Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə24/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   20   21   22   23   24   25   26   27   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji tədqiqatın mərhələləri.


Həm pedaqoji, həm də konkret metodik səpkili tədqiqatlara xas olan ümumi cəhətlər vardır. Bu cür cəhətlər pedaqoji və metodik tədqiqatların mərhələlərində də müşahidə olunur.

Tədqiqatın ilk mərhələsində öyrənilməli problem-mövzu müəyyənləşdirilir və dəqiq ifadə olunur.

Tədqiqatın ikinci mərhələsində dəqiqləşdirilmiş mövzunun məqsədi konkret vəzifələri aydınlaşdırılır. Növbəti mərhələdə mövzu üzərində işin planı tərtib edilir. Plan, adətən, iki istiqamətdə hazırlanır. Birinci istiqamət: mövzunun planıdır. Bu planda mövzu bölmələrə ya hissələrə, yaxud fəsillərə, sonuncular isə paraqraflara ya bəndlərə ayrılır. İkinci istiqamət: mövzunun planı üzərində aparılacaq proqramlaşdırılır, yəni hansı hissəni (bölmə ya fəsli) necə hansı müddətə yerinə yetirməyin lazım gəldiyi göstərilir.

Tədqiqatın dördüncü mərhələsində mövzunun məqsəd vəzifələrinə uyğun gələn üsullar müəyyənləşdirilir.

Növbəti mərhələdə seçilən üsulların köməkliyi ilə elmi faktlar toplanır:

Altıncı mərhələdə toplanmış faktlar təhlil edilir, qruplaşdırılır, müəyyən nəticələr çıxarılır.

Son olaraq, çıxarılan nəticələrin düzgünlüyü sınaqdan keçirilir, eksperiment qoyulur, müvafiq qanunauyğunluq üzə çıxarılır bu əsasda təkliflər verilir. Bununla pedaqoji tədqiqat başa çatmış olur.

Pedaqoji tədqiqat üsulları.


Pedaqoji tədqiqat üsulları çoxdur. Onları tədqiqatın mərhələlərinə görə şərti olaraq dörd qrupa ayırmaq olar:

1. Praktik pedaqoji tədqiqat üsulları; 2. Nəzəri pedaqoji tədqiqat üsulları;

3. Eksperimental pedaqoji tədqiqat üsulları; 4. Pedaqoji tədqiqatda riyazi üsullar.

Praktik pedaqoji tədqiqat üsulları. Praktik pedaqoji tədqiqat üsulları bilavasitə pedaqoji proseslə bağlı olur və belə adlanır: pedaqoji müşahidə, pedaqoji müsahibə və ya intervü, anketləşdirmə, fəaliyyət məhsullarının öyrənilməsi, pedaqoji sənədlərin öyrənilməsi.

Pedaqoji müşahidə məqsədyönlü olur, yəni tədqiqatçı pedaqoji hadisələri ümumiyyətlə deyil, müəyyən məqsədlə müşahidə edir. Məqsəd isə müxtəlif ola bilir: dərs zamanı müəllim özünü necə idarə edir; yaxud o, şagirdlərin fəallığını necə təmin edir; intizama necə nail olur və s. və i.a. Tədqiqatçı qarşısına qoyduğu məqsədlə əlaqədar faktlar toplayır, onları təhlil edir, qruplaşdırır və müəyyən nəticələr çıxarır.

Pedaqoji müsahibə. Müşahidə zamanı toplanan pedaqoji faktların səbəblərini, hadisələrin törənmə şəraitini öyrənmək lazım gəldikdə pedaqoji müsahibə üsuluna əl atılır. Belə hallarda tədqiqatçı məktəb rəhbərləri ilə, müəllimlər və valideynlərlə, hətta şagirdlərlə müsahibələr aparır. Pedaqoji müsahibə təsadüfi olmur, planlaşdırılır. Yəni müsahibənin kimlərlə və hansı məqsədlə, hansı şəraitdə keçiriləcəyi, hansı sualların veriləcəyi əvvəlcədən müəyyənləşdirilir.

Anketləşdirmədən pedaqoji tədqiqatda da istifadə edilir. Müsahibə və ya müşahidə yolu ilə bəzən çoxlu məktəbləri, müəllimləri və ya validyenləri əhatə etmək tədqiqatçının imkanı xaricində olur. Belə hallarda, yəni başqa şəhər və ya rayonlarda da məsələnin nə yerdə olduğunu öyrənmək üçün anketləşdirmə üsuluna müraciət edilir: zəruri suallar kağıza yazılır, müvafiq ünvanlara göndərilir; xahiş edilir ki, suallara öz münasibətlərini bildirsinlər.

Fəaliyyət məhsullarının öyrənilməsi. Tədqiqatçı şagirdlərin müxtəlif formalı işlərini nəzərdən keçirərkən onların bilik və bacarıqlarının səviyyəsi, qabiliyyətləri barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyətinə dair müəyyən məlumat əldə edə bilir.

Pedaqoji sənədlərin öyrənilməsi. Məktəbəqədər və məktəbdənkənar tərbiyə ocaqlarında, təhsil müəssisələrində, pedaqoji proseslə məşğul olan digər təşkilat və idarələrdə təlim-tərbiyə və təhsil məsələlərini əks etdirən sənədlər öyrənilir.

Nəzəri pedaqoji tədqiqat üsulları. Praktik pedaqoji tədqiqat üsulları konkret əməli faktlar səviyyəsində tətbiq edilir. Tədqiqat işini anlayışlar səviyyəsində aparmaq lazım gələndə nəzəri pedaqoji tədqiqat üsullarından istifadə olunur. Praktik üsullar məhdud dairədə, nəzəri üsullar isə geniş dairədə faktları əhatə etmək imkanına malikdir. Çünki anlayış öz məzmununa aid olan bütün hadisələri əhatə edir. Məhz bu səbəbdən də pedaqoji nəzəriyyəyə dərk olunmuş pedaqoji anlayışlarda ümumiləşən pedaqoji təcrübə kimi baxmaq olar. Belə bir zəmində pedaqoji tədqiqat məfhumunun mahiyyətini belə açmaq mümkündür: metodoloji mənbələri dövlət sənədlərini nəzərə alaraq pedaqoji ədəbiyyatın müəyyən problem baxımından təhlili əsasında müvafiq nəticələr çıxarılması nəzəri pedaqoji tədqiqatdır.

Nəzəri tədqiqat adətən pedaqogikanın, habelə təlimin, tərbiyə, təhsil və psixoloji inkişafın köklü problemləri üzrə aparılır. Cəmiyyətdə təhsilin rolu, təhsilin məqsədi, şəxsiyyətin formalaşmasına təsir edən amillər və s. problemlər əsasən nəzəri pedaqoji tədqiqat üsullarının köməkliyi ilə öyrənilir.

Nəzəri pedaqoji tədqiqatda nisbi fərqlənən beş üsuldan istifadə olunur: nəzəri təhlil, nəzəri tərkib, təhlil və tərkibin vəhdəti, induksiya və deduksiya.

Nəzəri təhlil. Pedaqoji tədqiqatda bəzən müəyyən pedaqoji hadisəni dərindən dərk etmək üçün onu nəzəri təhlil süzgəcindən keçirmək, fikrən hissələrə və ya əlamətlərə ayırmaq lazım gəlir. Məsələn, təhsil və təlim kateqoriyalarının mahiyyətini açmaq üçün onun əlamətləri birər-birər sadalanır və səciyyələndirilir.

Nəzəri tərkib. Bəzən nəzəri tədqiqat zamanı bir qrup məfhumlar üçün ümumi olan cəhətləri, əlamətləri üzə çıxarmağa ehtiyac yaranır. Belə hallarda nəzəri tərkib üsulundan istifadə olunur. Məsələn, soruşulur: estetik tərbiyə, əmək tərbiyəsi, əxlaq tərbiyəsi, ideya-siyasi tərbiyə üçün səciyyəvi cəhətlər varmı? Varsa nədən ibarətdir? Bu cür suallara tutarlı cavab vermək üçün tərkib üsulu kara gəlir.

Təhlil və tərkibin vəhdəti. Nəzəri pedaqoji tədqiqatda bu üsul nisbətən geniş tətbiq olunur. Bir çox halda tədqiqatçı hər hansı pedaqoji məfhumun təhlili, yaxud tərkibi ilə məhdudlaşmır, hər ikisindən ardıcıl şəkildə istifadə edir: nəticədə tam anlayış formalaşmış olur. Məsələn, dərs haqqında tam elmi anlayış yaratmaq məqsədi ilə tədqiqatçı dərs hadisəsini əvvəlcə təhlil edir, yəni onu nəzəri cəhətdən əlamətlərə ayırır, bu əlamətləri ayrılıqda adlandırır, sonra onları ümumiləşdirir, tərif formasına salır; mahiyyət açılır.

İnduksiya dedksiyadan da pedaqoji tədqiqatda istifadə olunur. Elmi faktların toplanması, həmin faktlar üçün ümumi olan əlamətlərin üzə çıxarılması və bu əsasda ümumi fikrin söylənməsi induksiyadır, induktiv üsuldur. Bəzən bunun əksi də müşahidə olunur; yəni hər hansı ümumi pedaqoji anlayışa uyğun gələn faktlar axtarılır, tapılır və həmin anlayışda birləşdirilir.

Eksperimental pedaqoji tədqiqat üsulları. Pedaqoji müşahidədən, müsahibədən, anketləşdirmədən s. üsulların tətbiqindən alınan nəticələrin dərəcədə doğru olduğunu təcrübədə sınaqdan keçirmək üçün istifadə edilən üsul pedaqoji eksperiment adlanır.

Pedaqoji eksperiment qoymaqdan məqsəd çox ola bilir: təlim və tərbiyə şəraitinin yararlılıq dərəcəsini yoxlamaq; bilik və bacarığın keyfiyyətini yüksəltmək; təlim üsulunun səmərəliliyini təmin edən şərtləri müəyyənləşdirmək; təlim və ya tərbiyənin yeni üsulunu sınaqdan keçirmək və s.



Məqsədinə görə pedaqoji eksperiment dörd növə ayrılır: müəyyənləşdirici eksperiment, yoxlayıcı eksperiment, dəyişdirici eksperiment çarpazlaşan eksperiment.

Eksperimentin qoyulacağı sinifdə (məktəbdə, institutda) vəziyyəti üzə çıxartmaq məqsədi güdən pedaqoji təcrübə müəyyənləşdirici eksperiment adlanır.

Nəzərdə tutulan pedaqoji ideyanın həyatiliyini öyrənməyə imkan verən təcrübəyə yoxlayıcı eksperiment deyilir.

Mövcud pedaqoji vəziyyəti təkmilləşdirmək lazım gələndə dəyişdirici eksperimentdən istifadə olunur.

Mümkün olan amillərin pedaqoji işə təsiri dərəcəsini öyrənmək lazım gələrsə hər hansını aradan qaldırmaq və alınan nəticənin tam düzgünlüyünü təmin etmək məqsədilə çarpazlaşan eksperiment tətbiq olunur: paralel siniflərdə (məktəblərdə) aparılan iş tərzlərinin yerləri dəyişdirilir və eksperiment davam etdirilir.

Sadalanan eksperiment növlərinin ardıcıl tətbiq edildiyi pedaqoji tədqiqatlar da vardır.



Pedaqoji tədqiqatda riyazi üsullar. Pedaqoji tədqiqatda riyazi üsullar adətən yuxarıda göstərilən üsulların tərkibində tətbiq edilir. Bu zaman iki əsas məqsəd güdülür: öyrənilən pedaqoji faktlarda baş verən keyfiyyət dəyişikliklərini dəqiqləşdirmək və həmin faktlar arasındakı kəmiyyət asılılığını təyin etmək.

Nəticə etibarilə riyazi üsullar pedaqoji qanunauyğunluqların elmi cəhətdən dəqiq ifadə olunmasına şərait yaradır; tədqiqatın elmi səviyyəsinin yüksəlməsinə xidmət edir.



Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi üsullar çoxdur. Lakin pedaqoji problemlərin öyrənilməsində daha geniş istifadə edilən sadə riyazi üsullar bunlardır: qeydəalma, nizamlama qiymətləndirmə.

Qeydəalma toplanan pedaqoji faktlardan neçəsində axtarılan əlamətin olduğunu neçəsində olmadığını müəyyənləşdirmək prosesidir. Məsələn, rüb ərzində sinifdəki şagirdlərdən dərsə müntəzəm davam edənlərin və dərs buraxanların miqdarını qeydə almaq, habelə onların mənimsəmə səviyyəsini müəyyənləşdirmək buna misal ola bilər.

Nizamlama toplanmış faktların müəyyən göstərici üzrə ardıcıl düzülməsi prosesidir. Bu üsulun tətbiqində iki cəhət gözlənilir: 1. Faktların eyni əlamət üzrə sıralanması və 2. Faktların sıralanmasında həmin əlamətin getdikcə gücləndiyinin və ya zəiflədiyinin müəyyənləşdirilməsi. Fikrimizi yuxarıdakı misalda konkretləşdirək. Tədqiqat aparılan sinifdə əvvəlcə dərsə müntəzəm davam edən şagirdlərin, sonra bir dərs buraxanların, bunlardan sonra iki dərs, üç dərs və s. miqdarda dərs buraxanların sayı qeyd edilir. Axırda nəticə çıxarılır.

Qiymətləndirmə pedaqoji faktların ayrı-ayrı əlamətlərini rəqəm göstəriciləri ilə əvəz etməyə imkan verir. Pedaqoji faktların müvafiq əlamətləri rəqəm göstəriciləri ilə ifadə olunduqda diqqətdən yayına biləcək qanunauyğunluğu tapmaq asanlaşır. Məsələn, məktəbdə şagirdlərin dərsdənkənar tədbirlərdə iştirakı vəziyyətini öyrəndikdə şagirdlər arasında sorğu aparılır. Şagirdlər mümkün olan aşağıdakı cavablardan birini seçir: müntəzəm iştirak edirəm, hərdən iştirak edirəm, iştirak etmirəm. Sonra hər cavaba qiymət yazılır (Məsələn, birinci halda – 5, ikinci halda – 3, üçüncü halda – 1). Arxasınca hesablama aparılır: dərsdənkənar işlərdə şagirdlərin iştirakının səciyyəvi xüsusiyyətlərinin riyazi ifadəsi tapılır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin