çox vacibdir.
Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirilməsinə əsasən, qloballaşma
“həm əmtəə və xidmətlərin, həm də kapitalın artan dərəcədə intensiv
inteqrasiyasıdır”.
Qloballaşma dövlətlərin qarşılıqlı iqtisadi asılılığına gətirib çıxarır,
nəticədə milli iqtisadi dövlət müstəqilliyinin tədricən dağılması və milli iqtisadi
təşkilatların-qlobal korporasiyaların – transmilli idarəetmə strukturlarının
meydana çıxması baş verir.
Dünya iqtisadiyyatının inkişafında, istehsalların beynəlmiləlləşməsində,
kapitalın səmərəli dövr etməsində, beynəlxalq miqyasda elmi və texniki
nailiyyətlərin istehsala kompleks tətbiq edilməsində, iş yerlərinin yaradılmasında,
iqtisadi inteqrasiya proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji,
təşkilati iqtisadi və sosial məsələlərin həll edilməsində TMK-nın rolu böyükdür.
TMK-nın bir mühüm cəhəti də vardır. Onlar nəyin bahasına olursa-olsun mənfəət
(təmiz mənfəət) əldə etməyə yox, nəyin bahasına olursa-olsun istehsalın və
xidmətlərin həcminin artırılmasına çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi
olaraq çoxlu mənfəət əldə edirlər.
85
Transmilli korporasiyaların fəaliyyəti onların əmələ gəldiyi dövlətlərin
maraqları ilə sıx əlaqədardır. Bir qayda olaraq, transmilli korporasiyaların əmələ
gəldiyi ölkələrin məqsədləri parlaq şəkildə ifadə olunmuş milli-eqoistik çalarlara
malikdir, məhz: öz vətəndaşlarının yüksək həyat səviyyəsinin təmin edilməsi və
öz dövlətlərinin gücünün və nüfuzunun artırılması bunlara misal ola bilər. Bu cür
vəziyyət bu ölkələr tərəfindən istisna olaraq öz maraqları daxilində
85
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003
75
istiqamətləndirilən birtərəfli qloballaşmanın inkişafına kömək edir. Lakin
qloballaşmanın öz inkişafının daha da yüksək səviyyəsinə hər yeni keçidi ilə
dövlətlərin qarşılıqlı asılılığı son nəticədə bir sıra ölkələrin onların imperiya
ambisiyalarına cavab verən yeni iqtisadi qayda yaratmaq ümidləri heçə enməlidir.
TMK-nın dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər
və çox zaman da bu yola öz dövlətlərində beynəlxalq fəaliyyətlərinə mane
olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da onlar öz
dövlətlərinin daxilində korrupsiyanın, rüşvətvermənin, yersiz yoxlamaların,
qorxutmaların qabaqcadan qarşısını almış olurlar. Nəticəsi də göz qabağındadır.
TMK-lar olan ölkələrin hamısında həm dövlət və həm də sahibkarlar kifayət
qədər varlıdırlar, əhali də yaxşı yaşayır.
86
Beləliklə, qlobal iqtisadiyyat dövlətlərarası iqtisadi konfliktlərin həlli
sahəsinə çevrilir, bundan belə nəticəyə gəlmək olar ki, dövlətlərin və onların
ərazisində yerləşən transmilli korporasiyaların əsaslı maraqları obyektiv olaraq
üst-üstə düşür, belə ki, transmilli korporasiyalar onların yerləşdikləri dövlətlərə
başqa ölkələrin resurslarına daxil olmağa imkan verir. Bundan başqa, öz
istehsallarını xaricdə yerləşdirən transmilli korporasiyalar öz dövlətlərinin
proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər.
Transmilli korporasiyalar öz mülkiyyətlərinin anklavlarını filiallar və qız
müəssisələri şəklində başqa ölkələrin ərazilərində yaratmaqla öz dövlətlərinin
mövqeyini möhkəmləndirirlər. Xaricdə mülkiyyətin belə sistemi dövlətin
beynəlxalq real nüfuzunu təmin edir. Lakin transmilli korporasiyaların iqtisadi
qüdrətinin artımı korporasiyaların dünya arenaında qlobal siyasi təsirinin
artmadığını və müvafiq olaraq dövlətlərin hökumətlərinin zəifləməsinin səbəb
olması labüddür. Transmilli korporasiyaların təsir dairəsinin artması ilə güclənən
transmilliləşmə prosesi ilk növbədə kapitalın iki və daha artıq ölkə arasında
hərəkəti olduğundan, burada ən əsas məna kəsb edən termin investisiyadır.
İnvestisiya-iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrinə və təşkilatlarına
86
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003
76
kapital qoyuluşudur. İnvestisiyalar müddətinə görə üç cür olur: uzunmüddətli,
qısamüddətli və ortamüddətli. Qoyuluş istiqamətinə görə isə, fiziki, insan kapitalı
və texnoloji kapital kimi növlərə ayrılır. İnvestisiyalar həm yerli investorlar, həm
də xarici investorlar tərəfindən həyata keçirilir. Bunlar da rezidentlər və qeyri-
rezidentlərdir. Kapitalın beynəlxalq hərəkəti zamanı rəsmi və şəxsi invsetisiyalar
baş verir. Rəsmi dedikdə, dövlət xətti ilə həyata keçirilən investisiyalar başa
düşülür. Şəxsi investisiyal isə mikro iqtisadiyyat səviyyəsində həyata keçirilən
investisiyadır.
Charles Kegley və Eugene Vittkopf Transmilli korporasiyaların müsbət və
mənfi tərəflərini belə qruplaşdırmışlar:
87
Dostları ilə paylaş: |