Dünyagörüşünün başlıca formaları, yaranması və inkişafı
Milli pedaqogika belə açıqlamağı daha düzgun hesab edir: təbiət, cəmiyyət və təfəkkür hadisələrini adamın dərk etməsinə və fəaliyyət göstərməsinə istiqamət verən vahid baxışlara dünyagörüşü deyilir.
Milli pedaqogikaya görə, dünyagörüşünün dörd başlıca forması olmuşdur: materializm dünyagörüşü, idealizm dünyagörüşü, dini dünyagörüşü və hürufizm dünyagörüşü.
Materializm dünyagörüşünə görə təbiətdə və cəmiyyətdə baş verən bütün hadisələrin səbəbi həmin hadisələrin özündədir. Cisim və hadisələrin yaranmasına, hərəkətdə olmasına, inkişa- fına və dəyişməsinə kənardan heç bir fövqəl qüvvə təsir etmir: dünyada təbii, real qanunauyğunluqlar hökm surür. İnsanın vəzifəsi həmin qanunauyğunluqları başa düşməkdən və öz məqsədləri üçün onlardan istifadə etməkdən ibarətdir. Bu çür başa düşülən dünyagörüşünə materializm dünyagörüşü və ya elmi dünyagörüşü deyilir.
İdealizm dünyagörüşü bunun tam əksinədir. Dünyagörüşünün bu formasına görə aləmdə hökm sürən
hadisələrin əsasında müəyyən şüur və ya ideyalar durur. Təbiətdə, cəmiyyətdə baş verən, görünən və görünməyən hadisələrin hamısı müvafiq ideyalar, müəyyən şüur müqabilində cərəyan edir. İdealizm dünyagörüşünə görə, adamların vəzifəsi həmin ideyaları və ya şüuru dərk etməkdən ibarət olmalıdır.
Dini dünyagörüşünə görə hər şeyin - yerin, göyün, bitkilərin, heyvanat aləminin, insanların yeganə yaradıcısı Allahdır. Dünyada, o çümlədən cəmiyyətdə cərəyan edən hadisələrin hamısı Allahın iradəsinə tabedir.
Tale, qismət kimi mövhumi anlayışlar öz başlanğıçını məhz dini dünyagörüşündən almışdır. Bəzi atalar sözlərində, məsələn, deyilir: “hər kəsin taleyi alnına yazılıb”, yaxud, “Qismətdən qaçmaq olmaz”.
Hürufizm dünyagörüşünə görə dünyada nə varsa hamısı dildə işlənən hərflərin, səslərin sayəsində başa düşülür və mümkün olur. Hərflər isə sözlərdə ifadə edilir. Hürufizmin yaradıcılarından biri olan Fəzlullah Nəimi (1339-1394) yazırdı: “Əgər sözlər olmasaydı, mevcudatı tanımaq olmazdı”4. Hürufilərin fikrincə, hərflər və hərflər vasitəsilə deyilən sözlər, habelə rəqəmlər Allahın rəmzləridir. Bu rəmzləri anlayanlar Allaha qovuşur, ilahiləşir, yaradıcılara çevrilir. Bu mənada Nəimi yazırdı: “Bütün varlıq insanın
vüçudundadır... Kainatda nə varsa, yaradanı və rəssamı bizik”1.
Dünyagörüşünün yaranması və inkişafı. Dünyagörüşünün bu və ya digər forması adamların yaşadığı və fəaliyyət göstərdiyi ictimai-iqtisadi, siyasi-mənəvi mühitdən, onların - savad dərəcəsindən asılı olaraq yaranır. Elmin, texnikanın, iqtisadiyyatın, savadlılığın, milli adət və ənənələrin, mədəniyyətin səviyyəsindən asılı olaraq bu və ya digər ölkədə dünyagörüşünün hansısa bir forması geniş yayılır və üstünlük təşkil edir. Məsələn, hazırda, islam ölkələrinin əksəriyyətində dini dünyagörüşü və ya Azərbaycan Respublikasında elmi dünyagörüşü aparıcı rola malikdir.
Dünyagörüşü bir günə, bir ilə, beş ilə formalaşmır. Bundan ötrü çox oxumaq, çox öyrənmək, çox görüb-götürmək, çox düşünmək, çox sınaqdan keçirmək lazım gəlir.
|