Elmidünyagörüşüvədin.Dinin, o cümlədən İslam dininin faydalı cəhətləri çoxdur. hələ İslamdan xeyli əvvəl Azərbaycan ərazisində yaranmış Zərdüşt dinində bəzi bəşəri fikirlər söylənmişdir. Bu dinin yaradıcısı olan Zərdüştün fikirləri “Avesta” adlı kitabda şərh edilmişdir. Bütün zamanlar üçün əhəmiyyətli olan fikirlərdən bəziləri belədir: “Əhd-peymanı sındırmaq nadanlıqdır”; “fikri, əməli və dili əyrilərə xidmət etmək düz adamlara pislik etmək deməkdir”; “Çalışın alimlə çahil arasında fərq qoyasınız”; “Alimlər həyatın yol göstərənləridir” və s.
Bu cür bəşəri fikirlər İslam dinində də çoxdur. İslam dini adamları paklığa, halallığa, gözolliyə, sağlamlığa, xoşbəxtliyə, dostluğa, insanpərvərliyə səsləyir; xəyanətə, sədaqətsizliyə, satqınlığa, bədxaxlığa, pisliyə qarşı amansız olmağa çağırır. Məhəmməd peyğəmbərin hədislərində deyilir: “İnsanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur”; “Ən yaxşı adamlar bilikli adamlardır”; “Biliksiz olan və bilik əldə
etməyə çalışmayan adamlardan cəmiyyətə, xalqa xeyir gəlməz...” və s.
İslamda kitaba böyük ehtiram var. İslama görə, kitab
.adamlara bilik, elm, əxlaq öyrətdiyinə görə müqəddəsdir. Odur ki, kitabın üstünə başqa əşya qoymaq, vərəqəsini əzmək, əlləri təmiz yumamış, dırnaqları təmizləməmiş ona toxunmaq, onu ələ götürmək günah hesab edilir.