Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə168/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   164   165   166   167   168   169   170   171   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji kadr məfhumu. Elmi kadr məfhumundan əlavə, pedaqoji kadr məfhumu da mövcuddur. Pedaqoji kadr məfhumu gənc nəslin təlimi, tərbiyəsi və təhsili ilə məşğul olmalı kadrlar hazırlayan institut, universitet, akademiya və konservatoriyanın birinci pilləsi ilə, habelə buna bərabər tutulan digər tədris müəssisələri ilə bağlıdır. Həmin tədris müəssisələri özləri üçün deyil, orta ümumtəhsil məktəbləri üçün, orta təhsil verən digər məktəblər üçün müəllimlər, ustalar və başqa tərbiyəçilər hazırlayır. Sırf pedaqoji işlə məşğul olan pedaqoji təhsilli kadrlara pedaqoji kadrlar deyilir.

Elmi-pedaqoji kadr məfhumu. Bu məfhum indi ali təhsilin ikinci pilləsi ilə – magistratura pilləsi ilə də bağlıdır. Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə bilə- cək mütəxəssislərin hazırlanması məqsədini güdür. Magistrant həm elmi-tədqiqat, həm də pedaqoji prosesdə eyni dərəcədə səriştəli mütəxəssis kimi yetişdirilir.

Magistratura yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi tədqiqat laboratoriyaları, tədris fənn kabinetləri, zəngin elmi kitabxanası, tədris təcrübə və istehsalat sahələri,elmi tədqiqat institutları olan ali təhsil müəssisələrində açılır. Bu cür ali məktəbin ikinci pilləsini, yəni magistraturanı bitirib magistr elmi adı və elmi dərəcəsi alan mütəxəssislər, başqa sözlə, həm tədris işində, həm elmi tədqiqat işində eyni dərəcədə yaradıcı fəaliyyət göstərən mütəxəssislər elmi pedaqoji kadr hesab edilirlər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin