MüNDƏRİcat giriş


 İnkişaf məqsədilə qlobal əməkdaşlığı artırmaq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
fsan-

8. İnkişaf məqsədilə qlobal əməkdaşlığı artırmaq 
Bu  məqsədlə  beynəlxalq  maliyyə  qurumları  ətrafında  sıx  birləşmək  lazımdır. 
İnkişaf  etmiş  ölkələr  dünyada  bu  problemlərin  aradan  qaldırılması  məqsədilə 
maliyyə qurumlarının büdcəsinə külli miqdarda pul vəsaiti yatırmalıdır. 
Müasir  dövrdə  beynəlxalq  maliyyə  təşkilatları  dövlətlərin  sosial-iqtisadi 
fəaliyyət sahələrinin formalaşmasında mühüm rol oynayırlar. Hal-hazırda Dünya 
Bankı  inkişaf  etməkdə  olan  ölkələrdə  demək  olar  ki,  bütün  sahələrdə  1800-ə 
yaxın  layihəni  maliyyələşdirir.  Maliyyələşdirilən  layihələr  müxtəlif  sahələrə 
aiddir: mikrokredit sisteminin inkişafından başlayaraq, AİDS problemi haqqında 
məlumatların  əhaliyə  çatdırılmasınadək.  Bura  həmçinin,  qız  uşaqlarının  təhsilə 
cəlb olunması,səhiyyə sahəsində xidmətin keyfiyyətinin artırılması və s. aiddir.  
 
Son zamanlar Dünya Bankının fəaliyyət prioritetləri əhəmiyyətli dərəcədə 
dəyişmişdir. Belə ki, 1980-ci ildə Bankın investisiyalarının 21%-i elektrik enerjisi 
sektoruna  qoyulmuşdur.  Bu  gün  bu  rəqəm  7%  təşkil  edir.  Eyni  zamanda  , 
səhiyyənin,  təhsilin  və  pensiya  təminatının  inkişafına  yönəldilmiş  maliyyə 
resursları 22% qədər artmışdır. 


37 
 
 
Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə təhsilin maliyyələşdirilməsini 
həyata  keçirən  ən  iri  beynəlxalq  mənbələlərdən  biridir.  DB  təhsil  sahəsini 
maliyyələşdirməyə  hələ  1963-cü  ildən  etibarən  başlamışdı,  o  dövrdə  təhsilə  31 
milyard  dollar  ayrılmışdır.  Hal-hazırda  Bank  təhsil  sahəsində  83  dövlətdə  158 
layihə  maliyyələşdirir.  Məsələn,  Hindistanda  qız  uşaqlarının  savadsız  böyüməsi 
böyük  problemdir  və  bu  problemi  aradan  qaldırmaq  üçün  Dünya  Bankı  orta 
məktəblərdə  qızların  təhsil  alması  üçün  layihələr  keçirir.  İndiyədək  Hindistanın 
29  ştatından  18-də  60  milyon  şagird  bu  proqrama  cəlb  olunmuşdur.  Analoji 
layihələr  Braziliyada,  Trinidadda  və  Tobaqoda  həyata  keçirilir.  Dünya  Bankı 
AİDS-lə mübarizədə də öz səylərini əsirgəmir. Dünyada hər gün AİDS virusunun 
daşıyıcısı olan 14000 insan peyda olur ki, onların da yarısını gənclər təşkil edir. 
Problemlə mübarizə üçün BMT-nın UNAİDS proqramına DB 1,7 milyard dollar 
maliyyə vəsaiti ayırmışdır. Təkcə Afrika ölkələrinə DB bir milyard dollar vəsait 
verib.  
Dünya Bankı səhiyyə proqramlarını da maliyyələşdirir. Yoxsul əhali üçün  
elementar  tibbi xidmətin  və qidanın  təmin edilməsi, yoxsulluğun  səviyyəsinin 
azaldılmasına və iqtisadi artıma   yardım  olur. Baxmayaraq ki, dövlətlər səhiyyə 
sahəsində  son  bir  neçə  onillik  ərzində  mühüm    uğurlar  əldə  etmişlər,  bir  sıra 
məsələlər  hələ  də  öz  həllini  tapmamışdır.  İEOÖ-də    hər  il  11  milyon  uşaqdan 
70  %  infeksion    xəstəliklərdən    və  aclıqdan  ölür.
26
 Dünya  Bankı,  hər  il  bu 
problemin həlli üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına, 46 
ölkədə  malyariya  ilə  mübarizə  aparır,  30  ölkədə  isə  vərəm  xəstəliyinə  qarşı 
tədbirlər görülür. Çində ailələrin 90 % yodlaşdırılmış duzla təmin edilmişdir, bu 
da  yeni  doğulan  uşaqların  sağlam  olmasına,  vaxtından  əvvəl  doğuşların 
azaldılmasına  səbəb  olmuşdur.  Seneqalda,  Dünya  Bankı  uşaqların  aclığı  ilə 
mübarizə aparır və kompleks müalicə -profilaktik tədbirlər həyata keçirir 
Beynəlxalq  miqyasda  korrupsiyaya  qarşı  mübarizə  aparır.  Bu  gün  yeni 
layihələrin dörddən biri dövlət xərcləri və maliyyə islahatlarına həsr olunur. Son 
                                                           
26
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik. 


38 
 
illər  ərzində  Bank  ciddi  qaydalar  müəyyən  etmiş  və  anonim  “qaynar  xətt” 
yaratmışdır ki, bura korrupsiya faktları ilə bağlı məlumat vermək olar.  
Dünya  Bankı  silahlı  münaqişə  yaşamış  ölkələrə  yardım  edir.  Hal-hazırda 
Bank  silahlı  münaqişədən    əziyyət  çəkmiş  40-a  yaxın ölkədə işləyir.  Bankın bu 
ölkələrdə  gördüyü  işlər  sahəsində  iqtisadi  fəaliyyətin  bərpa  olunması,  həmin 
regionlara  investisiya  qoyuluşu,  hərbi  əməliyyatlar  nəticəsində  dağıdılmış 
infrastrukturun  bərpa olunması, əhalinin zərərçəkmiş  təbəqələrinə  yardım və s 
vurğulamaq olar.. Bank tərəfindən  maliyyələşdirilən daha geniçmiqyaslı və daha 
keyfiyyətli layihələr arasında, Əfqanistanda infrastrukturun bərpa edilməsi, Şərqi 
Timorda və Haitidə dövlət qulluqçularının  təlim keçməsi və s. layihələr də var. 
27
 
2009-cu ilin sentyabrında Beynəlxalq Valyuta Fondunun İcraiyyə Komitəsi 
yoxsul  ölkələrə  yardım  məqsədilə  qızıl  ehtiyatlarının  bir  hissəsinin  satılması 
barədə  qərar  qəbul  etdi.  Fondun  məlumatında  deyilirdi  ki,  403,3  ton  qızıl 
satılacaq:  “Bu  qərar  Beynəlxalq  Valyuta  Fondunun  pul  ehtiyatının  həcminin 
artmasına  səbəb  olacaq  və  az  gəlirli  ölkələrə  yardım  etmək  imkanı  yaradacaq”. 
Qeyd  edək  ki,  satılması  nəzərdə  tutulan  qızıllar  Beynəlxalq  Valyuta  Fondunun 
qızıl ehtiyatının səkkizdən bir hissəsini təşkil edirdi.   
2010-cu  ildə  Sankt-Peterburqda  “Tiger  Summit”keçirilmişdir.  Burada  
“Asiyanın  Pələngləri”nin  inkişaf  proqramı  qəbul  olunmuşdur.  Bu  proqrama 
əsasən  həmin  dövlətlərə  Dünya  Bankı  tərəfindən  350  milyon  dollar  pul 
ayrılmışdır.  
Dünya  Bankı    həmçinin,  öz  müştərilərinə  aşağıdakı  tədbirləri    görməyi  
məsləhət  görür: 
-  İnsan  resurslarının    inkişafına  investisiya  qoymaq,  xüsusilə,  səhiyyə  və 
təhsil sistemlərinin təkmilləşdirilməsi yolu ilə; 
-  Sosial  inkişaf  üzərində    cəhdlərin    artırılması,  əhalinin  geniş  təbəqələrinin 
inkişaf probleminin  həll edilməsinə cəlb edilməsi, idarəetmə metodlarının 
                                                           
27
 
World Bank, Post-Conflict Reconstruction: The Role of the World Bank, 1998, pp. 5 and 9 


39 
 
mükəmməlləşdirilməsi və yoxsulluğun səviyyəsinin aşağı  düşməsinin əsas 
faktoru kimi  institusional potensialın artırılması; 
-  Hökumətlərin 
keyfiyyətli 
xidmət 
göstərməsinə 
dəstək, 
onların  
fəaliyyətinin səmərəliliyinin və şəffaflığının  təmin edilməsi; 
-  ətraf mühitin qorunması; 
-  fərdi sahibkarlığın  inkişafının dəstəklənməsi və stimullaşdırılması; 
       -    investisiya  və  uzunmüddətli  planlaşdırma    üçün  şərait    yaradan  
makroiqtisadi  stabilliyin inkişafına  yönəldilmiş islahatların dəstəklənməsi.  
DB  onun  qarşısında  duran  başlıca  vəzifə  olan  yoxsulluğun  aradan 
qaldırılması  məsələsində  konfliktlərin  aradan  qaldırıması  və konfliktdən sonrakı 
bərpanı  mərkəzi  element  kimi  götürür.  1997-ci  ildə  DB  tərəfindən  konfliktdən 
əziyyət  çəkən  ölkələrə  iqtisadi  artım  və  problemlərin  həllinə  yeni  yanaşma 
məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu  (KSBF) təsis 
edilmişdir.  Qeyd  edək  ki,  Bankın  kreditlərinin  16%-i  konfliktlərin  nəticələrinin 
aradan qaldırılmasına yönəldilir. 2004-cü maliyyə ilində DB özünün KSBF fondu 
vasitəsilə  konfliktdən  əziyyət  çəkən  ölkələrə  10.6  mln  ABŞ  dolları  həcmində 
yardım ayırmışdır. 1998-ci ildən bəri Fond ümumi dəyəri 66.7 mln ABŞ dolları 
həcmində  olan  137  qrant  ayırmışdır.  Yardımın  əsas  hissəsi  Afrika  regionuna 
yönəldilir.  Liberiya,  Sudan,  Somali  və  Haiti  kimi  konfliktdən  əziyyət  çəkən 
ölkələr  üçün  ümumi  dəyəri  25  mln  ABŞ  dolları  həcmində  olan  trast  fond 
yaradılmışdır. 
28
 
Dünya  Bankı  inkişafa  kömək  məqsədi  ilə  hər  il  20  milyard  ABŞ  dolları 
dəyərində  öhdəlik  qəbul  edən  ən  iri  təşkilatdır.  Dünya  Bankı  nəinki  “donor” 
təşkilat kimi, həm də dünya itisadiyyatını “koordinasiya” edən təşkilat kimi çıxış 
edir.Yəni,  şəxsi,  hökumət  və  qeyri-hökumət  təşkilatları  ilə  ehtiyatların  istifadə 
olunmasında,    cari  inkişaf    proqramlarının    müdafiə  olunmasında    böyük    rol 
oynayır. 
                                                           
28
 “The Role of International Financial Institutions in International Humanitarian Law”
 Laurie R. 
Blank,
 
Washington 2002 


40 
 
2011-ci  ilin  noyabrında  Beynəlxalq  Valyuta  Fondu  yeni  fəaliyyət 
strategiyasına keçdi. Yeni siyasət qısamüddətli maliyyə problemləri ilə rastlaşan 
dövlətlərə daha operativ kredit almaq imkanları  verilməsini nəzərdə tuturdu. Bu 
cür kreditlər sabit maliyyə siyasəti yürütmək yönündə parlaq tarixçəyə malik olan 
ölkələrə verilir.  
2011-ci  ilin  dekabr  ayında 
 
Beynəlxalq  Valyuta  Fondunun  rəhbəri  Kristin 
Laqard  ərəb  inqilablarının  idarə edilməsi ilə  bağlı dünya  ictimaiyyətini  xəbərdar 
etmişdir.  Kristin  Laqard  Yaxın  Şərq  və  Şimali  Afrikadakı  hadisələr  neft  ixrac 
edən  ərəb  ölkələrindəki  iqtisadi  durğunluğu  daha  da  dərinləşdirəcəyini 
söyləmişdi.  Bunun  qarşısını  almaq  üçün  Kristin  Laqard  Ərəb  ölkələrinin 
xalqlarının  tələblərinin  nəzərə  alınması,  maaşların  artırılması  və  dayanıqlı 
maliyyə  siyasəti  yeritməyin  zərurətini  vurğulamışdı.  Kristin  Laqard  Liviya, 
Tunis,  Misir  kimi  ölkələrə  maliyyə  yardımları  edildiyini  də  bildirmişdi.  Bu 
ölkələrin  rəhbərliyinə  isə  özəl  sektoru  inkişaf  etdirməklə  bağlı  məsləhətlər 
vermişdi.  Ancaq  deyəsən  bütün  bunlar  yalnız  ictimaiyyətin  gözündən  pərdə 
asmaq idi, ya da Ərəb liderləri doğurdan da məsləhətə əməl etmədi.
 
Beynəlxalq 
Valyuta  Fondu  2012-ci  ildə  qlobal  iqtisadi  artım  proqnozunu  təkrar  gözdən 
keçirmişdir.  Yeni  hesablamalara  əsasən,  artımın  Fondun  yanvar  bəyanatında 
göstərildiyindən  0,2%  çox  olacağı  və  3,5%  təşkil  edəcəyi  göstərilmişdir. 
Bütövlükdə  Fondun  ekspertləri  vurğulayırlar  ki,  dünya  iqtisadiyyatı  hələ  dərin 
maliyyə böhranıyla bağlı çətinlikləri dəf edə bilməmişdir. 
2012-ci  il  fevralın  2-də  Dünya  Bankının  İcraedici  Direktorlar  Şurasının 
üzvləri  tərəfindən  “Vyetnamda  iqlim  dəyişikliklərinin  idarə  olunması  siyasəti” 
barədə  proqram  layihəsi  qəbul  olunmuşdur.  Vyetnam  dünyanın  ən  çox  iqlim 
dəyişikliyindən  əziyyət  çəkən  ölkələrindən  biridir.  O,  daha  çox  küləklərdən, 
daşqınlardan  və  dəniz  səviyyəsinin  qalxması  nəticəsində  yaranan  fəlakətlərdən 
əziyyət  çəkir.  Proqram  çərçivəsində  Vyetnama  70  milyon  ABŞ  dolları 
məbləğində  maliyyə  vəsaiti  ayrılmışdır.  Ölkə  bu  vəsaiti  kredit    verildikdən  5  il 
sonra 25 il müddətində borcunu qaytarmalıdır. 


41 
 
 
2012-ci il martın 30-da Sidneydə keçirilmiş konfransda qeyd edilmişdir  ki, 
2000-ci ildən bəri Beynəlxalq İnkişaf  Assosiasiyası kasıb ölkələrdə yaşayan 310 
milyon  uşağın  xəstəliklərdən  müdafiəsi  siyasətini  həyata  keçirmişdir  (bu  da 
Avstraliyadakı  uşaqların  sayından  60  dəfə  çoxdur)  47  milyon  əhaliyə  kömək 
etmişdir:  sağlamlığının  yüksəldilməsi  və    ərzaqla  təmin  etmişdir  (bu 
Avstraliyanın əhalisindən 2 dəfə çoxdur). Avstraliya  Dünya  Bankının ən kasıb 
ölkələr üçün ayrılmış fonduna və Beynəlxalq İnkişaf  Assosiasiyasına ianə verən 
əsas  ölkələrdən  biridir.  Dünya  Bankı  Avstraliyada  telekommunikasiyanın 
inkişafı,  Yeni  Qvineyada  1300  km-dən  çox  yolun  restavrasiyası  və  yenidən 
təmiri, Solomon adasının ucqar kəndlərində yaşayan 50 000-dən çox əhalisi olan 
47  kəndin  infrastrukturunun  yaxşılaşdırılması  üçün  maliyyə  yardımı  ayırmışdır. 
29
Təhsilin, səhiyyənin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün Dünya Bankının 
Avstraliya ilə birgə əməkdaşlığı davam etdirəcəkləri vurğulanmışdır. 
Dünya  Bankı  2012-ci  ildə  münaqişələrin,  sabitsizliyin  iqtisadi-sosial 
inkişafa  təsirini  öyrənib.  Araşdırma  Somalidəki  dəniz  quldurluğundan  tutmuş, 
Əfqanıstandakı müharibəyə, Latın Amerikasındakı narkotik madələr alverinəcən 
həm müxtəlif mənfi, eləcə də Şimali İrlandiyada, İndoneziyada rəvan siyasi keçid 
kimi müsbət hadisələri əhatə edir. Hesabata görə, “ölkədə sabitsizlik və münaqişə 
doyunca  yeməyənlərin  sayını  orta  hesabla  iki  dəfə  artırır.  Kasıblıq  50  faiz  artır. 
Məktəbə getməyən uşaqların sayı 3 dəfə artır.” Hesabata görə, dünyada onsuz da 
1  milyard  500  milyon  yoxsul  var.  42  milyon  adam  evindən  didərgin  düşüb. 
Hesabatı  təqdim  edən  Dünya  Bankının  prezidenti  Robert  Zoellick  deyib  ki, 
insanın  təhlükəsizliyi  ilə  inkişaf  arasında  birbaşa  əlaqə  var.  Dünya  Bankının 
prezidenti vətəndaşın təhlükəsizliyinə, ədalətə və yeni iş yerlərinin yaradılmasına 
investisiyalara  çağırıb.  O,  ölkələri  bu  3  dəyəri  –  təhlükəsizliyi,  ədaləti  və  iş 
yerlərini qoruyan və inkişaf etdirən dövlət qurumlarını təkmilləşdirməyə çağırıb. 
 
                                                           
29
 http://go.worldbank.org/XC5NCJDH40About The Development Committee 
 


42 
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin