Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə74/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   70   71   72   73   74   75   76   77   ...   185
Pedaqogika İMTAHAN

Pejaqoji proses vasitələri.


Pedaqoji proses üsullarının tərkibində istifadə olunan maddi ünsürlərə pedaqoji prosesin vasitələri deyilir.

Pedaqoji proses vasitələri bunlardır: dərs vəsaitləri, maketlər, modellər, əyani vasitələr, texniki vasitələr, laboratoriya emalatxana avadanlıqları, dəzgahlar, elektron hesablayıcı qurğular, kompyüter, perfokartlar, paylama materialları, skeletlər, mulyajlar, preparatlar, sorğu kitabları, lüğətlər, məsələ misal topluları, imla ifadə topluları s.



Pedaqoji prosesin şərh edilən üsulları və vasitələri pedaqoji prosesin təşkili formalarında tətbiq edilir.

Tədris planı üzrə auditoriya məşğələləri


Pedaqoji prosesin təşkili formaları tədris planı ilə bağlılıq dərəcəsinə görə iki böyük qrupa ayrılır: tədris planı üzrə məşğələlər tədris planından kənar iş növləri.

Tədris planı üzrə məşğələlər də iki qrupa ayrılır: auditoriya məşğələləri auditoriyadankənar məşğələlər.

Təsdiq edilmiş məşğələ cədvəli üzrə zənglə başlayıb zənglə qurtaran tədris işi formalarına auditoriya məşğələləri deyilir.

Tədris planı üzrə auditoriya məşğələləri: mühazirə, seminar, dərs, laborator məşğələ s. auditoriya məşğələləridir.

Mühazirə. Mühazirəni səciyyələndirən bir sıra xüsusiyyətlər vardır. Məşğələ cədvəli ilə bağlılığı onun xüsusiyyətlərindəndir. Pedaqoji prosesin təşkili formalarından biri kimi, mühazirə həmişə məşğələ cədvəlinə uyğun təşkil edilir.

Tədris proqramı ilə bağlılıq da mühazirəni səciyyələndirən xüsusiyyətdir. Mühazirə bu və ya digər fənn üzrə tədris proqramının müəyyən mövzusuna həsr olunur. Həmin mövzu əvvəlki mövzu üzərində qurulur və növbəti mövzunun öyrədilməsinə zəmin yaradır.

Dinləyicilərin tərkibinin mühazirəyə dəxli vardır. Mühazi- rədə, adətən, sabit tərkibli dinləyicilər iştirak edirlər.



Mühazirə zənglə başlayır, zənglə bitir; onun davametmə müddəti dəyişməzdir, bir qoşa akademik saatdır.

Deyilənləri nəzərə alan Milli pedaqogika mühazirəyə belə tərif verir: məşğələ cədvəlinə tədris proqramına uyğun olaraq sabit tərkibli birləşmədəki dinləyicilərlə bir qoşa akademik saat ərzində aparılan məşğələyə mühazirə deyilir.



Mühazirənin növləri. Dinləyicilərin maraq dərəcəsinə və məzmununa görə mühazirələr fərqlənir. Dinləyicilərin maraq dərəcəsinə görə mühazirələri üç qrupa ayırmaq mümkündür: dinləyicilər üçün maksimum maraqlı olan mühazirələr, dinləyicilər üçün az maraq doğuran mühazirələr və dinləyicilər üçün maraqsız keçən mühazirələr.

Mühazirələr məzmununa görə də üç qrupa ayırılır: tematik mühazirələr, icmal mühazirələr, yekun mühazirələr.

Seminar. Latın sözündən (seminarium) alınıb, mənası pöhrə ağac əkəndir. Pedaqoji prosesin təşkili formalarından biri olan seminar məşğələsi bir sıra xüsusiyyətlərə malikdir. Seminar da məşğələ cədvəlinə daxil edilir və həmin cədvələ uyğun keçirilir.

Seminar məşğələsi də tədris proqramı əsasında təşkil edilir. Bu məşğələnin də müddəti mühazirənin müddəti qədərdir. Bu məşğələ sabit tərkibli qrup tələbələrini əhatə edir.

Seminar məşğələsinin spesifik cəhətləri də vardır. Seminarda tələbə dinləyici kimi iştirak etməli olmur. O, işləməli, fəal düşünməli, müxtəlif fikirləri tutuşdurmalı, mühakimə yürütməli olur. Tələbə seminar məşğələsinin mövzusu üzrə verilmiş plana uyğun olaraq göstərilən mənbələri nəzərdən keçirir və qarşıdakı müzakirəyə hazır gəlir. Deməli, Milli pedaqogikaya görə təsdiq edilmiş cədvələ tədris proqramına əsasən bir qoşa akademik saat ərzində sabit tərkibli qrupdakı şəxslərin fikri fəallığına maksimum imkan verən məşğələyə seminar deyilir.

Seminar məşğələsinin növləri müxtəlifdir: tematik seminarlar və xüsusi seminarlar; nəzəri istiqamətli seminarlar



və praktik istiqamətli seminarlar; problemli seminarlar və referativ seminarlar.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin