Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Dünyagörüşünün formalaşmasında pedaqoji prosesin aparıcı rolu



Yüklə 0,54 Mb.
səhifə130/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   126   127   128   129   130   131   132   133   ...   185
Pedaqogika İMTAHAN


Dünyagörüşünün formalaşmasında pedaqoji prosesin aparıcı rolu


Adamlarda bu və ya digər dünyagörüşünün formalaşmasına valideynlərin təsiri az deyil. Dindar valideynlər övladlarını dindar, elmi dünyagörüşlü valideynlər isə övladlarını elmi dünyagörüşlü görmək istəyirlər.

Təcrübə göstərir ki, təlim prosesi, müntəzəm təhsil gənç nəsldə elmi dünyagörüşünün formalaşmasına daha güclü təsir göstərir. Azərbaycanda ümumtəhsil məktəblərini və dini məktəbləri bitirən şagirdlərin düşüncə tərzlərindəki fərqlər həmin fikri qabarıq şəkildə sübut edir. Dini məktəbləri bitirən şəxslər əsasən dini dünyagörüşünə, ümumtəhsil məktəbini bitirən şəxslər isə əsasən elmi dünyagörüşünə meyilli olurlar.

Ümumtəhsil məktəblərində təhsilin məzmunu obyektiv olaraq, müəllimin və təhsil alanların istəyindən asılı olmayaraq, yalnız elmi xarakter daşıyır. Orta ümumtəhsil məktəblərindəki fənlərin tədrisi təbiət, cəmiyyət və təfəkkür hadisələrini elmi mövqedən başa düşməyə və izah etməyə imkan verir. Məlum olduğu kimi, həmin fənlər şərti olaraq üç qrupa ayrılır: təbiətə aid olan fənlər, cəmiyyətə aid olan fənlər və daha çox təfəkkürlə bağlı olan fənlər.

Elm inkişaf etdikcə, təbiət və çəmiyyət hadisələrindəki qanunauyğunluqlar dərk olunduqca, adamlar elmi biliklərə yiyələndikcə materialist dünyagörüşü onlarda daha uğurla formalaşır; mövhumi anlayış və təsəvvürlər azalır. Elmi dünyagörüşü və mövhumat isə daban-dabana ziddir.

Mövhumat ərəb sözüdür. Mövhum-xəyali deməkdir, xəyalda təsəvvür edilən qüvvə mənasını verir. Mövhumat – mövhumun cəmidir. At – ərəbcə şəkilçidir, cəmi bildirir.

Mövhuıat bəşəriyyətin ilk inkişaf pilləsinin məhsuludur. İnsanlar ibtidai icma dövründə rastlaşdıqları təbiət və cəmiyyət hadisələrinin həqiqi səbəblərini başa düşə bilməmişlər; bu səbəbdən də həmin hadisələri qeyri adi, xəyali, təbiətdən uzaq olan fantastik qüvvələrlə əlaqələndirmişlər.



Mövhumat qalıqlarını aradan qaldırmaqda məktəbin, müəllimlərin üzərinə əlavə vəzifələr düşür. Müdrik müəllim gənc nəsldə hansı mövhumat qalıqlarının olduğu ilə maraqlanır, onun səbəbini araşdırır və aradan qaldırmaq üçün inandırıcı elmi dəlillər gətirir, elmi dünyagörüşün formalaşmasına əlavə köməklik göstərir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin