Magistrantın sınaq və məqbul (zaçot) seminarları. Pedaqoji təcrübə zamanı magistrantın işi ixtisasdan seminar məşğələsini və imtahanı müşahidə etməklə bitmir. Onun müşahidəsi seminar məşğələsini müstəqil təşkil etmək üçün hazırlıq mərhələsi olur. Magistrant pedaqoji təcrübə rəhbərinin göstərişi ilə əvvəlcə sınaq seminar məşğələsi təşkil edib keçirir. Onun rəhbəri həmin məşğələdə iştirak edir. Sonra seminar məşğələsi müzakirə olunur. Rəhbər məşğələ barəsində öz mülahizələrini bildirir.
Sınaq seminar məşğələsinin yekunlarına dair mülahizələr nəzərə alınmaqla tələbə məqbul (zaçot) səminar məşğələsinə hazırlaşır və onu keçirir. Məqbul seminar məşğələsinin nəticələri də eyni qaydada müzakirə edilir, sınaq seminar məşğələsi ilə tutuşdurulur, irəliləyişin olub-olmadığı müəyyənləşdirilir. Nəticə olaraq məqbul seminar məşğələsi də qiymətləndirilir.
Dostları ilə paylaş: |