Insanların çoxu xəstə təbiətlidir və mən təhqirlərə səbr edəcəm, döyüşdə fil yaydan atılmış oxa dözdüyü kimi.
321
Ram edilmişi döyüşə aparırlar; şah ram edilmişin üzərinə yüksəlir. Təhqirlərə səbr edən ram edilmiş, insanların ən yaxşısıdır.
322
Ram edilmiş qatırlar və nəcib sindh atları və iri fillər – yaxşıdır. Lakin özünü ram etmiş daha yaxşıdır.
323
Zira özünü həddlər və çalışmalarla ram etmişin gəlib çıxacağı əlçatmaz ölkəyə1 bu heyvanlarla yetişə bilməzsən.
324
Dhanapalaka adlı fili saxlaya bilməzsən, onun gicgahlarından zəhərli maye axdığı zaman. Bağlı halda o bir tikə də yemir: fil fil meşəsinin həsrətini çəkir.
325
Tənbəl, acgöz və yatağan olan, yerində axta donuz kimi qurcalanan axmaq təkrar-təkrar doğulur.
326
Bu ağıl əvvəllər kefi istədiyi kimi, xoşuna gəldiyi kimi, bildiyi kimi avaralanmışdır. İndi isə mən onu möhkəm saxlayacam çarvadar qızmış fili saxlayan təki.
327
Yelbeyin olmayın, fikirlərinizə göz qoyun! Pis yoldan çıxardın özünüzü, palçığa batmış fil özünü çıxaran kimi.
328
Birlikdə getməyə hazır olan ağıllı, saleh həyat yaşayan, müdrik, çətinliklərə sinə gərən dost tapsan, - onunla get, xoşbəxt və diqqətli.
329
Birlikdə getməyə hazır ağıllı, saleh həyat yaşayan, müdrik dost tapmasan, – tək get, fəth elədiyi şahlığından imtina etmiş şah kimi və ya fil meşəsindəki fil kimi.
330
Tək yaşamaq yaxşıdır. Axmaqla dostluq olmaz. Az arzusu olan kəs, tək get və zülm törətmə, fil meşəsindəki fil kimi.
331
Dostlar xoşdur, onlara tələbat yarananda. Həzz xoşdur, səbəb olanda. Ölüm saatında yaxşı əməl xoşdur. Bütün dərdlərdən imtina – xoşdur.
332
Bu dünyada analıq xoşdur; atalıq da həmçinin xoşdur; bu dünyada zahidlik xoşdur; brahmanalıq da həmçinin xoşdur.
333
Yaxşılıq ta qocalığa qədər xoşdur; dəyanətli iman xoşdur; müdrikliyə çatma xoşdur; şərdən sakınma xoşdur.