Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə156/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   152   153   154   155   156   157   158   159   ...   185
Pedaqogika İMTAHAN

İmtahanın tələbələr tərəfindən müşahidəsi müzakirəsi. Təlim, tərbiyə və psixoloji inkişaf baxımından imtahanların imkanları genişdir. Bu imkanlardan istifadə etmək üçün bakalavr pilləsində keçirilən imtahanların gedişini magistrantların müşahidəsi təşkil edilir.

Magistrantlar vaxtilə bakalavr pilləsində oxuyarkən imtahanların nə demək olduğuna dair müəyyən təsəvvürə malikdirlər. Lakin bu ilkin təsəvvürlər müstəqil imtahan götürmək üçün magistratura tələbələrinə azlıq edir. İmtahana verilən bir sıra tələblər vardır. Həmin tələbləri gələcəkdə imtahan kötürəçək magistraıtlar bilməlidirlər:

  1. Biletlərin sualları ilə əlaqədar olan tələb. Hər biletə salınan suallar fənnin başlıca bölmələrini (sahələrini) əhatə etməlidir ki, cavab verən tələbənin fənnə dair bilik və bacarıqlarının səviyyəsini üzə çıxartmaq mümkün olsun.

  2. Biletdoki sualların cavabına hazırlaşmaqla əlaqədar olan tələb. Cavaba hazırlaşmaq üçün tələbəyə 20-30 dəqiqəyədək vaxt verilir. Hazırlaşarkən tələbənin nə dərəcədə müstəqil düşünüb-düşünmədiyinə, şparqalkadan istifadə edib- etmədiyinə də diqqət yetirilir.

  3. Cavabın planlaşdırılması ilə əlaqədar tələb. hər sualın cavabını ayrılıqda planlaşdıran tələbələr də, sualların cavabını planlaşdırmayıb necə gəldi danışan tələbələr də olur. Birincilərə üstünlük verilir.

  4. Cavabın qiymətləndirilməsi ilə əlaqədar tələb. Cavab bu və ya digər formada qiymətləndirilir. Bəzi müəllimlər cavabı səciyyələndirmədən qiyməti elan edir və yazır. Cavabı təhlil edən, nələrin düzgün olduğunu, nələrin isə dəqiq olmadığını səciyyələndirən müəllimlər də az deyil. İkinci qrupa aid olan muəllimlərin təcrübəsi təqdir olunur. Burada aşkarlıq və obyektivlik təmin edilir, heç bir narazılığa imkan verilmir.

  5. İmtahanın öyrədici səciyyə daşıması ilə əlaqədar tələb, İmtahan yalnız müəyyənləşdirici, yoxlayıcı xarakter daşımır. O, həm də öyrətmək vasitəsi olur. Tələbə nəyi dəqiq, düzgün bilmirsə imtahan götürən müəllim qısa da olsa məsələyə aydınlıq gətirir; nədə səhv etdiyi tələbəyə məlum olur və o, razı qalır.

  1. Tələbənin gələcəyi ilə əlaqədar tələb. İmtahan tələbənin gələcəyə ümidini kəsməməli, onun işləmək əzmini artırmalı, onu ruhlandırmalıdır. Hətta qeyri kafi almış tələbəyə də bir neçə həvəsləndirici söz deyilməlidir.

Təcrübə məqsədi ilə imtahanı müşahidə edən magistrant həmin tələblərə imtahan götürən müəllim tərəfindən nə dərə- cədə əməl edildiyinə diqqət yetirməlidir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin