Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə126/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   122   123   124   125   126   127   128   129   ...   185
Pedaqogika İMTAHAN

Milli pedaqogika təlim, tərbiyə, təhsil psixoloji inkişafla əlaqədar məsələlərin həllində həmin imkana, həmin zəminə, yəni fizioloji irsi əlamətlərə laqeyd qalmır, onu nəzərə alır. Münasib mühitdə münasib tərbiyə alan zəhmətə alışan uşağın şəxsiyyətini uğurla formalaşdırmaq mümkün olur.


Milli pedaqogika şəxsiyyətin formalaşmasında mühitin rolu haqqında


Mühit çox geniş məfhumdur. İnsan şəxsiyyətinin formalaşmasına təsir göstərən ətrafdakı bütün amillər mühit məfhumuna daxildir: təbiət hadisələri və cisimləri, ictimai hadisələr, siyasi və ideoloji ab-hava, məişət, maddi və mənəvi mədəniyyət abidələri, hər bir ölkənin xarici vəziyyəti mühit məfhumuna aiddir. Ölkənin xarici vəziyyəti də insanın cəmiyyətdəki məvqeyindən asılı olaraq onun əhvalına müxtəlif cür təsir göstərir.

Azərbaycan Respublikasııın Konstitusiyasında haqlı olaraq yazılır ki, vətəndaşlar mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, məşğuliyyət növündən, yaşayış yerindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Lakin bu gözəl demokratik ideyalardan bu və ya digərinin açıq, bəzən də örtülü şəkildə pozulduğunu görən şəxsdə həmin gözəl ideyaların reallığına şübhə əmələ gəlir, düşunməli olur. Yaxud, mənzil şəraiti normal olan şəxslərin əhvalı ilə mənzil şəraiti ağır olan və ya heç mənzili olmayan şəxslərin əhvalı xeyli fərqlənir.



Bu cür faktlardan görünür ki, ətraf mühit adamlarda əxlaqi, mənəvi, estetik, fiziki və s. keyfiyyətlərin formalaşmasına müəyyən dərəcədə təsir göstərir. Bu təsirin konkret mahiyyəti nədən ibarətdir? Milli pedaqogikaya görə təbii ictimai mühit amilləri adamda bu ya digər keyfiyyətlərin baş qaldırmasına təkan verir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin