Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Təlim prinsiplərində və tərbiyə prinsiplərində ümumilik



Yüklə 0,54 Mb.
səhifə26/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   22   23   24   25   26   27   28   29   ...   185
Pedaqogika İMTAHAN

Təlim prinsiplərində və tərbiyə prinsiplərində ümumilik


Pedaqogikadan ənənəvi dərs vəsaitlərində təlim kateqoriyasının ayrılıqda, tərbiyə kateqoriyasının da ayrılıqda şərhi nəticəsində təlim üçün prinsiplər və üsullar, tərbiyə üçün prinsiplər və üsullar müəyyənləşdirilmişdir. Həmin dərs vəsaitlərinin təhlili göstərir ki, təlimə və tərbiyəyə aid edilmiş prinsiplərin əksəriyyəti təkrar olunur, üst-üstə düşür. Məsələn, həyatla əlaqələndirmə, fərdi və yaş xüsusiyyətlərinin nəzərə alınması, əməkdaşlıq, şüurluluq və fəallıq, elmilik, bilik və bacarıqların möhkəmləndirilməsi kimi prinsiplər həm təlimə, həm də tərbiyəyə aid edilir.

Prinsiplərlə əlaqədar digər anlaşılmazlıqlar da vardır. Məsələn, tərbiyəyə aid edilmiş bəzi prinsiplər təlimə aid edilmir. Məqsədyönlük, nikbinlik, hörmət və tələbkarlığın vəhdəti, tələblərdə vahidlik, sözlə əməlin birliyi, müsbət cəhətlərə istinad edilməsi, nümunə, kompleks yanaşma, kollektivdə kollektiv vasitəsilə təsir, aşkarlıq kimi prinsiplər buna misal ola bilər. Ənənəvi dərs vəsaitlərindəki fikirlərdən belə nəticəyə gəlmək olur ki, sadalanan prinsiplər yalnız sırf tərbiyə zamanı tətbiq edilə bilər, təlimdə isə onlar nəzərə alınmır. Dərs vəsaitlərində məsələ belə qoyulur. Bəs real həyatda vəziyyət necədir?

Real həyatda isə həmin prinsiplərdən də müəllimlərimiz təlim zamanı bolluca istifadə edir. Ayrı-ayrı fənlərdən dərs deyən müəllim nikbin olmasa, şagirdin müsbət cəhətlərinə istinad etməsə, şagird şəxsiyyətinə kompleks şəkildə yanaşmasa, sinfin gücündən, imkanlarından istifadə etməsə, öz işini aşkarlıq şəraitində qurmasa, dediyi sözlə əməli üst-üstə düşməsə qətiyyən müvəffəqiyyət qazana bilməz. Təlimlə əlaqədar pedaqogika üzrə dərs vəsaitlərindən lazımi məlumatlar almasalar da müəllimlərin əksəriyyəti öz işlərini həmin prinsiplərə uyğun qurur.



Eyni sözlər ənənəvi dərs vəsaitlərinin təlim prinsiplərinə dair fikirlərinə də aid edilə bilər. Dərs vəsaitlərinin təlimə aid hissələrində elə prinsiplərin adları çəkilir ki, tərbiyə prinsipləri sırasında onlar xatırlanmır. Əyanilik, əməkdaşlıq, əks əlaqənin yaradılması, müntəzəmlik, təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici prinsiplər buna misal ola bilər.

Tərbiyə işi ilə əlaqədar bu prinsiplərin xatırladılmaması o deməkdirmi ki, tərbiyə zamanı onlara müraciət edilmir və ya müraciət edilməməlidir? Qətiyyən! Təcrübə dönə-dönə göstərir ki, tərbiyə ilə məşğul olan şəxslər əyanilikdən də, əməkdaşlıq prinsipindən də, əks əlaqənin yaradılmasından da, müntəzəmlik prinsipindən də, tədbirin təhsilləndirici və inkişafetdirici ideyalarından da yeri gəldikcə istifadə edirlər.

Gətirilən faktlardan irəli gələn nəticə belədir: prinsipləri iki qrupa ayırmağın, bir qrupunu təlimə, digər qrupunu isə tərbiyəyə aid etməyin elmi əsası yoxdur. Çünki, əvvəla, hər iki qrupda təmsil olunan prinsiplərin bir qismi mahiyyətcə eyniyyət təşkil edərək təkrar olunur; ikincisi, tərbiyə prinsipləri sırasında adları çəkilməyən, lakin, süni şəkildə təlimə aid edilən prinsiplər də tərbiyə zamanı tətbiq edilir və əksinə; üçüncüsü, təlim prinsipləri arasında qeyd edilməyən tərbiyə prinsiplərindən təlim zamanı da istifadə olunur. Başqa sözlə, bu, o deməkdir ki, həmin prinsiplər vahid prosesin – təlim və tərbiyəni özündə birləşdirən pedaqoji prosesin ümumi prinsipləri olmalıdır. Bəs üsullar məsələsində vəziyyət necədir?



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin