Pedaqogikanın məntiq, gigiyena, sosiologiya və digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır.
Pedaqoji biliyin mənbələri
Pedaqoji biliyin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər, pedaqoji mövzuda çap olunmuş əsərlər, tərbiyə və təlim alanların fəaliyyət məhsulları, şifahi xalq yaradıcılığı nümunələri, canlı söz, dövlət sənədləri və s.
Pedaqoji proses, yəni təlim, tərbiyə, təhsil və psixoloji inkişaf prosesi pedaqoji biliyin başlıca mənbəyidir.
Pedaqoji sənədlər. Hər bir təhsil müəssisəsinin özünəməxsus sənədləri olur. Məsələn, ümumtəhsil məktəbində sinif jurnalları, şagirdlərin şəxsi işləri, şagird gündəlikləri, əmr kitabı, pedaqoji şuranın iclas protokolu, tədris planı, tədris proqramları, yuxarı təşkilatlara verilən hesabatlar, dərs cədvəli, məktəb üzrə tərbiyə işinin planı və s. və i.a. sənədlər. Həmin sənədlər məktəbdə təlim, tərbiyə, təhsil və inkişaf məsələlərinin vəziyyətini müəyyən dərəcədə əks etdirir.
Dostları ilə paylaş: |