Mövzu 2. Kommunikasiya prosesində heca,intonasiya,durğu işarələri
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir.
Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur.Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s.Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
İntonasiya -Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona göra razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə. Cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurgu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zarbi-məsəllər, məcazi manalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) an incə mətləbləri dinləyicilərə çatdırır.
Natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir. Belə danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmu- nun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir. Əgər danışan təkcə məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq ancaq emosional boya kasb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlan- dırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir etmək, onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə çəkindirmək və s. Kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. Intonasiya baxımından zəngin olan nitq maraqla dinlənilir. Dinləyicilər belə nitqdən, ifadə tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, mono- tonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması və s. Dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik. Dəhşət, etinasızlıq. Maftunluq, məyusluq, nigarançılıq, naşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, portlik, lovğalıq, laqeydlik, coşqunluq, haya, sevinc, acıq, şübhə, təkəbbür və s. İfadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə etmək, nitqin predmetina, müsahibinə münasibətini bildirməklə söz və ifadəyə müxtəlif məna rəngarəngliyi verir, onun məzmununu genişləndirir, dol- ğunlaşdırır.Intonasiya ham danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz hadisəsidir. Ünsiyyat prosesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı verir. Başqa sözlə, danışıq prosesində təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalığına malik olur. Professor Ə.Dəmirçizadə yazır: “Danışarkən cümlənin təkcə məzmunu deyil, həm də nə məqsədlə söylənilmiş olması cümlədəki sözlərin neca səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən əksinə, daha da alçalır, bəzən ucalır, bəzən qısalır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə əksinə, calaşıq bir silsilə təşkil edir və beləliklə də ibarə və cümlə boyu səslənmənin müxtəlif çalarlıqlı və müxtəlif kəmiyyətli dalğaları yaranır. Bununla da nitqin ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir” .Oxu prosesində isə vəziyyət bir qədər başqadır. Nitqin yazılı formasında müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri verilir. Burada oxuyanın məqsəd yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq, onu səsləndirməkdir. İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürül- müş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif edǝ, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn, buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür edirəm və s. Kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda rişxand, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə də işlədilə bilər.İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin normadan bir qədər yavaş olmasıdır. Belə nitqda dinamika zəif, sözlər, nitq taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur. Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur, eşitdiyini tam şəkildə mənimsəyə bilmir.
Intonasiya ilə bağlı göstərdiyimiz qüsurlar danışıq və oxunun keyfiyyətini aşağı salır, nitqin təsir gücünü azaldır, onun (nitqin) dərk olunmasını, qavranıl- masını çətinləşdirir. Natiqin danışığı, qiraati intonasiya ahəngdarlığı baxımından fərqlənməli, intonasiyaca zəngin olan nitqi dinləyicilərdə xoş ovqat və təəssürat yaratmalı, onların qəlbinə rahatlıq gətirməlidir. Natiq səsinin ahəngi ifadə edəcəyi fikrin məzmun və qayəsinə uyğun olmalıdır. K.S.Stanislavskinin aşağıdakı fikri bu baxımdan dəyərlidir. “Danışıq, şeir özü də musiqidir. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır, skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır. Elə etmək lazımdır ki, danışıq muncuq kimi düzülsün, qovuşsun, hecalara bölünməsin”.Nitqin intonasiyası kompleks dil hadisəsidir. Intonasiya tələffüzün dörd elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası vurğusu, surəti onun tempi, istiqaməti onun melodiyası, dayanacağı isə fasilədir. Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici kompo- nentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq mədəniy- yətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin yaranmasına xidmət edir.
Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif qrammatik bağlanmaları, ayrılmalan göstərməyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik.
NÖQTƏ
Bu işarə aşağıdakı hallarda qoyulur:
Nəqli cümlənin sonunda. Mas.; 1. Xalqımın Nizami, Füzuli, SabirVurğun kimi poeziya duhaları vardır. 2. Nəbi Xəzri lirik şairdir.
Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;
Maşınınız harada qalıb?
Kəndin girəcəyində.
Sən haralısan?
Qaramanlı.
Ad və ata adlarının qısalıma formalarından sonra. Məs.,
1)Qəsəbəmizin mərkəzindəki parka H.Əliyevin adı verildi.
2)N.Abdullayev təcrübəli müəllimdir.
4)Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs...
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və b. görkəmli tənqidçi - ədəbiyyatşünaslar olmuşlar.
5)Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Məs.:gǝrǝk ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam(Ә.Н.).
VERGÜL
Aşağıdakı hallarda qoyulur.
Cümlənin həmcins üzvləri arasında. Mǝs..
Hamı mənim arxam, qolum-qanadım, Hörmətim, izzətim, şöhrətim, adım?! Qardaş bərabəri gözəl arvadım Söyləyin, durnalar, gözüm yoldadı.(Ə.Cəmil)
Gecəyədək yedilər, uiçdilər, danışdılar, güldülər (S.Qədirzadə).
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Mǝs.;
Əlimi uzadıb qar dənəsinin altına tutdum, astaca gəlib ovucumun içinə düşdü (S.Behrəngi).
Tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında. Mǝs.;
Deyirlər ki, bir zaman isti ilə buxar əl-ələ verib dünyaya böyük bir zəlzələ salmışdı (N.Gəncəvidən). Ovçu Piri qəribə ovçunun əhvalatını klubun qabağına toplaşan kəndlilərə yenicə nağıl edib qurtarmışdır ki, çadırda S.Vurğunun“Ceyran” şeirini oxudular (İ.Əfəndiyev).
NÖQTƏLİ VERGÜL
Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur:
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.:
Qarqar çayının həzin şırıltısı, Gülpərinin palazlara, xalçalara endirdiyi toqqaların taqqıltısı ətrafa yayılırdı; hələ naxırçıların hay-harayı da bu səslərə qarışanda bu bir tərəkəmə toyunu xatırladardı (Ə.Haqverdiyev).
DEFİS
Mürəkkəb sözlərin tərəfləri arasında. Mas.; dadh-dadlı, dost-aşna, qohum-qardaş, yavaş-yavaş və s.
Mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs.; ADPU-nun, ABŞ-ınNATO-ya və s.
Sıra saylar rəqəmlə yazıldıqda. Məs: 5-ci, 10-cu, 4-cü və s.
izafət tərkiblərində. Məs.; nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal.
TİRE
Cümlə üzvünün əlavəsindən əvvəl. Mǝs.;
Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan kəndinin əhli Novruzəlidir (C.Məmmədquluzadə).
Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün onların (qarşılaşdırılan sözlərin) arasında. Məs:
Sən günəş – mən səndən nur alan Ayam, Sən bir səs – mən isə əks-sədayam! Zirvasan zirvəya qalxan cığıram.(N.Xəzri)
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire qoyulur. Məs.:
Dostlar hər şeydən həyatdan, ailədən, dostluqdan, məhəbbətdən, dünyanın işlərindən danışdılar.
SUAL İŞARƏSİ
Cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda qoyulur. Iran hakimi Karim xan Zəndə bir tarlan bağışlamışdılar. O, quşa baxıb:
-Bu quş nə üçündür? – deyə soruşur.
Göyərçin, kəklik tutmaq üçün – demişdilər.
Özü nə yeyir?
-Gündə bir quş.
Elə isə buraxın getsin, özü tutsun, özü də yesin.
Danışıqda heç bir cavab tələb etməyən sual cümlələri də işlədilir. Bunlar ritorik sual cümləsi adlanırlar
Dostları ilə paylaş: |