Müqayisəaparmağınistinadtərəfi.Müqayisə edilməli tərəf- lərdən hansı istinad tərəfi kimi götürülməlidir? Təcrübə göstərir ki, müqayisə aparan şəxsə daha çox yaxın (daha çöx tanış) olan tərəf müqayisədə istinad tərəfinə çevrilir. Həmin tərəfin müəyyən əlamətinin digər tərəfdə olub-olmadığı araşdırılır. Yuxarıdakı tərəflər müqayisə edilirsə Xəzər dənizi istinad tərəfi kimi götürülür. Göstərilən beş əsas üzrə müqayisə aparıldıqda hər dəfə əvvəlcə Xəzər dənizinin müvafiq əlaməti qeyd edilir, sonra həmin əlamətin Qara dənizdə vəziyyəti araşdırılır.
Müqayisədəardıçıllıq.Müqayisə olunan tərəflərdə həm oxşar əlamətlər, həm də fərqli əlamətlər üzə çıxarılmalıdırsa ardıcıllıq necə olmalıdır: oxşarlıqdan, yoxsa fərq əlamətlərindən başlamaq lazımdır? Suala düzgün cavab vermək üçün müqayisə qarşısında qoyulmuş vəzifə nəzərə alınır. Konkret vəzifədən asılı olaraq müqayisə oxşarlığı müəyyənləşdirməkdən fərqə doğru, və ya əksinə, hərəkət edir. Müqayisənin istiqamətindən asılı olmayaraq oxşarlıq (və ya fərq) hansı əsaslar üzrə aparılmışdırsa fərq (və ya oxşarlıq) da həmin ardıcıllıqda nəzərdən keçirilir.
Müqayisədənnəticəçıxarılması.Müqayisə müqayisə xatirinə aparılmır. Müqayisədə müəyyən məqsəd güdülür. Məqsəd oxşarlığı, yaxud fərqi və ya həm oxşarlığı, həm də fərqi üzə çıxartmaqdırsa hər dəfə oxşarlığın, yaxud fərqin və ya həm oxşarlığın, həm də forqin nələrdən ibarət olduğunu ümumiləşdirmək lazım gəlir.