MüNDƏRİcat


Sonlu həyat və sonsuzluqla əlaqə



Yüklə 1,64 Mb.
səhifə66/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   62   63   64   65   66   67   68   69   ...   100
Sonlu həyat və sonsuzluqla əlaqə
Dıskret və tədrici ölüm.
Ölümün mütləqləşdirilməsi və ancaq fizioloji hadısə kimi başa düşülməsi, həm də tədrici yaxınlaşma kimi deyil, çoxpilləli bir proses kimi deyil, ancaq son məqam kimi anlaşılması – bəsit və sadəlövh yanaşmadır.

Əslində bir ömür ərzində nə qədər ölümlərlə rastlaşırıq. İnsan həyatı çoxşaxəli, çoxistiqamətlidir.

Hər gün, hər saat neçə-neçə hüceyrələr ölür, yeniləri yaranır.

Şikəst olmuş adam, neçə orqanı çıxarılmış və ya iflic olmuş adam hələ ölməmiş sayılır və ancaq ürək dayandıqdan sonra ölüm qeydə alınır. Əgər ölüm həyatın antitezidirsə, həyat isə faizlərlə, nisbətlə müəyyənləşirsə, onda ölüm də belə müəyyənləşməlidir.

Kobud formada desək, insan 60% yaşayırsa, deməli, 40% ölüdür və s.

Bu – fizioloji mənada.

Sosial və mənəvi proses kimi götürüldükdə həyat (sosial hüceyrələr sistemində, hər gün nə qədər hüceyrələr ölür və onların əvəzınə yeniləri ya­ra­na da bilər, ya­ranmaya da). Necə ki, neyronların ölməsi və yaranması çox müx­təlif forma və nisbətlərdə həyata keçir. Neyronların tədricən ölməsi, sağ­lam neyronların nisbi sayının azalması, – ölümün tədrici proses kimi an­la­­şıl­masına imkan verir.

Bir arzu, məqsəd, plan və ona cəhdlər. Lakin haradasa bu cəhdlərin çox­pilləli ardıcıllığı qırılır. Əgər paralel surətdə yüz cəhd istiqaməti varsa (müx­təlif müstəvilərdə fəaliyyət), hər gün bunların neçəsində qırılmalar olur, əvə­zində yeni cəhd istiqamətləri, yeni məqsədlər, yeni fəaliyyət prose­durları yaranır.

Məqsədlərin yox olması, amalların qırılması, əqidənin dəyişməsi, məhəbbətin ümidsiz sonluqla bitməsi və s. – neçə-neçə ölümlər.

Və yalnız hər bir yaradıcı istiqamətdə ölüm məqamı çatdıqdan sonra, bütün həyat prosedurları öz ideya sonluğuna çatdıqdan sonra tam ölümdən danışmaq olar. Deməli, fizioloji ölüm neçə-neçə həyat prosedurlarına vaxtından əvvəl son qoyur. Həyati enerji torpağa gömülür və ya yandırılır. Burada Leonardo da Vinçinin belə bir fikri yada düşür: “


Həyat proqnozlaş­dı­rıl­mış və tədricən həyata keçən müntəzəm, kə­sil­məz bir prosesdir. Başqa planda yanaşdıqda, həyat ölümə aparan bir yoldur.

Ömür ölümün realizasiya müddətidir.

Həyat bu sonsuz və tükənməz dünyada iki yoxluq məqamı arasında bir işartıdır. Qığılcım alovlanır, yanır, yanır və nəhayət sönür. Həmişə yanması sadəcə mümkün deyil (Termodinamikanın ikinci qanunu).

Yanma prosesi daxili enerjinin məsrəfi, tükədilməsi prosesidir. Küləş tez alışıb yanır və tez sönür. Hansı isə ağaclar ağır-ağır yanır, amma alışmır, tüstüləyir, kömürləşmiş halda öz daxili enerjisini saxlayır, onu bir də közərdirlər və tam yana bilməsi üçün hava ilə, oksigenlə təmin edirlər.

Amma ağacın başqa bir həyatı da var. Hələ canlı ikən yaşadığı bir hə­yat. Kökləri yerdə və suda, budaqları və yarpaqları havada və işıqda, dörd ün­sürdən qida alır və bu xarici enerji sayəsində öz daxili proqramını real­laş­dı­­ran ağacın həyatı məhz bundan ibarətdir. Amma ağac kəsildikdə (yəni pro­qram tam reallaşmır, yarımçıq qalır) onun daxili enerjisi ilə yanaşı, hələ reallaşmamış pro­qram da qalır.

Tarix keçmişdən qalan əlamətlər əsasında keçmişin mənzərəsini bərpa cəhdi kimi və tarix – indinin keçmişə ekstrapolyasiyası kimi!




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin