MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə87/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   83   84   85   86   87   88   89   90   ...   100
ARZU BARƏDƏ FƏSIL

334


Qafil yaşayan insanın arzuları maluva kimi böyüyür. O, mövcudluq­dan mövcudluğa daşınır, meşədə meyvə axtaran meymun kimi.

335


Dünyaya bağlılıq adlı bu bədbəxt arzu kimə qalib gələrsə, onun dərdləri məhsuldar birana1 otu kimi boy verir.

336


Kim ki, bu dünyada bu bədbəxt, çətin məğlub edilən arzuya qalib gə­lir, o kəsin dərdləri şanagüllə yarpağından su damcıları sürüşən təki yox olur.

337


Sizə dediklərim budur: “Salam olsun sizə, burda nə qədəriniz yığılıb­sa! Arzunun kökünü qopardın, xoş ətirli usira2 kökünün axtarışlarında bira­nanı qopardığınız təki! Qopardın ki, Mara təkrar-təkrar sizə qalib gəlməsin, sel qamışlığı basan kimi”.

338


Kökü zədələnməmiş və sağlamdırsa, qopardılmış ağac belə böyümək­də davam etdiyi kimi, əzab da təkrar-təkrar doğulur, əgər arzuya meyl ləğv olunmayıbsa.
339

O kəsin ki, həzzlərə yönəlmiş otuz altı axını güclüdür, fikirləri də ehtirasa istiqamətlənmişdir, düzgün baxışlardan yayınmış belə insanı axınlar aparır.

340

Axınlar hər yerdə axırlar. Lata3 gur boy verir. Bu çiçəklənmiş latanı görüncə, kəsin onun kökünü müdrikliyin köməyi ilə.



341

Olur ki, insan şəhvət mühasirəsinə düşür. Həzzlərə bağlı olan və səa­dət axtaran bu insanlar həqiqətən də doğulmaya və qocalmaya məruz qalırlar.

342

Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçı­şırlar. Kəndir və buxovlarla bağlanmış bu insanlar təkrar-təkrar hələ uzun zaman əzaba qayıdırlar.



343

Arzunun qovaladığı insanlar hürküdülmüş dovşan kimi ətrafda qaçı­şır­lar. Odur ki, əgər bhikşu ehtirası məhv etmək istəyirsə, qoy o, arzunu qovub çıxartsın.

344

O, arzulardan azaddır, ehtiraslardan azaddır, meşə həyatına sadiqdir – am­ma yenə də arzular ormanına qaçır. Baxın bu insana: azad ola-ola boyun­duruğa yüyürür.



345

Müdriklər demirlər: bu dəmirdən, ağacdan və ya babba otundan düzəl­dilmiş buxovlar möhkəmdirlər. Axı qadınlara, övladlara yaxud qiymətli daş­lar­dan olan sırğalara ehtiraslı bağlılıq daha möhkəmdir.

346

Müdriklər deyirlər: bu, aşağı dartan, məkrli, qurtulması çətin olan bu­xovlar möhkəmdirlər. Onları qıraraq müdriklər səyahət edirlər, ehtiras və həzzlərdən imtina edərək, arzusuz.



347

Ehtirasla qızışmışlar axına düşürlər, hörümçək öz toruna düşən kimi. Müdriklər isə axını məhv edərək, bütün zülmlərdən imtina edərək, arzusuz halda səyahət edərlər.

348

Mövcudluq selini keçərkən keçmişdən imtina et, gələcəkdən imtina et, onların arasında olanlardan imtina et. Əgər ağıl azadlığa çıxıbsa, nə olur-olsun, sən bir daha doğuluşa və ölümə məruz qalmayacaqsan.



349

Şaşqın fikirli, güclü ehtiraslı, yalnız ləzzətləri görən insanda arzular daima artır: həqiqətən, o, buxovlarını daha da möhkəmləndirir.

350

Sakit fikirdə məmnunluq tapan, daima düşünən, xoşagəlməyəni xatır­la­yan, – məhz o, arzulara son qoyacaq, məhz o, Maranın buxovlarını qıracaqdır.



351

O, kamilliyə çatmışdır, o, qorxusuzdur və onun arzuları da yoxdur; bu qusursuz, mövcudluğun tikanlarını qopartmışdır; onun bu bədəni – sonuncudur.

352

Onun arzuları yoxdur, o, bağlılıqlardan azaddır, sözlərdə və onların izahında mahirdir; o, hərflərin ardıcıllığını bilir (hansıların əvvəl, hansıların sonra gəlməsini); ona böyük müdrik və böyük insan adlandırırlar. Onun bu bədəni – sonuncudur.



353

Mən hər şeyə qalib gəldim, mən hər şeyi blirəm; istənilən dhammada mən ləkəsizəm. Mən hər şeydən imtina etdim, arzuların məhvi ilə isə azad­lığa çıxdım. Özümdən öyrəndiyim halda, kimi müəllimim saya bilərəm ki?

354

Dhammanın neməti bütün nemətlərdən üstündür; dhammanın şirinliyi hər şirinlikdən üstündür; dhammanın sevinci hər sevincdən üstündür; arzuların məhvi bütün dərdlərə qalib gəlir.



355

Var-dövlət axmaqları məhv edir, o biri sahili axtaranları yox. Var-dövlət arzusunda axmaq özünü başqarını öldürən kimi öldürür.

356

Alaq tarlaları korlayır, ehtiras bu adamları korlayır. Odur ki, ehtiras­dan qurtulmuşlara verilən böyük meyvə gətirir.



357

Alaq tarlaları korlayır, nifrət bu adamları korlayır. Odur ki, nifrətdən qurtulmuşlara verilən böyük meyvə gətirir.

358

Alaq tarlaları korlayır, axmaqlıq bu adamları korlayır. Odur ki, axmaqlıqdan qurtulmuşlara verilən böyük meyvə gətirir.



359

Alaq tarlaları korlayır, arzu bu adamları korlayır. Odur ki, arzudan qurtulmuşlara verilən böyük meyvə gətirir.





  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin