Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə124/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   120   121   122   123   124   125   126   127   ...   185
Pedaqogika İMTAHAN

Şəxsiyyətin formalaşmasında Allaha üstünlük verilməsi. Ruhanilər və hətta bəzi elm və mədəniyyət xadimləri bu mövqedədirlər. Onların fikrincə, ayrı-ayrı adamların xarakteri Allahın iradəsindən asılıdır; onlar deyirlər: “qabiliyyətlər Allah vergisidir”.

Şəxsiyyətin formalaşmasında irsiyyətə üstünlük verilməsi. İnsan xarakterinin formalaşmasını irsiyyətlə izah etməyə çalışanlar çoxdur. ABŞ-da E.Torndayk, Con Dyui, R.Daqdel; Rusiyada D.İ.Dubrovski, N.Bextereva; Azərbaycanda Xaqani Şirvani, Marağalı Əvhədi və başqaları buna misal ola bilər.

Şəxsiyyətin formalaşmasında mühitə üstünlük verilməsi. Mühitin rolunu şişirdərək irsiyyətin rolunu heçə endirmək halları da olmuş və indi də vardır. Bu fikrin əlamətlərinə atalar sözlərində də rast gəlirik: “Kamal ata kürkü deyil, irs ilə övlada keçə”; “Zəmanə deyişdikcə adamlar da dəyişir”; “Zəmanə ilə hesablaşmaq gərəkdir”; “Yaxşı yoldaş adamı bay edər, pis yoldaş zay” və s.

Bir sıra alimlər, yazıçı və şairlər şəxsiyyətin formalaşmasında mühitin həlledici əhəmiyyətini xüsusi qeyd etmişlər (Siracəddin Urməvi, Abasquluağa Bakıxanov, Con Lokk, Jan Jak Russo və başqalarının fikirləri buna misal ola bilər).

Şəxsiyyətin formalaşmasında tərbiyəyə üstünlük verilməsi. Şəxsiyyəti formalaşdıran səbəblərin izahında irsiyyətin və mühitin rolunu azaldan, hətta onları tamam inkar edənlər, başqa amilə - tərbiyəyə üstünlük verənlər tarixdə olmuş və indi də vardır. Sədi Şirazi, Y.A.Komenski, K.A.Helvetsi, Mişel Lepeletye, S.Ə.Şirvani, M.Ə.Sabir, Üzeyir Hacıbəyov və başqaları buna misal ola bilər. Y.A.Komenskiyə görə insan tərbiyə sayəsində insan olur. Yaxud, fransız filosofu Helvetsi hamının eyni dərəcədə təhsil almağa qadir olduğunu isbat etməyə çalışmışdır. Onun fikrincə təbii imkanlarına görə adamlar bərabərdirlər.

S.Ə.Şirvani, M.Ə.Sabir, Üzeyir Hacıbəyov hər cür çətinliyin işıqlı yolunu, xoşbəxtliyin dürüst unvanını tərbiyədə görürdülər



Böyük Üzeyir Hacıbəyov da həmin fikirdə olmuşdur: “Uşağı nə tövr tərbiyə etsən o cürə də adam çıxar”.

Qoşa amillər nəzəriyyəsi. Qoşa amillər nəzəriyyəsi müxtəlif formada özünü göstərir. Bəzilərinin (məsələn, Məhəmməd peyğəmbər, N.Tusi, K.D.Uşinski, A.P.Medvedkov, V.A.Suxomlinski və b.) fikrincə şəxsiyyəti formalaşdıran həm tərbiyədir, həm də mühit. Məhəmməd peyğəmbər demişdir: “Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz”. Başqa bir yerdə göstərir: “Millətim uçün üç şeydən qorxuram... mənəviyyatı (əxlaqı) məhv edən mühitdən”.

Şəxsiyyətin formalaşmasında tərbiyəyə və mühitə eyni dərəcədə böyük əhəmiyyət verən alimlərdən biri də N.Tusi olmuşdur. O, məsələn, yazırdı: “Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub durmağa qoymayasan”. Eyni zamanda Tusi göstərirdi ki, insanlar nökər və naib, rəiyyət və əmir, hökmdar və kəniz, kölə kimi doğulmur. Bütün bu qism adamlar təbiətdə, aləmdə yaranır, xasiyyət və hərəkətlər də təsirlərin səmərəsidir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin