Bədənin pəhrizi – yaxşıdır, nitqin pəhrizi – yaxşıdır, fikrin pəhrizi – yaxşıdır, hər şeydə pəhriz - yaxşıdır. Hər şeydə pəhrizkar olan bhikşu bütün dərdlərdən qurtulur.
362
Əlini idarə edən, ayağını idarə edən, nitqini idarə edən, kamil idarə olunandır, daxilən sevinclidir, toparlanmışdır, tənhadır və məmnundur, - bax beləsini bhikşu adlandırırlar.
363
Ağzını nəzarətdə saxlayan, müdrikcəsinə düşünən, təkəbbürlü olmayan, mənanı və dhammanı izah edən bhikşunun nitqi şirindir.
364
Dhammada yaşayan,dhammaya heyrət edən, dhammanı zikr edən, dhammanı xatırlayan bhikşu həqiqi dhammadan ayrı düşməz.
365
Qoy o, nəsibinə ikrahla yanaşmasın; başqalarınkına həsəd aparmasın. Zira başqalarına həsəd aparan bhikşu fikrin toparlanmasına nail ola bilmir.
366
Özündəki az olsa belə, ona ikrahla yanaşmayan, təmiz həyat tərzi sürən və tənbəl olmayan bhikşunu tanrılar tərifləyərlər.
367
Özünü ad və forma ilə eyniləşdirməyən, heç nəyi olmaya-olmaya qüssələnməyəni, məhz beləsini bhikşu adlandırırlar.
Ey bhikşu! Bu gəmini boşalt; səndən azad olunca, o asan hərəkət edəcək. Ehtiras və nifrəti məhv edərək sən Nirvanaya yetişəcəksən.
370
Beşi kəs1, beşdən imtina et, beşin üzərinə yüksəl! Beş bağlılığı dəf etmiş bhikşu “seli keçmiş” sayılır.
371
Zikr elə, ey bhikşu, yelbeyin olma; fikirlərinə hissi axınlarda dolamağa imkan vermə ki, sən qafilə sonra dəmir kürə udmaq və odda yanaraq: “Nə yaman əzabdır!” – deyə çığırmaq nəsib olmasın.
372
Bilməyənin zikri olmur; zikr etməyənin biliyi olmur. Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır.
373
Sakitləşmiş ağılla tənhalığa çəkilən bhikşu fövqəlinsani həzz alır: o, dhammanı aydın görür.
374
Hər dəfə o, elementlərin yaranmasını və dağılmasını bütün tamlığı ilə dərk edəndə, o, bu ölümsüzlüyü bilən, sevinc və səadətə qovuşur.
375
Müdrik bhikşu üçün başlanğıc burdadır: hisslərin müşahidəsi, Praktimokşaya uyğun şəkildə məmnunluq və pəhrizkarlıq. Təmiz həyat sürən və tənbəl olmayan, nəcib dostun arxasınca get.
376
Qoy o, həyatda xeyirxah və davranışda doğru olsun. Onda sevinclə dolaraq o, əzaba son qoyacaqdır.
377
Vassika solmuş ləçəklərini tökən kimi siz də, ey bhikşular, ehtiras və nifrətdən eləcə azad olmalısınız.
378
O bhikunu sakit adlandırırlar ki, onun bədəni sakitdir, nitqi sakitdir, ağlı sakitdir, özü zikrdədir və dünya nemətlərindən imtina etmişdir.
379
Özün özünü mahmızla, özün özünü yoxla. Özünü nəzarətdə saxlayan, toparlanmış belə bhikşu xoşbəxt yaayacaq.
380
Zira özün özünün ağası, özün özünə pənahsan1. Bu səbəbdən də özünü ram et, tacır yaxşı atı ram edən təki.
381
Qoy, sevinclə dolu, Buddanın təliminə əmin olan bhikşu sakit yerə, səadətə, sankharaların kəsilməsinə qovuşsun.
382
Gənc olmağına baxmayaraq, bhikşu Buddanın təliminə üz tutur, bu dünyanı buluddan qurtulmuş ay kimi işıqlandırır.