Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə151/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   147   148   149   150   151   152   153   154   ...   185
Pedaqogika İMTAHAN

Vəzifələrdən biri gənc nəslin diqqətini ətraf mühitə yönəltməkdən ibarətdir.

Ekoloji tərbiyənin ikinci vəzifəsi ətraf mühiti sağlamlaşdır- mağın zəruriliyini gənc nəslə anlatmaqdır

Ekoloji tərbiyənin üçüncü vəzifəsi ətraf mühiti sağlamlaş- dırmağın və ya çirkləndirməyin mədəniyyətlə, əxlaqla, tibblə, iqtisadiyyatla, dövlət siyasəti ilə bilavasitə əlaqədar olduğunu gənc nəslə dərk etdirməkdir

Ekoloji tərbiyənin vəzifələrindən biri ətraf mühitin çirklənməsi hallarına qarşı mübarizlik ruhunu gənc nəslə aşılamaqdan, ətraf mühiti sağlamlaşdırmaq, ətraf mühiti gözəlləşdirmək qorumaq bacarığını onda formalaşdırmaqdan ibarətdir.

Yerinə yetirdiyi vəzifələri nəzərə alan Milli pedaqogika ekoloji tərbiyənin mahiyyətini belə ifadə edir: ətraf mühitin təmizlik dərəcəsini duymağın, onun sağlamlıqla, mədəniyyət əxlaqla əlaqəsini başa düşməyin mühitin saflaşdırılmasında fəal mövqe tutmağın gənc nəslə məqsədyönlü planlı surətdə aşılanması prosesi ekoloji tərbiyədir.

Təlim prosesində ekoloji tərbiyə. Gənc nəslin ekoloji tərbiyəsində bütün imkanlardan, o cümlədən ayrı-ayrı fənlərin tədrisindən, dərsdənkənar (auditoriyadankənar) tədbirlərdən, kütləvi informasiya vasitələrinin imkanlarından maksimum dərəcədə istifadə olunmalıdır.

Dərsdənkənar (auditoriyadankənar) ekoloji tərbiyə. Ekoloji tərbiyə fənlərin tədrisi ilə, bu fənlərin imkanlarından istifadə ilə məhdudlaşdırılmır. Dərsdənkənar (auditoriyadankənar) tədbirlərin imkanlarından da istifadə edilir.

Ekoloji tərbiyə vasitələri. Ekoloji tərbiyə zamanı geniş istifadə olunan vasitələr arasında birinin üzərində xüsusi dayanmaq lazım gəlir. Biz müdrik kəlamları nəzərdə tuturuq. Çünki, atalar sözləri, el deyimləri, inanclar, peyğəmbər kəlamları öz yığcamlığı ilə şüurlara tez yol açır, yadda qalır və onlara əməl olunur.

Ekoloji tərbiyənin insan və cəmiyyət üçün müstəsna əhəmiyyətini nəzərə alaraq demək lazımdır ki, tərbiyə işinin bu növü də ailədən başlamalıdır. Uşaq ətraf mühitin: mənzilin, otaqların, həyətin, həyətyanı sahənin təmiz saxlanmasına ailədə alışmalıdır.


Hüquq tərbiyəsi



Elmdə hüquq ümumiləşmiş məfhum hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasından göründüyü kimi, hüququn sahələri olduqca genişdir. Buraya daxildir: təhsil hüququ, yaşamaq hüququ, istirahət hüququ, əmək hüququ, mənzil toxunulmazlığı hüququ, vətəndaşlıq hüququ, sağlamlığın qorunması hüququ, seçmək hüququ, seçilmək hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, bərabərlik hüququ, şəxsi toxunulmazlıq hüququ, ana dilindən istifadə hüququ, şərəf və ləyaqətin qorunması hüququ və s.

Hüquq normalarının pozulması hallarının qarşısını almaq üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi mövcuddur.

Deməli, hüquq və onun normaları dövlət tərəfindən müəyyənləşdirilir. Bu normalara riayət edilməsi məcburidir. Onların pozulması halları dövlət tərəfindən cəzalandırılır.

Deyilənlər nəzərə alınarsa hüquq məfhumunun mahiyyəti belə ifadə olunar: adamlar arasında, vətəndaşlarla dövlət arasında münasibətləri tənzimləyən məcburi normalara hüquq deyilir.



Hüquq tərbiyəsinin məzmunu. Azərbaycan Respublikası Konstitusiyasının nəzərdə tutduğu hüquqlar, azadlıqlar və vəzifələr hüquq tərbiyəsinin məzmununu təşkil edir.

Azadlıqlara aiddir: fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplanmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı və s.

Vətəndaşların əsas vəzifələrinə aiddir: vergilər və başqa dövlət ödənişləri, Vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, Vətəni müdafiə, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin qorunması, qanuna zidd işlərin icrasına yol verilməməsi, məsuliyyət və s.

Hüquq tərbiyəsi ilə məşğul olan hər bir şəxs (müəllim, vali- deyn və digər tərbiyəçi) ölkəmizdə qəbul olunmuş hüquqların, azadlıqlar; vəzifələrin nədən ibarət olduğunu bilməlidir. bundan sonra bildiklərini gənc nəslə öyrətmək imkanı qazanır. Unutmaq olmaz ki, bir çox halda hüquq normalarından hali olmamaq hüquq pozuntuları ilə nəticələnir.



Hüquqi dövlət quruculuğunda hüquq tərbiyəsinin rolu. Azərbaycan Respublikasında dövlət fəaliyyətinin istiqamət- lərindən biri hüquqi dövlət qurmaqdır. Huquqi dövlətdə qanunun aliliyi təmin edilir. Bu o deməkdir ki, bütün məsələlər yalnız mövcud qanunlar çərçivəsində, hüquq normalarına uyğun şəkildə həll olunur.

Cəmiyyətdə qanunun aliliyinə isə birdən-birə, özü də yalnız inzibati yolla nail olmaq çətindir. Burada müntəzəm tərbiyəvi iş aparmağa böyük ehtiyac duyulur.

Gənc nəsil hüquqi dövlət quruculuğuna hazırlanmalıdır. Bunun başlıca yolu hüquq tərbiyəsidir. Gənc nəslin hüquq tərbiyəsi ailədən başlanmalıdır.

Hüquq tərbiyəsi qarşısında qoyulan əsas vəzifələr bunlardır: hüquqa hüquq normalarına aid gənc nəsldə hissiyyatın biliklərin formalaşdırılması; qanunçuluğa inamın artırılması; hüquq normalarına əməl edilməsi; qanunçuluğun pozulması hallarına qarşı barışmazlıq.

Həyata keçirdiyi vəzifələri nəzərə alaraq Milli pedaqogika hüquq tərbiyəsinin mahiyyətini belə ifadə edir: hüquq normalarına dair adamlarda hissiyyatın biliklərə, biliklərin isə bacarıqlara çevrilməsi, habelə həmin normaların pozulmasına qarşı barışmazlığın onlarda məqsədyönlü planlı şəkildə formalaşdırılması prosesi hüquq tərbiyəsidir.



Huquq tərbiyəsi qarşısında duran vəzifələr aşağıdakı yollarla həyata keçirilir; Azərbaycan Respublikası dövlət sənədlərinin öyrənilməsi; ayrı-ayrı fənlərin tədrisi imkanlarından istifadə edilməsi; hüquq-mühafizə orqanlarının xüsusiyyətləri ilə tanışlıq; hüquq məsələləri ilə əlaqədar əsərin, filmin, teatrın müzakirəsinin keçirilməsi; hüquq mövzusunda foto-stendlərin tərtibi; “Gənç hüquqşünaslar” dərnəyinin təşkili; hüquq məsələlərinə həsr olunmuş sual- cavab gecələrinin, disputların s. bu kimi tədbirlərin keçirilməsi.

Magistratura pilləsində pedaqoji təcrübə



Məlum olduğu kimi, magistratura qarşısında iki əsas vəzifə qoyulur: magistrantları həm elmi tədqiqat fəaliyyətinə hazırlamaq, həm pedaqoji fəaliyyətə hazırlamaq. Bu, o deməkdir ki, ixtisasından asılı olmayaraq bütün magistrantlar həm nəzəri, həm də əməli cəhətdən müəllimlik fəaliyyətinə də hazır olmalıdırlar. Müəllimlik fəaliyyətinə hazırlığın vacib tərkib hissələrindən biri magistrantların pedaqoji təcrübəsidir.

Aydındır ki, tələbənin təlim əməyi onun başlıca fəaliyyət növüdür. Tələbənin təlim fəaliyyəti isə çoxcəhətlidir. Elmi, texniki, bədii, fiziki, əməli və s. sahələrdə yaradıcılıqla məşğul olan tələbə həm ümumiyyətlə əməyə, zəhmətə alışır, həm də gələcək peşəsinə hazırlaşır.

Tələbənin kələcək peşə fəaliyyətinə hazırlaşması müxtəlif formalarda cərəyan edir. Bu formalar isə iki böyük qrupa ayrılır: nəzəri hazırlıq formaları və əməli hazırlıq formaları.

Tələbənin əməyə, kələcək peşəyə nəzəri hazırlıq formaları da, əməli hazırlıq formaları da, öz növbəsində, üç qrupa bölünür: nəzəri hazırlığın ümumi, xüsusi və peşə fənləri ilə əlaqədar olan formaları; habelə əməli hazırlığın həmin fənlərlə bağlı olan formaları.



Nəzəri hazırlığın formalarına burada toxunulmur. Çünki, nəzəri hazırlıq məsələləri bu fəslin mövzusundan kənardır. Gələcək peşəyə əməli hazırlığın əksər formaları da burada

nəzordən keçirilmir; diqqət sonuncu fəaliyyət formalarında yalnız birinə – pedaqoji təcrübəyə yönəldilir.

Magistratura pilləsində pedaqoji təcrübə əməyə peşə fəaliyyətinə hazırlaşmağın başlıca formalarından biri hesab edilir. Bu mənada magistrantların pedaqoji təcrübəsinə xususi əhəmiyyət verilir. Nəzərdə tutulur ki, magistrantlarda yüksək pedaqoji ustalığın, pedaqoji səriştəliliyin özülü məhz pedaqoji təcrübə zamanı qoyulsun.

Magistrantların peşə əməyinə əməli hazırlığını və nəzəri hazırlığını əlaqələndirməyin cəhətləri çoxdur. Burada nəzəri hazırlıqla əməli hazırlığı əlaqələndirməyin yalnız birçə cəhətinə toxunulur. Bu cəhət pedaqoji hazırlıqla bağlıdır. Söhbət magistrantların nəzəri pedaqoji hazırlığı ilə əməli pedaqoji hazırlığının uzlaşdırılmasııdan gedir. Burada, başlıca tələb budur ki, magistrantların pedaqoji təcrübəsi oxunmuş mühazirələrin məzmununa istinad etsin. Pedaqoji təcrübənin istinad etməli olduğu oxunmuş mühazirələr isə üç istiqaməti əhatə edir. Birinci istiqamətli mühazirələr bakalavr pilləsində tələbələrə öyrədilən ümumi hazırlıq fənlərinə aiddir. Məsələn, bakalavr pilləsində sırf tibb hazırlığına xidmət edən mühazirələr; yaxud iqtisadiyyat hazırlığına xidmət edon mühazirələr ya hüquq hazırlığına xidmət edən mühazirələr. İkinci istiqamətli mühazirələr bakalavr pilləsində ixtisas fənlərin öyrədilməsi metodikasının əhatə etdiyi mühazirələrdir.

Bütün ixtisas fənləri tədrisinin ümumi cəhətlərini özundə birləşdirən fənn var. Bu, ali məktəb pedaqogikasıdır. Ali məktəb pedaqogikası üzrə mühazirələr isə üçüncü istiqamətə aiddir. Deməli, magistratura pilləsində tələbələrin pedaqoji təcrübəsi həmin üç istiqamətlə bağlı olduğundan, onun qarşısında bir sıra vəzifələr qoyulur:
Birinci vəzifə – magistratura pilləsində tələbənin mənimsədiyi nəzəri biliklərin həyatiliyinə onlarda inam yaratmaqdır. Pedaqoji təcrübə zamanı magistrantlar yəqin etməlidirlər ki,

onların əldə etdikləri nəzəri biliklər real pedaqoji prosesi əks etdirir.

İkinci vəzifəixtisas fənnindən, metodika və pedaqogika fənlərindən magistrantların qazanmış olduqları nəzəri bilikləri möhkəmləndirməkdən ibarətdir. Nəzəri biliklərin təcrubədə özünü doğrultduğunu yəqin edən magistrantın həmin bilikləri hafizəsində uzun müddət qalır.

Üçüncü vəzifə – magistrantlarda pedaqoji yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Təcrübə elə qurulmalı, suallar elə qoyulmalıdır ki, magistrantlar pedaqoji təcrübəyə həm də mənimsədiyi nəzəri biliklər mövqeyindən yaradıcılıqla yanaşsınlar, onu təkmilləşdirmək istiqamətində düşünməli olsunlar.

Göstərilən vəzifələrin öhdəsindən lazımi səviyyədə gəlmək üçün pedaqoji təcrübə rəhbərlərindən yüksək səriştəlilik tələb olunur.

Magistrantın nəzəri əməli hazırlığının sistemi. Magistraturada təhsil alan tələbə öz peşə fəaliyyətinə nəzəri və əməli hazırlığının sistemini aydın təsuvvür etməlidir. Bilməlidir ki, onun nəzəri və əməli hazırlığı üzvü şəkildə qovuşur. O, bir tərəfdən humanitar və sosial-iqtisadi, riyazi və elmi təbii fənlər, habelə ixtisas fənləri üzrə auditoriya məşğələlərində zəruri biliklərlə silahlanır; digər tərəfdən də əməli fəaliyyət formalarında öz qabiliyyət və bacarıqlarını inkişaf etdirir: müxtəlif mövzularda referat yazır, ikinci semestrdə dörd həftəlik elmi-tədqiqat təcrübəsində iştirak edir, üçüncü semestrdə dörd həftəlik pedaqoji təcrübə zamanı öz pedağoji bacarıqlarını sınaqdan keçirir, dördüncü semestrdə on yeddi həftə ərzində magistrant dissertasiyası yazmalı və onu mudafiə etməli olur.

Göründüyü kimi, magistratura təhsilində nəzəriyyə və təcrübə üzvi şəkildə bir-birini tamamlayır və vahid sistem əmələ gətirir. Pedaqoji təcrübə bu sistemdə mühüm yer tutur.

Magistrantın əmək peşə tərbiyəsində pedaqoji təcrübənin rolu. Pedaqoji təcrübə təkcə konkret elmi biliklərin və biliklərlə əlaqədar olan konkret bacarıqların formalaşmasına xidmət etmir. Bundan əlavə, pedaqoji təçrübə tələbələrin əmək

peşə tərbiyəsində mühüm rol oynayır. İşgüzarlıq, əməksevərlik, əməyə məhəbbət, əməyi planlaşdırmaq, yerində səliqə-sahman yaratmaq, qarşıya çıxan çətinlikləri dəf etmək başqa bu kimi mənəvi keyfiyyətlərin formalaşmasında pedaqoji təcrübənin imkanları genişdir.

Pedaqoji təcrübənin əhəmiyyəti əməklə əlaqədar keyfiyyətlərin formalaşmasına köməkliklə məhdudlaşmır. Peşə tərbiyəsində də onun faydası az deyil. Müəllimliyi, özü də bakalavr pilləsində müəllimliyi özünə peşə kimi qəbul etmiş olan tələbələr pedaqoji təcrübədə püxtələşməlidirlər. Öz fənninə dərindən bələd olmağı, onu başqalarına öyrətməyi, gələcəkdə tələbələri ilə pedaqoji ünsiyyət qurmağı, tələbələrin qəlbinə yol açmağı bacarmaq, onların hörmətini qazanmaq, onlara qayğılı münasibətlə tələbkarlığı uzlaşdırmağı bacarmaq kimi müəllim şəxsiyyətini səciyyələndirən pedaqoji keyfiyyətlər pedaqoji təcrübə zamanı diqqət mərkəzində durur.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin