Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Şəxsiyyət və onun formalaşmasına dair nəzəriyyələr



Yüklə 0,54 Mb.
səhifə123/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   119   120   121   122   123   124   125   126   ...   185
Pedaqogika İMTAHAN

Şəxsiyyət və onun formalaşmasına dair nəzəriyyələr


Şəxsiyyət və şəxs məfhumları bir-birindən fərqlənir. Şəxs, fərd, adam məfhumları mahiyyətcə eyni anlayışı ifadə edir. Həmin məfhumlar ayrılıqda həm bioloji, həm də sosioloji keyfiyyətlərin birliyidir. Şəxsiyyət isə şəxs, adam məfhumlarından fərqlənir.

Şəxsiyyət məfhumunun iki izahı vardır: fəlsəfi və pedaqoji. Fəlsəfi mənada şəxsiyyət deyəndə həyatı dərk edən və onu dəyişdirməyə qadir olan şəxs, yaxud adam nəzərdə tutulur. Belə adamlar isə tarixdə az olur.

Pedaqoji mənada şəxsiyyət məfhumu bir qədər başqa məzmunda başa düşülür. Milli pedaqogika hər bir şəxsin ya adamın öz həyatı boyu qazandığı əxlaqi, estetik s. mənəvi keyfiyyətlərin məcmusunu şəxsiyyət hesab edir.

Şəxsiyyət haqqında danışarkən adamın üz quruluşu, boy-buxunu, gözünün, saçının rəngi kimi anadangəlmə fiziki keyfiyyətləri deyil, onun həyatda qazandığı əxlaqi, estetik və s. mənəvi keyfiyyətlər ön plana çəkilir. Həyatda qazanılan mənəvi keyfiyyətlər isə hər bir şəxsdə olur.

Adamların şəxsiyyətini səciyyələndirən bu cür keyfiyətlər, yəni, xarakterin xüsusiyyətləri müxtəlif ola bilir. Birində əməksevərlik, digərində tənbəllik, birində səliqəlilik, digərində səliqəsizlik, birində yaşlılara qayğı, başqasında - laqeydlik və s. keyfiyyətlər özünü qabarıq şəkildə göstərir.



İnsan şəxsiyyətini, onun xarakterini səciyyələndirən həmin mənəvi keyfiyyətlərin səbəbləri nədir?

İnsanda əxlaqi, estetik, fiziki və s. mənəvi keyfiyyətlərin əmələ kəlməsi səbəbləri barədə müxtəlif nəzəriyyələr, bir-birinə zidd olan fikirlər mövcuddur. Müxtəlifliyinə, ziddiyyətliliyinə baxmayaraq, milli pedaqogika onları belə qruplaşdırır:

1. Allahın roluna üstünlük verilməsi.



  1. İrsiyyətə üstünlük verilməsi.

  2. 3. Mühit amilinə üstünlük verilməsi.

  3. 4. Pedaqoji prosesə üstünlük verilməsi.

  4. 5. Qoşa amillərə üstünlük verilməsi.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin